Məhkəmə qərarları › İş №2(027)-1493/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1493/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1493/2025 15.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı cavabdeh «PSG Finans” BOKT MMC qarşı icra qeydinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdeh «PSG Finans” BOKT MMC qarşı icra qeydinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, QUBA rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsilə İddiaçı cavabdehlər QUBA Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və "xxxx" BOKT MMC-yə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh «PSG Finans” BOKT MMC qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun (Büdcə təsnifat kodu: 14221103, büdcə səviyyə kodu:1, qəbzin nömrəsi:**********) ödənişi edən İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) QUBA Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar