Məhkəmə qərarları › İş №2(027)-1506/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1506/2022

30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1506/2022 30.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1760,28 manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) AZN məbləğin Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli 466-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, eyni zamanda öhdəlik və vəzifələrinə dair “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci i! tarixində öz ərizəsi əsasında 325 - К saylı əmrlə vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “Oba - Quba 4” mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müəyyən malların çatışmadığı aşkar olunmuşdur. Aparılan yoxlamaya dair yuxarıda qeyd olunan tarixdə “İnventarizasiya Nəticələrinə dair” akt tərtib edilmiş, qeyd edilən yoxlamalar üzrə ümumilikdə 1949.11 (bir min doqquz yüz qırx doqquz manat on bir qəpik) manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Maliyyə arayışından məlum olduğu, kimi, çatışmayan malların ümumi dəyəri olan 1949.11 (bir min doqquz yüz qırx doqquz manat on bir qəpik) manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 188.83 (bir yüz səksən səkkiz manat səksən üç qəpik) ınauat güzəşt edilmişdir. Yekun olaraq, Cavabdeh iddiaçıya 1760.28 (bir min yeddi yüz altmış manat iyirmi səkkiz qəpik) manat borcu yaranmışdır.. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X4 iddia tələblərini müdafiə edərək, iddia müddətinin ötürülməsinə səbəb MMC-də olan iş çoxluğu olduğu və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək, MMC-yə heç bir məbləğdə borcu olmadığını və mülki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizələrlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ondan hər hansı formada maddi ziyanın ödənilməsini tələb edə bilməz. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. Çünki onun malın çatışmazlığı ilə bağlı hər hansı təqsiri yoxdur. İddianı etiraf etmir. Çünki onun qaldırılmış iddia ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Əgər malların çatışmazlığında hər hansı bir təqsiri olsaydı bunu etiraf edərdi. İşəgötürən iddia ərizəsində qeyd etmişdir ki, guya əmək müqaviləsini kobud şəkildə pozmuşdur. Halbuki, iddiaçı əmək müqaviləsində özü qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə cavabdeh öz ərizəsi əsasında işdən azad olunmuşdur. İddiaçı ərizəsində guya ona 188.83 ( yüz səksən səkkiz manat səksən üç qəpik) AZN pulun keçən dövr ərzində güzəşt olunmasını qeyd etmişdir. Bu yalan və təhrif olunmuş məlumatdır. İddia müddətinin ötürülməsinə haqq qazandırmaq üçün taktiki bir gedişdir ki, guya sonralar da onların hüquqi müstəvidə münasibətləri davam etmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçının hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən nə az, nə çox düz 2 il 3 ay keçmiş, beləliklə iddiaçı tərəf tələb irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Beləliklə həm iddia qanunsuz və əsassız olduğu, həm də iddia müddəti ötürüldüyü üçün təmin edilə bilməz. İşəgötürənin hüququnun pozulmasının aşkar edildiyini hesab etdiyi gün xx.xx.2020-ci ildir. Yəni işəgötürən iddia müddətini ötürmüşdür. İşəgötürən, ondan həmin məbləği xx.xx.2021-ci il tarixədək tələb edə bilərdi. Artıq tələb irəli sürülməsi üçün nəzərdə tutulmuş müddətin başlanğıcından 2 (iki) il 3 ( üç) ay keçmişdir. Qeyd olunanlara və iddia ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia əsaslı olsa belə təmin edilə bilməz. Çünki qanunvericilikdə birmənalı göstəriş var ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır. Hazırki mübahisə də işçi-işəgötürən münasibətlərindən qaynaqlandığından dolayı işə götürənin pul tələbləri ilə bağlı iddia müddəti 1 il nəzərdə tutulmuşdur. Üstəlik iddia ərizəsindən görünür ki, “İnventarizasiya nəticələrinə dair” akt tərtib edildikdən sonra o, 4 ay həmin şirkətdə çalışmış, xx.xx.2020-ci il tarixdə öz yazılı ərizəm əsasında müvafiq əmrlə işdən azad olunmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 062-K saylı əmrindən görünür ki, Cavabdeh İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2019-cu il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə X1 arasında Oba Market” MMC-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2019-cu il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan X7 haqqında müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 466-K saylı əmrdən görünür ki, Cavabdeh İddiaçı-nin satış Satış Departamentinə xx.xx.2019-cu il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 325-K saylı əmrindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 1760,28 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2019-cu il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh İddiaçı-nin satış Satış Departamentinə xx.xx.2019-cu il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə 1760,28 manat məbləğində borcu vardır. Lakin, İddiaçı məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşlər. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edilməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı-nin ona qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının qəbul etmədiyini və həmçinin mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. (2.1-ci maddə); Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. (2.2-ci maddə); Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. (2.3-cü maddə) Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Mülki Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Həmin Məcəllənin 377-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və Qeyd edilən mülki hüquq normalarının müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar