Məhkəmə qərarları › İş №2(027)-1507/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1507/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1507/2020 01.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi X1 vəCavabdeh2 iştirakı ilə İddiaçı “FİNCA Azəribaijan” MMM QBKT -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azəribaijan” MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 **********8947 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 3913,88 AZN məbləğində əsas borc, faiz borcu 0,00, cərimə borcuna görə 0,00, cəmi 3913,88 (üç min doqquz yüz on üç manat səksən səkiz qəpik) AZN məbləğində, **********1994 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 3828,80 USD, faiz borcu 0,00, cərimə borcuna görə 0,00 olmaqla, cəmi 3828,80 (üç min səkkiz yüz iyirmi səkkiz dollar səksən sent) USD kredit borcu və ödənilmiş 30 manat məhkəmə rüsumunu “FİNCA Azəribaijan” MMM QBKT-in xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azəribaijan” MMM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, “FİNCA Azəribaijan” MMM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********0124 saylı kredit müqaviləsi bağlanmış, 14 ay müddətinə aylığ faiz dərəcəsi 23.13% olmaqla, 5000 (beş min) AZN məbləğində kredit götürmüşdür. Həmin tarixdə **********8862 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 23.13 % olmaqla 14 ay müddətinə 5000 (beş min) USD məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu olaraq, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdu. Beləki tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli **********0124 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********8947 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4366 manat, faiz 0,00 , cərimə 0,00; xx.xx.2015-ci il tarixli **********8862 kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********1994 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4278.00 USD, faiz borcu 0,00 , cərimə 0,00 müəyyən edilmişdir. Beləliklə xx.xx.2020-ci il tarixə **********8947 saylı müqavilə üzrə kredit borcu 3913,88 AZN, **********1994 saylı müqavilə üzrə kredit borcu 3828,80 USD təşkil etmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar aparılsada, danışıqların heç bir nəticəsi olmamış və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdi. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı “FİNCA Azəribaijan” MMM QBKT-un nümayəndəsi X2 məhkəmə iclasında iddia iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, zaminlik müqaviləni xitam verilməsini və iddianın onun hissəsində təmin edilməməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0124 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə faiz dərəcəsi 23.13% olmaqla, 14 ay müddətinə 500,00 AZN məbləğində, həmin tarixdə **********8862 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 23.13 % olmaqla, 14 ay müddətinə 5000 (beş min) USD kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə **********0124 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********8947 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4366 AZN, faiz 0,00 , cərimə 0,00, həmçinin həmin tarixdə **********8862 kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********1994 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4278.00 USD, faiz borcu 0,00 və cərimə 0,00 müəyyən edilmişdir. Hər iki müqavilə üzrə zaminin razılığı alınmamışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, nəticədə Cavabdeh1 iddiaçı qarşısında xx.xx.2016-cı il tarixli **********8947 saylı kredit müqaviləsi üzrə əsas borcu 3913,88 AZN məbləğində, həmin tarixli **********1994 saylı kredit müqaviləsi üzrə əsas borcu 3828,80 USD məbləğində öhdəliyi vardır. İş materiallarında olan “FİNCA Azəribaijan”MMM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********0124 saylı kredit müqaviləsi bağlanmış, cavabdeh 14 ay müddətinə aylığ faiz dərəcəsi 23.13% olmaqla, 5000 (beş min) AZN məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli **********8862 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********8947 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4366 AZN məbləğində borc müəyyən edilmişdi. İş materiallarında olan “FİNCA Azəribaijan” MMM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********8862 saylı kredit müqaviləsi bağlanmış, cavabdeh 14 ay müddətinə aylığ faiz dərəcəsi 23.13% olmaqla, 5000 (beş min) USD məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli **********8862 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********1994 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4278,00 USD məbləğində borc müəyyən edilmişdir. Digər Cavabdeh2 zaminliyə xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət dərək, Cavabdeh1 ilə iddiaçı arasında bağlanan həm manat, həm dollarla (hər biri 5000 məbləğdə olmaqla) olan kredit müqavilələri üzrə zamin olduğunu etiraf etmiş, lakin sonradan həmin müqavilələrin onun xəbəri olmadan dəyişdirildiyini, onunla zaminlik müqaviləsinin bağlanmadığını bildirmişdi. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanan həm manat, həm dollarla (hər biri 5000 məbləğdə olmaqla) olan kredit müqavilələri üzrə Cavabdeh2 zamin olduğunu etiraf etmiş, lakin sonradan həmin müqavilələrin onun xəbəri olmadan dəyişdirildiyini yəni, kredit müqaviləsinin restrukturizasıyasına dair sazişlər bağlanan zaman onunla yenidən zaminlik müqaviləsinin bağlanmamışdır. Nəticədə ABŞ dolları ilə olan müqavilədə zaminin məsuliyyəti artmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli **********8862 saylı kredit müqaviləsi üzrə mülki iş üzrə Cavabdeh2 oğlunun zaminliyinə xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. (477.0.1-ci maddə); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə. (477.0.2-ci maddə); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3-ci maddə); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.( 477.0.4-ci maddə) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək, hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, xx.xx.2016-cı il tarixli **********8947 saylı kredit müqaviləsi üzrə 3913,88 AZN məbləğində müştərək qaydada, xx.xx.2016-cı il tarixli **********1994 saylı müqavilə üzrə 3828 USD məbləğində borcu isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli **********8947 kredit müqaviləsi üzrə yaranan 3913,88 AZN əsas kredit borcu Cavabdeh1 və Cavabdeh2FİNCA Azəribaijan” MMM QBKT-nin xeyrinə tutulsun; xx.xx.2016-cı il tarixli **********1994 saylı müqavilə üzrə 3828 USD məbləğində borc (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 FİNCA Azəribaijan” MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar