Məhkəmə qərarları › İş №2(027)-1506/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1506/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1506/2020 05.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı «FİNKA Azerbaijan» MMM QBKT-nin nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 nümayəndəsi X5 və Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı «FİNKA Azerbaijcan» MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh1 oğlu və Cavabdeh2, müştərək qaydada əsas borc üzrə 9250,36 USD, faiz borcu üzrə 0,00 USD, cərimə borcu üzrə 0,00 USD, cəmi 9250,36 ( doqquz min iki yüz əlli dollar, otuz altı sent) USD məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun «FİNCA Azerbaijcan» MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki,İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********8773 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 23% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10000 (on min) USD məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 663 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği əsas borc üzrə 9250.36 USD, faiz borcuna görə 0.00 USD, cərimə borcuna görə 0.00 USD, cəmi 9250.36 (doqquz min iki yüz əlli dollar,otuz altı sent) USD təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə kreditor tərəfindən danışıqlar aparılsada, danışıqlar heç bir nəticə verməmişdir və kreditor İddiaçı öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir.İddiaçı-nin nümayəndəsi X4 məhkəməyə kredit müqaviləsinin restrukturizasiyasına dair saziş təqdim edərək bildirdiki, həmin məbləğ restrukturizasiya olunub manata keçirilib. Lakin cavabdehlər tərəfindən sazişin 6- cı bəndinin şərtləri pozulduğuna görə, kredit verən onlardan həmin məbləği əvvəlki qaydada, ödəniş cədvəlinə uyğun olaraq tələb etmək hüqüqu vardır və bu səbədən göstərilənlər nəzərə alaraq iddianın təmin olunmasını,cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 9250,36 USD, faiz borcu üzrə 0,00 USD, cərimə borcu üzrə 0.00 USD, cəmi 9250,36 ( doqquz min iki yüz əlli dollar, otuz altı sent) USD məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun «FİNCA Azerbaijcan» MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iş üzrə Cavabdeh1 nümayəndəsi X5 iddianı qismən qəbul edərək bildirdi ki, təmsil etdiyi şəx bankdan pulu almayıb. Sadəcə sənədləşmə onun adınadır. Əslində pulu zamin Cavabdeh2 aldığına görə borc ondan tutulmalıdır.Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Elgün Əlixanlı kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia üzrə prossesual müddətin ötdüyünü nəzərə almağı və zamin Cavabdeh2 qarşı iddia tələbinin təmin olunmamasını və zaminlik müqaviləsinə xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçı «FİNCA Azerbaijcan» MMM QBKT-nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 nümayəndəsi X2 və Cavabdeh2 nümayəndəsi və vəkili X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********8773 saylı kredit müqaviləsindən görünür ki, «FİNCA Azerbaijcan» MMM QBKT tərəfindən Cavabdeh1 23 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********8773 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış əsas borc üzrə 9250,36 USD, faiz borcuna görə 0,00 USD, cərimə borcu üzrə 0,00 USD, cəmi 9250,36 USD məbləğində borc təşkil edir. İş materiallarında olan xx.xx.2016- cı il tarixli xx.xx.2015-ci il tarixli, **********1280 kredi müqaviləsinin restrukturizasiyasına dair tərəflər saziş bağlanmış və kredit alanın kredit verənə qalıq əsas borcu dollardan manata keçirilməklə 8913,76 AZN təşkil etmişdir. İş materiallarında olan xx.xx.2016- cı il tarixli zaminlik müqaviləsindən görünür ki, «FİNKA Azerbaijcan» MMM QBKT-nin eribarnamə üzrə nümayəndəsi X7 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmı və zamin kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, **********8773 saylı saylı kredit müqaviləsi üzrə «FİNCA Azerbaijcan» MMM QBKT tərəfindən Cavabdeh1 illik 23% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10000 (on min) USD məbləğində kredit vermişdir və maliyyə arayışına əsasən borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********8773 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış əsas borc üzrə 9250,36 USD, faiz borcuna görə 0,00 USD, cərimə borcu üzrə 0,00 USD, cəmi 9250,36 USD məbləğində borcu yaranmışdır.Həmçinin xx.xx.2015-ci il tarixli, **********1280 kredi müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişin 7ci bəndinə görə kredit müqaviləsinə və **********1280 saylı zaminlik müqaviləsinə xitam vermir, kredit verənin kredit müqaviləsi üzrə hüquqları tam qüvvədə qalır.Həmin sazişin 6-cı bəndinə əsasən əgər kredit alan bu sazişə üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verənin hüququ vardır ki, kreditin ödənişini bu saziş imzalanadək tədbiq olunan şərtlərlə və ödəniş cədvəli üzrə tələb etsin. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 oğlu və Cavabdeh2, müştərək qaydada, 9250 (doqquz min iki yüz əlli) ABŞ dolları 36 sent məbləğində kredit borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti «FİNCA Azerbaijcan» MMM QBKT-in xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 oğlu və Cavabdeh2, müştərək qaydada, 9250 (doqquz min iki yüz əlli) ABŞ dolları 36 sent məbləğində kredit borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti «FİNCA Azerbaijcan» MMM QBKT-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar