Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2238/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-75/2021 nömrəli qərardadından iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən şikayətin geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-75/2021 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-75/2021 saylı, qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər Kazımova Fəxriyyə Telman qızına, Səfərova Gülnar Telman qızına, Eyvazova Aysel İrşad qızına, Əsgərova Dilşad İsreyil qızına, Əsgərova Ləman İrşad qızına, Camalov Pərvin Ülfət oğluna (üçüncü şəxslər AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi və AR ƏMDK yanında DƏDRXnın 12 saylı Şəki Ərazi İdarəsi) qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş maddi ziyanın tutulması və tutmanın əmlaklara yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır (hakim C.Səfiyeva). Həmin qərardaddan narazı qalan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F.M.İbrahimov şikayət vermiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 75/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. İş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F.M.İbrahimov sonuncu qərardaddan şikayət verərək, şikayətin təmin edilməsi və qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-75/2021 nömrəli qərardadı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-75/2021 nömrəli qərardadından iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F.M.İbrahimov tərəfindən verilən şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan üçüncü şəxs şikayət verərək qərardadın ləğv edilməsi və şikayətinin təmin edilməsini və həm də Abşeron rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-75/2021 nömrəli qərardadı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-75/2021 nömrəli qərardadından iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, baxılması üçün iş materialları ilə birgə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 75/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-75/2021 nömrəli tarixli qərardadı 25 yanvar 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən həmin tarixdə oxunulmuşdur. Həmin qərardaddan xx.xx.2023-cü il tarixdə şikayət verilmişdir, şikayətdə qərarın xx.xx.2023-cü il tarixdə alındığı qeyd edilmişdir. Buradan da görünür ki, məhkəmənin 18 yanvar 2022-cü il tarixli qərardadından verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən qərardaddan şikayət vermə müddətinin axımı dayanmamış, o səbəbdən həmin qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. İş materiallarından o da müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-75/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər Kazımova Fəxriyyə Telman qızına, Səfərova Gülnar Telman qızına, Eyvazova Aysel İrşad qızına, Əsgərova Dilşad İsreyil qızına, Əsgərova Ləman İrşad qızına, Camalov Pərvin Ülfət oğluna (üçüncü şəxslər AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi və AR ƏMDK yanında DƏDRX-nın 12 saylı Şəki Ərazi İdarəsi) qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş maddi ziyanın tutulması və tutmanın əmlaklara yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Həmin qərardaddan sonra məhkəmə tərəfindən iş üzrə bir sıra qərardadlar qəbul olunmuş, həmin qərardadlar icra edilməsi üçün üçüncü şəxs ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Belə ki, iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli iki ədəd qərardadı icra edilməsi üçün üçüncü şəxs ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından da göründüyü kimi həmin qərardadlar icra edilmiş, mübahisəli əmlaklar üzərinə qoyulmuş qadağalar götürülmüşdür. Bundan başqa, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı icra edilməsi üçün üçüncü şəxs ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş şikayət hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən şikayətin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-75/2021 nömrəli qərardadından iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F.M.İbrahimov tərəfindən verilən şikayətin geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-75/2021 nömrəli qərardadından 3-cü şəxsin verdiyi şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-75/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2238/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2238/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver