Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1483/2021 22.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 16.02.2018-ci il təvəllüdlü X1 üçün Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14.10.2016-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan 16.02.2018-ci il tarixdə oğlu Aqşin doğulmuşdur. Ailə münasibətləri pozulduğundan, Quba Rayon Məhkəməsinə qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 16.02.2018-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 31.07.2018-ci il tarixdən başlayaraq hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla uşağın bir aylıq tələbatını, bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyyaclara tələbatı da artır. O, heç bir yerdə işləmir, atasının evində yaşayır. Maddi imkanı yoxdur. Cavabdehin maddi imkanı yaxşı olsa da, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti vaxtında ödəmir. Hazırda cavabdeh yığılmış aliment borcunu hissəhissə ödəyir. Sonda iddiaçı məhkəmədən iddianı təmin edərək, qanunla nəzərdə tutulmuş məbləğdə alimentin müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən çörək sexində günəmuzd 10 manata işləyir. Aldığı əmək haqqı özünün dolanışığına kifayət etmir. Maddi imkanı olmadığından Quba Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti vaxtında ödəyə bilmir. Hazırda aliment miqdarı artırılarsa, yenə də ödəyə bilməyəcəkdir. Ona görə aliment məbləğinin artırılmasına etiraz edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İV 131225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16.02.2018-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; AZ-İİ 143842 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14.10.2016-cı il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və akt qeydləri kitabında 517 nömrə ilə qeydə alınmışdır; Quba RİHB-nın Xınalıq İƏD üzrə nümayəndəliyin 04.06.2021-ci il tarixli 137 və 138 saylı arayışlarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı Quba rayonu, Qalaxudat kəndində, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Quba rayonu, Aşağı-Atuc kəndində yaşayırlar; Quba Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(027)-2205/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Quba rayon qeydiyyat şöbəsində bağlanmış 14.10.2016-cı il tarixli, 517 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından olan X4 İddiaçı yanında saxlanılması, 16.02.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 14.12.2018-ci il tarixdən başlayaraq hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin və 16.02.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(027)-2205/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 16.02.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 16.02.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(027)-2205/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 65 (altmış beş) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 110 (bir yüz on) manat aliment artırılaraq, aylıq 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 780 (yeddi yüz səksən) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.02.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(027)-2205/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1483/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1483/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver