Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1473/2022 26.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Oktay oğluna qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oktay oğlundan 5.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Rövşən Mizəməmmədovla yaxın tanışlıq münasibəti olmuşdur. 2019-cu il may ayının əvvəllərində cavabdeh gərgin vəziyyətdə ona yaxınlaşaraq uşağının ağır xəstə olduğunu, ona təcili olaraq uşağın müalicəsinə 5000 manat pul lazım olduğunu bildirərək, ona köməklik etməyini xahiş etmişdir. O da, cavabdehin uşağına yazığı gələrək özünə ev almaq üçün topladığı 5000 manat pulu borc olaraq vermiş və Cavabdeh ondan 5000 manat borc pul alması barədə 10 may 2019-cu il tarixli iltizam yazıb ona vermişdir. Borc aldığı 5000 manat pulu 2019-cu ilin avqust ayında qaytaracağını bildirmiş, lakin borcun qaytarılması müddəti bitdikdən sonra o, cavabdehdən borc aldığı pulu geri qaytarmağı tələb edəndə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmış, son vaxtlar telefonuna belə cavab verməmiş və ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Oktay oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Mirzəməmmədov X1 Zahidədən 5.000 manat məbləğində pul almış və həmin borcu avqust ayında qaytaracağına görə öhdəlik götürmüşdür. İş materiallarında olan SMS xəbərdalığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh Oktay oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, lakin, cavabdeh məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mirzəməmmədov X1 Zahidədən xx.xx.2019-cu il tarixdə 5.000 manat məbləğində pul almış və həmin borcu avqust ayında qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh Oktay oğlu iltizam əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 5.000 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh isə iddianın əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh Oktay oğlunun İddiaçı 5.000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Oktay oğlundan 5.000 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1473/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1473/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver