Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1488/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxx” ASC ilə arasında xx.xx.2014-cü il tarixli, 0801-014886-01 saylı zaminliklə təmin olunmuş qrup kredit müqaviləsi üzrə ödədiyi 1570 manat məbləğində pulun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı, X3 və Cavabdeh “xxxxxxxx” ASCdən xx.xx.2014-cü il tarixli, 0801-014886-01 saylı zaminlik təmin olunmuş qrup krediti müqaviləsinə əsasən hər biri digərinə zamin durmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşlər. Həmin kredit müqaviləsinə əsasən o və Raminə Xələfova hər biri öz üzərlərinə düşən kredit məbləğini vaxtlı-vaxtında ödəmişlər. Lakin, Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunu ödəməmişdir. Bu səbəbdən də “xxxxxxxx” ASC məhkəməyə ərizə ilə müraciiət edərək, həmin borc məbləğinin ondan və cavabdehdən alınaraq “xxxxxxxx” ASC-nin xeyrinə ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Qərarın icrası təmin olunaraq kredit borcunun tutulması onun pensiyasına yönəldilərəkhər ay pensiyasının 50% tutulmaqla 817,83 manat “xxxxxxxx” ASC-nin hesabına köçürülmüşdür. Dəfələrlə cavabdehdən ondan əsassız olaraq tutulmuş 1570 manat məbləğində pulunu tələb etsə də, o, həmin pulu ona ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qeyd etmişdir ki, o iddiaçı ilə birlikdə kredit almışdır. Lakin işləmədiyi üçün krediti ödəyə bilmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 0801-014886-01 saylı zaminlik müqaviləsinə əsasən 2.000 manat məbləğində kredit “xxxxxxxx” ASC-dən Hacıyeva X1 Raminə Əzizşah qızı və Cavabdeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Tabeliyində DSMFnun X7 2 saylı X5 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli, 908/17-02 saylı icra vərəqinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı pensiyasının 50% yəni, cəmi 817,83 manat məbləğində pul tutularaq “xxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsinə və xx.xx.2014-cü il tarixli, 0801-014886-01 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı 700 manat, X2 500 manat və Cavabdeh 800 manat məbləğində olmaqla, ümumilikdə tərəflərə 2.000 manat məbləğində kredit “xxxxxxxx” ASC-dən verilmişdir. Cavabdeh istisna olmaqla, iddiaçı və X3 üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Lakin, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və məhkəmə qərarı ilə cavabdehin icra etmədiyi öhdəlik nəticəsində yaranmış borc iddiaçının pensiyasına yönəldirilmişdir. İddiaçı “xxxxxxxx” ASC ilə arasında xx.xx.2014-cü il tarixli, 0801-014886-01 saylı zaminliklə təmin olunmuş qrup kredit müqaviləsi üzrə ödədiyi 1570 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsini iddia etsə də, iş materialları ilə Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli, 908/17-02 saylı icra vərəqinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı pensiyasının 50% yəni, cəmi 817,83 manat məbləğində pul tutularaq “xxxxxxxx” ASC-nin hesabına ödənilməsi və cavabdehin iddiaçıya 817,83 manat məbləğində pul borclu olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdehnun İddiaçı 817,83 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tərəflər arasında bölünməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilməli, cavabdehdən 15 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 817,83 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilsin. Cavabdeh 15 manat məbləğində pul alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1488/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1488/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver