Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1507/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ İHakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1459 (min dörd yüz əlli doqquz) manat və 200 (iki yüz) ABŞ dolları məbləğində pulun, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o öncədən evində işləyən usta vasitəsilə tanıdığı dəmirçi Cavabdehlə 2020-ci ildə onun üçün dəmir darvaza-qapı düzəltdirmək üçün müəyyən pul müqabilində şifahi razılığa gəlmişdir. Bu məqsədlə də ona müxtəlif vaxtlarda xidmət haqqı olaraq 1459 (min dörd yüz əlli doqquz) manat məbləğində pul ödənişi etmişdir. Qeyd olunan pul vəsaitinin nəğd qaydada deyil, bank vastəsilə Cavabdeh hesabına köçürmüşdür. Bundan başqa ona nəğd qaydada öz həyətində Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən evində əlbəəl 200 (iki yüz) ABŞ dolları beh olaraq ödəmişdir. Bundan sonra onunla dəfələrlə ya darvazanı tam düzəldib təhvil verməsi və ya köçürdüyü pulu qaytarması barədə telefonla əlaqə saxlamışdır. Bundan əlavə qeyd olunan məsələ ilə bağlı bir neçə dəfə Həmidin işlədiyi Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sexə getmiş, lakin Həmid razılaşmamaya əməl etməmişdir. Cavabdeh onlara həm maddi, həm də mənəvi ziyan da vurmuşdur. Ustanın qoyduğu keyfiyyətsiz qapı sayəsində evinə oğru girərək onlara xeyli maddi ziyan vurmuşdur. Məlumat üçün bildirir ki, Cavabdeh daha öncədən onların həyətində bəzi işlər görmüşdür. Buna görə də onu daha əvvəldən tanımışdır. Onu dəmir ustası Bayram tanış etmişdir. Məcburiyyət qarşısında qalaraq Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Quba rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Quba rayon Polis Şöbəsində verdiyi izahatında da düzəldiyi darvazanın keyfiyyətsiz olduğunu, həmin darvazanı yenidən təmir etməyə razı olduğunu bildirmiş, etiraf etmişdi. Lakin bundan sonra da razılaşmaya əməl etməmişdir. Cavabdeh qızı Aynur Əliyeva ilə watsap yazışmalarında da pul köçürdüyü və onun əvəzində işin görülməməsi öz əksini tapmışdır. Lazım olsa qızı Aynur da məhkəməyə gəlib bunu təsdiq edə bilər. Quba rayon Polis Şöbəsindən ona verilən rəsmi cavabda müraciətin araşdırıldığı və məhkəməyə mülki iddia qaydasında müraciət etməli olduğu qeyd olunmuşdur. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat vermiş, işlərin görülməsilə bağlı məbləğdən ödənilmiş 200 manat hissənin lazımi keyfiyyətdə olmaqla icra olunduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək, səhhətilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçıya cəmi 600 manat borcu qalmışdır və iddianın 600 manat hissədə təmin edilməsini, digər hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialında olan 23799 nömrəli, ********** nömrəli, 26041 nömrəli, qəbzlərdən görünür ki, Cavabdeh hesabına xx.xx.2020-ci il tarixdə 300.0 AZN, xx.xx.2020-ci il tarixdə 760.0 AZN, xx.xx.2020-ci il tarixdə 400.0 AZN pul vəsaiti ödənilib. Bundan başqa iş materiallarına əlavə edilmiş vatsap yazışmalarının ksero-surətindən məlum olur ki, 23799 nömrəli, ********** nömrəli, 26041 nömrəli, qəbzlər vasitəsilə xx.xx.2020-ci il tarixdə 300.0 AZN, xx.xx.2020-ci il tarixdə 760.0 AZN, xx.xx.2020-ci il tarixdə 400.0 AZN pul vəsaiti Cavabdeh məxsus albalı karta 35 (otuz beş) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi olaraq podrat müqaviləsi bağlanılmış, müqavilənin predmetini 1800 manat dəyərində dəmir darvaza-qapı işlərinin yerinə yetirilib təhvil verməsi təşkil etmişdir. Podratçı olan cavabdeh qeyd edlən işlərdən müəyyən hissəni sifarişçiyə təhvil versə də, öhdəliklərini tam icra etməmiş və icra etdiyi hissədə də müəyyən qüsurlar aşkar olunmuşdur. İş tam icra edilib təhvil verilmədiyindən, iddiaçı ona maddi ziyan vurulduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair münasibət bildirilərək 600 manat hissədə işlərin ümumiyyətlə görülməməsi hissəsində iddia etiraf edilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Qeyd edilən Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, razılıq üzrə icra edilmiş işin, yəni dəmir qapının 200 manat dəyərində olan üst hissəsinin lazımi keyfiyyətdə olmaqla icra olunması, qalan 1000 manatlıq hissədə işlərin qüsurlu və 600 manat hissədə ümumiyyətlə icra olunmaması öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh 1600 manat pulun tutulması hissəsində əsaslı olmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1507/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1507/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver