Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1438/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2107/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarını dəyişdirilərək, cavabdeh X2 xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün cəmi 200 (iki yüz) manat olmaqla, alimentin tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı idda tələbini müdafiə edərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Quba rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(027)-1872/2014 saylı qətnaməsinə əsasən xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay uşağa görə cəmi 80 manat (səksən) manat sabit pul məbləğində aliment tutularaq mənə verilməsi barədə qətnamə qəbul edilmişdir. Sonradan iddaşı tərəfindən alimentin artırılması tələbi ilə Quba rayon Məhkəməsinə müraciət olunub. Quba rayon Məhkəməsinin 21.08. 2018-ci il tarixli 2(027)- 2107/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda həmin məbləğ uşağın təlabatlarını ödəmir. Uşaq məktəblidir, hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment uşağın qanunvericiliklə nəzərdə tutulmuş layiqli həyat səviyyəsi şraitində yaşamaq hüququnu təmin etmir. Göstərilənlərə əsasən, Quba Rayon Məhkəməsinin 21.08. 2018-ci il tarixli 2(027)-2107/2018 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq, cavabdeh X2 xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün cəmi 200 (iki yüz) manat olmaqla alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X5 iddianı qəbul etməyərək bildirdi ki, o, heç bir yerdə işləmir. 69 yaşı var əmək qabikiyyəti yoxdur. 230 manat yaşa ğörə əmək pensiyası alır. Başqa qazanc və gəlir yeri yoxdur. Gözünün xəstə olduğunu və müalicə almalı və bu müalicəyə maddi imkanı olmadığını bildirdi. Göstərilənləri nəzərə alaraq, onlara qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ 12658998 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.2008-ci ildə anadan olmuşdur. İş materialında olan Quba Rayon Məhkəməsinin 21.08. 2018-ci il tarixli 2(027)-2107/2018 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(027)- 1872/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Quba Rayon Təhsil Şğbəsinin xx.xx.2020-ci il tarixli 113 nömrəli arayışına görünürki, X4 Quba şəhər T, Mikayılov adına 5 nömrəli tam orta məktəbdə 2019/2020 tədris ilində məktəbin 6-cı sinifində oxuyur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il təvəllüdlü X4, tərəflərin nikahı pozulandan sonra uşaq ananın yanında saxlanılmaqla onun saxlanılması üçün aliment müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, hazırda xx.xx.2008-ci il təvəllüdlü X4 üçün aliment alır, lakin həmin məbləğ üşağın ehtiyaclarını təmin etmədiyindən aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat maddələrində təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyini və 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməsini nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 21.08. 2018ci il tarixli 2(027)-2107/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artırılmalı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin 21.08. 2018-ci il tarixli 2(027)-2107/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1438/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1438/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver