Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1439/2020 30.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh 3500 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərqava kəndində yaşayır və təsərrüfatında 6-7 baş iribuynuzlu heyvanı olmuşdur. Cavabdeh onun qonşusudur. Onunla həmkəndli və qonşu kimi münasibətləri yaxşı olmuş, aralarında inam və etibar olmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh ona bildirmiş ki, 5 baş iribuynuzlu heyvan almaq istəyir. Hazırda nağd pulu yoxdur. İnəklərin pulunu xx.xx.2020-ci il tarixdə ona verəcəkdir. O da, cavabdehə inandığından onunla razılaşmış və hər birinin dəyəri 700 manat olan 5 baş iribuynuzlu heyvanı cavabdehə satmışdır. Heyvanları cavabdeh **-BP-*** dövlət qeydiyyat nömrəli “Qazel” markalı maşınla aparmışdır. Cavabdeh vəd etdiyi tarixdə borclu olduğu 3500 manat heyvanların pulunu ona verməmişdir. O, pulu istədikdə müxtəlif bəhanələr gətirərək, pulu tezliklə qaytaracağını bildirsə də, sonradan borclu olduğu pulu verməkdən boyun qaçırmışdır. O, məcbur olub xx.xx.2020-ci il tarixdə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Onlar polis şöbəsinə çağrılaraq izahatları alınmış və Quba RPŞ-nin məktubu ilə on aizah olunmuş ki, iş mülki xarakterli olduğundan bu barədə Quba rayon məhkəməsinə müraciət etməlidir. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və onun vəkili X2 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, cavabdehin borclu olduğu puldan 400 manat məbləğində pul verdiyini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı tələbi mülki mübahisəli olduğundan mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh Quba RPŞ-nə verdiyi izahatında iddiaçıya 3400 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Bildirmişdir ki, iddiaçı ona görə heyvanları nisyə satmışdır. Quba RPŞ-dən daxil olmuş material ilə, şahidin izahati və cavabdehin Quba RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatı ilə cavabdehin iri buynuzlu heyvanları nisyə alması nəticəsində iddiaçıya 3400 manat məbləğində pul borclu olması sübuta yetirilmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə 3400 manat borcundan 400 manat məbləğində pul ödədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 493.1-493.2-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, Cavabdehdan 3000 manat məbləğində pul alınaraq iddiaçıya verilməldir. Cavabdeh 30 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1439/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1439/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver