Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1452/2025 22.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. İddia tələbi :
1. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 (on min) ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min) ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Quba rayon Məhkəməsinin 2(027)-629/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(027)-629/2025 nömrəli mülki işlə məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(027)-1452/2025 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
4. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2016-cı ildən tanıyır. Elə həmin dövrdə, o, sığorta şirkətində işləyirdi və müxtəlif əmlakların sığortalanması ilə əlaqədar ona köməklik göstərmişdi. Onların işgüzar münasibətləri yaranmışdı və Nicat 2022-ci ilə qədər ondan dəfələrlə borc pul almışdı, aldığı pulları vaxtında qaytarmışdı. 2022-ci ilin mart ayında Nicat ona müraciət edərək, ona təcili 20.000 ABŞ dolları pul lazım olduğunu, uzağı bir aya pulu qaytaracağını bildirdi. Yuxarıda da qeyd etdiyi kimi, Nicat bundan əvvəl də ondan dəfələrlə borc pul almışdı və vaxtında qaytarmışdı. Bu səbəbdən ona inanıb, 20.000 ABŞ dolları borc pulu ona vermişdir. Bundan sonra Nicat pulu qaytarmağı müxtəlif bəhanələrlə gecikdirdi. Hər dəfəsində o, bizneslə məşğul olduğunu, tezliklə pulunu qaytaracağını bildirirdi. Pulu alarkən Nicat ona yazılı qəbz verdi ki, ondan 20.000 ABŞ dolları borc aldı və bunu öz imzası ilə təsdiq edir. Lakin dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, hal-hazıra qədər Nicat borcunu qaytarmır.
5. Həmçinin, iddiaçı digər iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel ayında Nicat ona müraciət edərək, ona təcili 10.000 ABŞ dolları pul lazım olduğunu, uzağı bir aya pulu qaytaracağını bildirdi. Nicat bundan əvvəl də ondan dəfələrlə borc pul almışdı və vaxtında qaytarmışdı. Bu səbəbdən ona inanıb, 10.000 ABŞ dolları borc pul vermişdir. Bundan sonra Nicat pulu qaytarmağı müxtəlif bəhanələrlə gecikdirdi. Hər dəfəsində o, bizneslə məşğul olduğunu, tezliklə pulumu qaytaracağını bildirirdi. Pulu alarkən Nicat ona yazılı qəbz verdi ki, ondan 10.000 ABŞ dolları borc aldı və bunu öz imzası ilə təsdiq etdi. Lakin dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, hal-hazıra qədər Nicat borcunu qaytarmır.
İş materialları :
6. xx.xx.2022-ci il tarixli iltizama əsasən Cavabdeh İddiaçı 20.000 ABŞ dolları borc pul götürmüşdür.
7. xx.xx.2022-ci il tarixli iltizama əsasən Cavabdeh İddiaçı 10.000 ABŞ dolları borc pul götürmüşdür. 8.xx.xx.2023-cü il tarixli qəbzə əsasən 536 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 350 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 752 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 185 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 415 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1050 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 921 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 820 və 536 manat olmaqla, Cavabdeh tərəfindən ümumilikdə 6729 manat məbləğində İddiaçı hesabına ödəniş həyata keçirilmişdir.
9. xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 990 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 700 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 150 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1100 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarilxi qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 950 manat olmaqla, Cavabdeh tərəfindən ümumilikdə 22340 manat məbləğində Gülşad Dadaşovanın kartına ödəniş həyata keçirilmişdir.
10. xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 950 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat olmaqla Cavabdeh tərəfindən ümumilikdə 15350 manat məbləğində Tuncay Hacıyevin kartına ödəniş həyata keçirilmişdir
11. xx.xx.2023-cü il tarixli qəbzə əsasən 600 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 465 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 400 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 600 manat olmaqla Cavabdeh tərəfindən ümumilikdə 2065 manat məbləğində Gülşad Dadaşovanın hesabına ödəniş həyata keçirilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kartdan karta olan köçürmə qəbzləri və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrləri əhatə edən "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 404 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 595 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 1005 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1515 manat, xx.xx.2023-cü il tarixdə 505 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 202 manat, xx.xx.2023-cü il tarixdə 52 manat, xx.xx.2023-cü il tarixdə 151,50 manat, xx.xx.2023-cü il tarixdə 101 manat, xx.xx.2023-cü il tarixdə 2020 manat olmaqla, cəmi 15500.50 manat manat məbləğində pul Gülşad Dadaşova məxsus (4************1186) nömrəli karta köçürülmüşdür.
13. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, Nicat Əlyarlının əməlində cinayət tərkibi olmadığından HK-1/3591 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 14 Qərardan edilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixdə toplanmış material nəzarət qaydasında Nəsimi rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Nəsimi rayon prokurorluğu vasitəsilə Nəsimi RPİ-nin İŞ-yə göndərilmişdir.
15. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, Nicat Əlyarlının əməlində cinayət tərkibi olmadığından HK-1/3591 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tərəflərin izahatları :
16.Məhkəmə iclasında İddiaçı verdiyi izahatında qeyd etmişdir ki, yalnız onun birbaşa olaraq hesabına köçürülən məbləği qəbul edir. Digər şəxslərin hesablarına köçürülən məbləğlərin ona heç bir aidiyyatı yoxdur. O həmin şəxslərdən borc pulun alınmasında vasitəsi olaraq çıxış etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçıdan aldığı 20.000 ABŞ dolları və 10.000 ABŞ dolları məbləğində borcu tamamilə ödəmişdir. İddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. İddiaçı istədiyinə görə digər şəxsərin hesabına pul məbləğlərini köçürmüşdür. Bununla bağlı kifayət qədər ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Bundan əlavə Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim edərək, bildirmişdir ki, həmin iddianı ümumiyyətlə qəbul və etiraf etmir. İddiaçı iddia ərizəsində onu 2016-cı ildən tanıdığını, dəfələrlə ondan borc alıb qaytardığını, lakin 2022-ci ilin mart ayında ondan 20000 ABŞ dolları borc alaraq qaytarmadığını bildirərək məhkəmədən həmin pulun ondan alınaraq ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Nəsimi RPİ- yə ərizə ilə müraciət edərək ona 30000 (otuz min) manat borclu olduğunu bildirmiş və pulunun qaytarılmasının təmin olunmasını xahiş etmişdir. Lakin, xx.xx.2024-cü il tarixli iddia ərizəsində bu fakta ümumiyyətlə toxunmamış, ondan aldığı pulları qaytardığını qeyd etmişdir. Əgər o, 30000 manat pulu qaytarmamışsa, İddiaçı nəyə görə bu faktı da öz iddia ərizəsində qeyd etməmişdir? Nəzərə alaq ki, həmin qərarda İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması da izah edilmişdir. Lakin, iddiaçı bu faktla bağlı ümumiyyətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, həmin qərarda onun Gülnara və onun tapşırığı ilə qohumlarına ümumilikdə 134500 (yüz otuz dörd min beş yüz) manat pul ödəməyi istintaq orqanına təqdim etdiyim ödəniş qəbzləri ilə bir daha sübut olunmuşdur (qərarın kserosurətini əlavə edirəm). Həmin vaxt istintaq orqanına o, bütün ödəniş qəbzlərini təqdim edə bilməmişdir. Hazırda məhkəməyə bütün ödəniş qəbzlərini təqdim edir, (cəmi - 160938 manat - yüz altmış min doqquz yüz otuz səkkiz manatlıq ödəniş qəbzləri). O, İddiaçı xx.xx.2022-ci ildə 20000 (iyirmi min) ABŞ dolları, xx.xx.2022-ci ildə 10000 (on min) ABŞ dolları, xx.xx.2023-cü ildə İddiaçınm qeyri-rəsmi nikah münasibətlərində yaşadığı X1 25000 (iyirmi beş min) manat və yenidən İddiaçı bir neçə gün sonra 17000 (on yeddi min) manat almışdır. Həmin pulları faizləri ilə birlikdə artıqlaması ilə geri ödəmişdir. Lakin, İddiaçı ona 25000 manatlıq borc qəbzini güya X3, 17000 manatı isə guya gəlinləri Nümayəndə almağı barədə qəbzlər yazdırmışdır. Həmin qəbzləri təqdim edir. Əlavə olaraq bildirir ki, yoxlamalar nəticəsində məlum olmuşdur ki, respublika əhalisi arasında X5 adında şəxs yoxdur. Nümayəndə isə ümumiyyətlə pul almamışsır. Qeyd etdiyi kimi, bu adları ona İddiaçı yazdırıb. Qeyd olunmuş məbləğləri topladıqda 17000 manat + 25000 manat + 34000 manat (20000 ABŞ dollarının məzənnəsi ilə) + 17000 manat (10000 ABŞ dollarının məzənnəsi ilə) = 93000 (doxsan üç min) manat təşkil edir. Ödədiyi pulları hesabladıqda isə ortaya çıxan məbləğ - 160938 (yüz altmış min doqquz yüz otuz səkkiz) manat təşkil edir. Aradakı fərqin hesablanması zamanı 160938 - 93000 = 67938 (altmış yeddi min doqquz yüz otuz səkkiz) manat təşkil edir. Deməli, o, İddiaçı aldığı borc miqdarından 67938 manat artıq pul ödəmişdir. Belə olan halda onun necə yenə də borcu qalmış? Respublikanın ən yüksək faizli banklarından belə, o bu qədər kredit götürsəydi, bu qədər faiz hesablana bilməzdi.
Tətbiq edilən hüquq :
19 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
20 Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
İddia tələbinə münasibətdə məhkəmənin mövqeyi :
21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
22. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 23 . Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 25.Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan da aydın olduğu kimi tələb cavabdeh tərəfindən pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Belə ki, ilkin olaraq iddiaçı 20000 ABŞ dolları, daha sonra isə 10000 ABŞ dolları olmaqla, ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun olaraq ümumilikdə 30000 ABŞ dolları (51000) manat məbləğində pulun tutulması tələbi ilə çıxış etmişdir.
26. Bununla bağlı məhkəməyə cavabdehin öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əlyazmalar sübut qismində təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin sübutlar mübahisələndirilməmiş, məhkəmə iclasında verdiyi izahatda həqiqətən də özü tərəfindən yazılmasını təsdiq etmişdir.
27. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda İddiaçı iddia etdiyi pul məbləğini alması faktını təkzib etməsə də, borc məbləğinin bütünlüklə ödənildiyini iddia edərək iddiaya etirazını bildirmiş, bununla bağlı məhkəməyə həm elektron ödəmə sistemi (terminal), həm də kartdan karta edilən köçürmə yolu ilə edilmiş ödənişin həyata keçirilməsi ilə bağlı qəbzləri təqdim etmişdir. İddiaçı məhkəmə iclasında yalnız özünə məxsus hesaba ödənilən məbləğləri qəbul etmiş, lakin digər şəxslərin o cümlədən bacısı Gülşad Dadaşovaya terminal və kartdan karta köçürmə yolu ilə, eyni zamanda Tuncay Hacıyev və Nümayəndə terminal vasitəsilə ödənilən məbləğləri qəbul etməmiş, həmin ödənişlərin məhz sözügedən şəxlərə olan borcun əvəzi olaraq həyata keçirildiyini qeyd etmişdir.
28. İlkin olaraq məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, Cavabdeh Nümayəndə 17000 manat məbləğində borc pul almasını öz imzası ilə təsdiq etmişdir. Odur ki, məhkəmə sonuncunun hesabına ümumilikdə 803 manat məbləğində ödənilmiş pul vəsaiti barədə ödəniş qəbzlərinin hazırki borc məbləğinə aidiyyatının mövcud olmadığı qənaətinə gəlir. 29.İşə əlavə edilmiş digər ödəniş sənədlərindən isə müəyyən olunur ki, Cavabdeh tərəfindən elektron ödəmə sistemi (terminal) vasitəsilə Tuncay Hacıyevə məxsus karta 15350 manat və Gülşad Dadaşovaya məxsus karta 24405 manat, eyni zamanda Gülşad Dadaşovaya məxsus karta hesabdan hesaba köçürmə yolu vasitəsilə ümumilikdə 15500.50 manat məbləğində ödənişlər həyata keçirilmişdir.
30. Məhkəmə bildirir ki, ödənişlərin sözügedən şəxslərin hesabına həyata keçirilməsi elektron ödəmə sistemi (terminal) vasitəsilə aparılan ödəmələrdə onların ad və soyadlarının görünməsi ilə müəyyən olunur. Kartdan karta olan ödəmələrdə isə (4************1186) nömrəli hesabın Gülşad Dadaşovaya məxsus olması faktı tərəflər arasında whatsap platforması üzərindən aparılan yazışmalardan öz təsdiqini tapır. Belə ki, iddiaçı həmin yazışmalarda sözügedən şəxsə məxsus üzərində nömrəsi əks olunmuş kartı pul köçürülməsi məqsədilə cavabdehə göndərmişdir.
31. İddiaçı məhkəmə iclasında cavabehin yuxarıda adları çəkilən şəxslərə borcunun olması səbəbindən ödəniş etdiyini qeyd etsə də, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazılarında İddiaçı cavabdeh tərəfindən ödəniş məbləğlərinin “Gülşad” və “Tuncay” adlı şəxlərə məxsus kartlara edilməli olmasını bildirir. Qeyd edilən halları tərəflər arasında whatsap platforması üzərindən aparılmış yazışmalar da təsdiq edir. Bundan əlavə iddiaçı məhkəmə iclasında verdiyi izahatlarda həmin şəxslərdən Cavabdeh tərəfindən borcun alınması ilə bağlı hər hansı bir qəbz və s. sənədin mövcud olmadığını da qeyd etmişdir.
32. Eyni zamanda məhkəmə bildirir ki, Gülnar və Gülşad Dadaşova tərəfindən Cavabdeh barəsində edilmiş şikayət üzrə ilkin olaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, daha sonra həmin qərardan edilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixdə toplanmış material nəzarət qaydasında Nəsimi rayon Məhkəməsi tərəfindən ləğv edilərək material əlavə araşdırma aparılması üçün Nəsimi rayon prokurorluğu vasitəsilə Nəsimi RPİ-nin İŞ-yə göndərilmişdir. Təkrarən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək, həmin qərarda da Cavabdeh əməlində cinayət tərkibinin mövcud olmadığı və sonuncu tərəfindən kifayət qədər ödənişlərin həyata keçirildiyi qeyd edilmişdir. 33.Beləliklə məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində Cavabdeh tərəfindən İddiaçı alınan borc məbləğinin tam olaraq ödənilməsi halı müəyyən edilmişdir.
34. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. 35.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyı 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmə xərcləri :
37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
38. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli