Məhkəmə qərarları › İş №2(027)-1463/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1463/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1463/2020 20.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ödənilmiş 2960 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 2990 manat) alınaraq İddiaçı-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətindəki “VAZ 2103” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı-də icbari sığorta növündə sığortalatmışdır. Sığortalı ilə xx.xx.2018-ci il tarixli ya PXA********** nömrəli sığorta müqaviləsi bağlan ilmişdir. 2018-ci il sentyabrın 09-da Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2103” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı-Quba- Dağıstan yolunun, Şabran rayonu ərazisindən keçən 123-cü km-də balıq bazarının qarşısında Bakı şəhəri istiqamətində hərəkət olarkən avtomobillə dəmir məhəccərin arasında olan boşluq sahədən dönüb geriyə, yəni qayıtmaq istədiyi zaman Bakı şəhəri istiqamətində hərəkətdə olan “CHERY TİGGO” markalı, **-OH-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Həmin hadisə ilə bağlı DİN-nin Baş istintaq və Təhqiqat idarəsinə bilavasitə tabe olan YNHDİ üzrə istintaq və təhqiqat Şəbəsinin müstəntiqi, polis kapitanı Azad Əliyev tərəfindən xx xxxxxxxx 2018ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi öz təsdiqini tapmışdır. “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 109 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “CHERY TİGGO” markalı, **-OH-*** dövlət nömrə nişanlı avtomaşına 2960 (iki min doqquz yüz altmış) manat məbləğində zərər dəymişdir. İddiaçı xx xxxxxxxx 2018-ci il tarixində 2088 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği ödəmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ödənilmiş 2960 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 2990 manat) alınaraq, İddiaçı-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, təqaüdçüdür. Başqa gəliri yoxdur. Qətnamə çıxarılarkən məhkəmə tərəfindən göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə Cavabdeh dinəyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA41994 nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, “VAZ-2103” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək İddiaçı-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan 109 nömrəli qiymətləndirmə aktından görünür ki, “Cherry Tiggo” markalı **-OX-*** dövlət nömrə nişanlı avtomobilə 2960 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 2088 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən zərərçəkmiş şəxs “Cherry Tiggo” markalı **-OX-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1 2960 manat ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ-2103” markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs “«Cherry Tiggo” markalı **-OX-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1 2960 manat məbləğində zərər dəymişdir. Həmin məbləğ iddiaçı tərəfindən zərərçəkmiş tərəfə ödənilmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddiaçı ödənilmiş zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş 2960 (iki min doqquz altmış) manat məbləğində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 30 (otuz) manat, cəmi 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin olunsun. Cavabdeh ödənilmiş 2960 (iki min doqquz altmış) manat məbləğində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti alınıb İddiaçı-nin hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar