Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1467/2021 20.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abdullayeva (Hacıyeva) Ayşən Bəhmən qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Abdullayeva ( Hacıyeva) Ayşən Bəhman qızından 13597,10 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı, xx.xx.1964-cü ildə Quba rayonu, Zərqava kəndində anadan olmuşdur. Oğlu, Cavabdeh1, xx.xx.1992-ci ildə Quba rayonu Paşa-Oba kəndində (keçmiş Bərqov kəndi) anadan olmuşdur. Oğlu Cavabdeh1 xx.xx.1998-ci il təvəllüdlü X3 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan 2 övladları 26.12.2017-ci il təvəllüdlü X2 və 29.09.2019-cu təvəllüdlü X4 anadan olmuşlar. Quba rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(027)-1202/2020 qətnaməsi ilə cavabdehlərin aralarında olan nikah pozulmuşdur. Onların birgə nikahı dövründə razılıqlarına əsasən o, onlar üçün "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən 1 otaqlı mənzilin pulunu verməli, onlarda sözügedən evin alınması üçün ödədiyi pulu ona qaytarmalı idilər. Müqavilənin ümumi dəyəri 29027 manat təşkil etmişdir. O, 13.05.2017-ci il tarixdən 13.03.2021-ci il tarixə qədər ümumilikdə 13597,10 manat pul ödəmişdir. Cavabdehlər arasında ailə münasibətlərinin pozulması nəticəsində həmin pul məbləğinin kimdən alacağı qeyrimüəyyən olduğundan yuxarıda qeyd etdiyi kimi "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən 1 otaqlı mənzil üçün ödədiyi 13597,10 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsini qanuna uyğun hesab edir. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh Abdullayeva (Hacıyeva) Ayşən Bəhman qızı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan X1 notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında inşa edilən 10-cu binanın, 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən 1 (bir) otaqlı, 80 saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə etiraz etməmiş və həmin mənzil sahəsinə görə ödədiyi vəsait Cavabdeh1 tərəfindən ona ödənilmişdir. İş materiallarında olan X6 notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında inşa edilən 10-cu binanın, 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən 1 (bir) otaqlı, 80 saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 14.04.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında imzalanmış 13.04.2017-ci il tarixli, ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün ona 19.700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.06.2017-ci il tarixli mənzilin təhvil aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında inşa edilən 10-cu binanın, 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən 1 (bir) otaqlı, 80 saylı mənzil Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan ********* saylı, 13.04.2017-ci il tarixli payçı müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında inşa edilən 10-cu binanın, 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən 1 (bir) otaqlı, 80 saylı mənzilin ümumi dəyəri 29.027 manat təşkil edir. Müqavilənin ilkin ödənişi Azərbaycan Beynəlxalq Bankına olan borcun 10%, yəni 2195 manat təşkil edir. “Payçı” müqavilə qiymətinin qalan 19700 manata bərabər tutulan məbləğini, “Payçı”, “MTK” və Azərbaycan Beynəlxalq Bankı arasında bağlanılacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" Mənzil Tikinti Kooperativində əldə etdiyi mənzil üçün banka olan kredit ödənişi aylıq 289,30 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" Mənzil Tikinti Kooperativindən mənzil alması üçün "xxxx" ASC-dən 19.700 manat məbləğində kredit almışdır. Qeyd olunan 14.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit ödənişi aylıq 289,30 manat təşkil etmişdir. Həmin kredit ödənişləri 13.05.2017-ci il tarixdən 13.03.2021-ci il tarixədək İddiaçı tərəfindən borc şəklində Cavabdeh1 verilmiş və o, kredit borcunu ödəmişdir. İddiaçının ümumilikdə Cavabdeh1 13597,10 manat məbləğində borc verməsi cavabdehin özünün etirafı ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bundan başqa, iddiaçı qeyd edilən pulun cavabdeh qismində mülki işə cəlb edilmiş Abdullayeva (Hacıyeva) Ayşən Bəhmən qızından da alınaraq ona verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddia cavabdeh Abdullayeva (Hacıyeva) Ayşən Bəhmən qızına münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, kredit müqaviləsi, payçı müqaviləsi və məhkəməyə təqdim edilmiş digər sənədlər yalnız Cavabdeh1 üzərinə öhdəlik götürməsi əsasında tərtib edilmişdir. Cavabdeh Abdullayeva (Hacıyeva) Ayşən Bəhmən qızı qeyd olunan müqavilələrlə üzərinə heç bir öhdəlik götürməmişdir. Ona görə də, iddia cavabdeh Abdullayeva (Hacıyeva) Ayşən Bəhmən qızına münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh1 İddiaçı 13597,10 manat məbləğində borc pul alması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13597,10 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1467/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1467/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver