Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1505/2020 28.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 100 (yüz) manat sabit pul məbləğində alimentin artırılaraq cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2009-cu il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Xasiyyətləri tutmadığı üçün aralarında bağlanmış nikah Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X1 üçün xx.xx.2018-cı il tarixdən başlayaraq, yetkinlik yaşına çatanadək 100 (yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq, ona verilməsi qət edilmişdir. Lakin həmin sabit pul məbləğində aliment uşağın tələbatları ödəmir. Hazırda Quba şəhərində valideynləri ilə birlikdə yaşayır. Maddi vəziyyəti çox ağırdır, heç bir yerdə işləmir. Valideynlərinin himayəsindədir. Heç bir yerdən maddi gəliri yoxdur. Övladının maddi ehtiyacını ödəməkdə çətinlik çəkir. Cavabdehin maddi durumu xeyli yaxşı olmasına baxmayaraq övladı ilə maraqlanmır. Uşağın təhsilində və sağlam böyüməsində iştirak etmir. Məhkəmə tərəfindən təyin olunmuş 100 (yüz) manat aliment uşağın ehtiyaclarını tam ödəmədiyi üçün alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Quba rayonu, Alpan kəndində doğulmuş və həmin kənddə də qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2005-ci ildə Quba rayonu, Alpan kəndində doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-575/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Quba RİHB-nın Alpan İƏV üzrə nümayəndəliyi tərəfindən 05 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 nikah pozulandan sonra anası İddiaçı yanında saxlanılması, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X3 anadan olmuş və hazırda uşaq anası ilə yaşayır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-575/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı işsiz olduğundan, təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı, aliment miqdarının artırılaraq, azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən uşağa görə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyi, hazırda iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-575/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-575/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1505/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1505/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver