Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1469/2023 08.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 2000 (iki min) manat pul alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ona və ailə üzvlərinə Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Quba Rayon Rustov kəndində 0.26 ha həyətyanı torpaq sahəsi ayrılmış və mülkiyyəti təsdiq edən JN-047 F KOD 30321108 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və qeyd olunan torpaq sahəsi istifadəsindədir. O 2015-2017-ci illərdə həmin torpaq sahəsində müxtəlif meyvə ağacları əkərək becərib və həmin ağaclar artıq məhsul verir. 2023-cü ilin may ayında Cavabdeh öz şəxsi mal-qarasını onun 0.26 ha həyətyanı torpaq sahəsinə buraxaraq əkib-becərdiyi ağacların budaqlarını qıraraq 17 ədəd müxtəlif meyvə ağaclarını yarasız hala salmışdır. Dəfələrlə cavabdehə ona dəymiş maddi ziyanı ödəməyi təklif etmiş, lakin cavabdeh onunla razılaşmamışdır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. JN-047F KOD 30321108 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən aşkar olur ki, onun və ailə üzvlərinin mülkiyyətində Quba Rayon Rustov kəndi ərazisində 0.26 ha həyətyanı torpaq sahəsi vardır. İddia ərizəsinə əlavə etdiyi Quba Rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi xx.xx.2023-cü il tarixli akt-rəydən aşkar olur ki, mütəxəssis onun və ailə üzvlərinin mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsinə baxış keçirmiş və 17 ədəd 7-8 illik meyvə ağaclarının yararsız hala düşməsi barədə akt-rəy tərtib etmişdir. Cavabdeh təqsiri üzündən onun 17 ədəd bar verən ağacı sıradan çıxmış və ona bunun nəticəsində 2000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, dəymiş ziyanın real məbləği 250-300 manat təşkil edir, cavabdehin hətəkətlərinə görə ilk olaraq iddia ərizəsində 2000 manat tələb etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, o həyətin hasarı əvvələr olmuş, lakin iddiaçı tərəfindən çıxarılmış və sonradan bərkidilməmişdir. Hasar olarsa, heyvanlar həyətinə girə bilməz, buna iddiaçı özü də nəzarət etməli idi. İddiaçının həyətinə girən heyvanlar hamısı onun deyil, başqa şəxslərə məxsus heyvanlar da həmin həyətə daxil olur. Müəyyən təskinlik olaraq 50 manat verə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, JN-047 F KOD 30321108 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Quba Rayon Rustov kəndində 0.26 ha həyətyanı torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materialında olan Quba Rayon Aqrar İnkişaf Mərkəzinin 02 iyun 2023-cü il tarixli məktubuna qoşulan Akt-Rəydən məlum olur ki, İddiaçı DAİM-ə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Qam-Qam kəndi ərazisində 0.26 ha həyətyanı torpaq sahəsinə öz iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdu ki, həmin sahədə 2016-cı ildə əkilmiş müxtəlif meyvə ağacları olub. Həmin meyvə ağaclarının 17 ədədindən təxminən 5 ədədinin budaqlarının 20%-i qırılıb, yarpaqları solmuş halda olduğu, qalan 12 ədəd müxtəlif meyvə ağaclarının isə təxminən 10% budaqları və yarpaqları solmuş olduğu qeyd edilib və möhürlə təsdiq olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ona məxsus heyvanlardan üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş və nəticədə İddiaçı maddi ziyan dəymişdir ki, Cavabdeh heyvan sahibi kimi öz heyvanının vurduğu zərərin əvəzini ödəməyə borcludur. Dəyən zərər iddiaçının izahatı əsasında 200 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla, iddiaçıya vurulmuş maddi ziyanın məbləği iddia tələbi həcmində deyil, iddiaçının izahatında qeyd etdiyi və razılaşdığı real zərər məbləğində olmaqla təmin edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 200 (iki yüz) manat ziyan məbləği tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat ziyan məbləği alınaraq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 40 (qırx) manat dövət rüsumu cavabdehə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qubat Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1469/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1469/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver