Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1475/2024 17.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2790 (iki min yeddi yüz doxsan ) manat məbləğində pulun, arayışın alınması üçün ödədiyi 30 manat məbləğində bank rüsumunun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tanışıdır. Cavabdeh xəstə olduğunu əsas gətirərək ona pul lazım olduğunu bildirmiş və onun yanına gələrək ondan borc pul istəmişdir. Pulu olmadığı üçün o, cavabdehə inanaraq onun üçün "xxxx" ASC- dən kredit alaraq vermişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən bankdan krediti o, alsa da, kredit müqaviləsinin bütün şərtlərinə əməl edərək borcu faizləri ilə birlikdə qaytarmağı cavabdeh öz öhdəsinə götürmüş, hətta bankdan ona verilməli olan kredit müqaviləsini, ödəniş tapşırığını da cavabdeh özünə götürmüşdür. Bankdan ona 3700 manat məbləğində pul verilmiş, o da, həmin pulu cavabdehə vermişdir. Həmin kredit məbləğinin banka faizlərlə birlikdə 5280 manat məbləğində qaytarılması müəyyən edilmişdir. Cavabdeh kredit aldığı ilk vaxtlardan aralarındakı razılaşmaya əməl etməyərək kredit borcunu banka vaxtında ödəmədiyi üçün "xxxx" ASC həmin məbləğləri aylıq olaraq onun pensiyasından tutmağa başlamışdır. Cavabdeh isə bu müddət ərzində onun yerinə ödədiyi 5280 manat məbləğində kredit borcundan ona hissə-hissə, cəmi 2490 manat məbləğində ödəniş etmişdir. Sonuncu dəfə cavabdeh ona “kart açdır mən sənin kart hesabına pulunu göndərəcəyəm” bildirmiş, o da, adına "xxxx" ASC-də hesab açdıraraq kart əldə etmişdir. Lakin bu günə kimi kartına cavabdeh öz ailə üzvünün adına olan kartdan cəmi 100 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi cavabdeh sonuncu 100 manat məbləğində ödəniş də daxil olmaqla ona cəmi 2490 manat məbləğində ödəniş etmiş, kreditin onun tərəfindən ödənilən 2790 manat məbləğində hissəsini isə bu günə kimi ödəməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsini bildirsə də, cavabdeh bundan boyun qaçırır. Ona görə cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığı üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin mənə pul borclu olduğunu sübut edən qeydlər səs yazılarını ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh iddia tələbini qəbul edərək və iddianı etiraf edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə tərəfləri dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin Şimal filialının 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-dən 209CLM30309761AA saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixində aldığı 3700 (üç min yeddi yüz) manat dəyərindəki krediti tam bağlamışdır. xx.xx.2024-cü il tarixinə qeyd olunan müqavilə üzrə müştərinin bank qarşısında heç bir öhdəliyi yoxdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, kredit borcu üzrə arayışın verilməsinə görə iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 209CLM30309761AA saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-dən 3700 (üç min yeddi yüz) manat məbləğində pul alaraq Cavabdeh vermişdir. Həmin kredit məbləğinin banka faizlərlə birlikdə 5280 manat məbləğində qaytarılması müəyyən edilmişdir. Cavabdeh qeyd olunan pul məbləğindən 2490 manat məbləğində ödəniş etmiş, lakin iddiaçıya 2790 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirakı təmin edilmiş cavabdeh isə iddia tələbində qeyd olunanları inkar etməyərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli və Cavabdeh 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində pul və arayışın alınması üçün iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində bank rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində pul və arayışın alınması üçün iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində bank rüsumu İddiaçı xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 48 (qırx səkkiz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1475/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1475/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver