Məhkəmə qərarları › İş №2(027)-1464/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1464/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1464/2020 15.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Sədullayev Bahadır Mödhət oğlunun və Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş təbii qazın bərpası üçün hesablanmış 259,20 manat məbləğində ziyanın İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini tələblərinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə 259,20 manat məbləğində borcunu artıraraq, 667,50 manat məbləğində ziyanın və 20,40 manat dövlət rüsumunun əvəzini və həmin borcun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi Sədullayev Bahadır Mödhət oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı X1 RQİ idarəsinin Quba XS-nin əməkdaşları ərazilərə baxış keçirərkən, Quba rayonu Vladimirovka kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh təbii qazdan qanunsuz istifadə nəticəsində Xaçmaz RQİ idarəsinin Quba XS-nə 259,20 manat ziyan dəymişdir. Yazılı qaydada xəbərdarlığ olunmasına baxmayaraq, Cavabdeh bu qünə kimi həmin məbləği İddiaçı- nin hesabına ödəməmişdi. Beləliklə məhkəmə baxışı müddətində məlum olmuşdur ki,cavabdehin təbii qazdan istifadəyə görə əvvəlki illərdən ödənilməmiş və hal hazırda həmin borc ümumilikdə 667,50 manat təşkil edir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Göstərilənləri nəzərə alaraq, Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə 667,50 manat məbləğində ziyanın və 20,40 manat dövlət rüsumunun əvəzinin İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh bildirdi ki, üç əlil-həyat yoldaşı və iki uşağnı saxlayır, bu səbəbdən də qaz pulunu ödəyə bilmir və debitor borcu yaranmışdır. Əlavə olaraq bildirdi ki, Qaz idarəsinin əməkdaşları tərəfindən qazı kəsilmiş, o döyülmüş, bu səbəbdən şikayət etmişdir.Hazırda yaranan borcunun imkanı olmadığına görə ödəyə bilmir. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi Sədullayev Bahadır Mödhət oğlunu və Cavabdeh dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2019-cu il tarixli24754-05-19 nömrəli müqavilədən görünür ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasındaqazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Xaçmaz RQİİ-nin ******* nömrəli aktdan görünür ki, Cavabdeh məxsus yaşayış evində sayğacsız təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. İş materiallarında olan İddiaçı-nin X2 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019cu il tarixli tələbnamə surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2592 m3 sərfiyyat müəyyən edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında" xx.xx.2019-cu it tarixli, ******* akt tərtib edilmiş və həmin akt əsasında 259,20 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan **********04970 saylı abonentin saldosundan görünürki, 2019-cu il may ayına Cavabdeh 667,50 manat məbləğində borcu yaranmışdır . Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti təbii qazın dəyərini tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında”Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı İstehsalat Birliyi qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər keçirsinlər. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş söbutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş təbii qazın bərpası üçün hesablanmış 667,50 manat məbləğində ziyan tutularaq, İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş təbii qazın bərpası üçün hesablanmış 667,50 (altı yüz altımış yeddi) manat əlli qəpik məbləğində ziyan və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar