Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1443/2021 22.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cıı il tarixli 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində kredit borcu, 19,40 (on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu və 675,59 (altı yüzytmiş beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3697,62 (üç min altı yüz doxsan yeddi manat altmış iki qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə 27.12.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq, götürdüyü kredit borcundan ödəniş etməmiş, nəticədə iddiaçıya 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində kredit borcu, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15.04.2021-ci il tarixə 225 gün üçün hesablanmış 19,40 (on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən 225 gün üçün kredit müqaviləsi üzrə 675,59 (altı yüzytmiş beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə hesablanmışdır. Kredit müqaviləsinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 27.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində kredit verilmişdir; 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 15.04.2021-ci il tarixə 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində əsas borcu, 19,40 (on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu və 675,59 (altı yüzytmiş beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3697,62 (üç min altı yüz doxsan yeddi manat altmış iki qəpik) manat məbləğində borcu vardır; 06.04.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 31.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 3002,63 (üç min iki manat altmış üç qəpik) manat təşkil etdiyi halda, 675,59 (altı yüzytmiş beş manat əlli doqquz qəpik) manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50 (əlli) manata qədər azaldılmalıdır. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 27.12.2019-cıı il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində əsas borc, hesablanmış 19,40 (on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməli, 25 (iyirmi beş) manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cıı il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 27.12.2019-cıı il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 3002,63 (üç min iki manat altmış üç qəpik) manat məbləğində əsas borc, hesablanmış 19,40 (on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu İddiaçı-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilsin, 25 (iyirmi beş) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1443/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1443/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver