Məhkəmə qərarları › İş №2(027)-1446/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1446/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1446/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair idda ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi və 718,90 (yeddi yüz on səkkiz manat doxsan qəpik) manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologoya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixdə ünvan 1 sakini Cavabdeh tərəfindən ünvan 1i ünvanında istifadəsində olan tara emalı sexində qanunsuz yolla əldə olunmuş ağac materialından istifadə olunması faktı müəyyən edilmişdir. Həmin ağacların qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı və 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarlarına əsasən 718,90 manat məbləğində vurulmuş ziyan hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh xx.xx.2021-ci il tarixli, 847 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X7 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, cavabdeh X4 tərəfindən 100 manat ziyan borcu ödənildiyindən ondan 618,90 manat ziyan məbləğinin alınıb idarənin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01 dekabr 2021-ci il tarixli 71367 nömrəli aktdan görünür ki, Cavabdeh Quba rayon Tülər kəndində istifadəsində olan tara emalı sexində qanunsuz yolla əldə olunmuş ağac materialından istifadə olunması faktı aşkar olunmuşdur. İş materiallarında olan hesablama cədvəlindən görünür ki, Quba rayon Tülər kəndində Cavabdeh tərəfindən qanunsuz yolla əldə olunmuş ağac materialına görə 718,90 manat ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən iddiaçının hesabına 100 manat pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ünvan 1ində istifadəsində olan tara emalı sexində qanunsuz yolla əldə olunmuş ağac materialından istifadə etməklə, mülki hüquq pozuntusu törətmiş və bunun nəticəsində dövlət mülkiyyətinə 718,90 manat ziyan vurmuş, həmçinin cavabdeh Yavər Baxışov ziyan borcundan 100 manat ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 618,90 manat (altı yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində pul alınaraq, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələlsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci madhdəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tam təmin edildiyi üçün Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr; başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olununlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 618,90 manat (altı yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində pul alınaraq, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bankdakı X2 Kodu: 210005, VÖEN: **********, M/H:AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Hesab: AZ41NABZ********************, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, VÖEN: **********, İBAH kodu:AZ78CTRE********************, Büdcə səviyyəsinin kodu: 3, Büdcə Təsnifatı kodu: 142582 hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar