Məhkəmə qərarları › İş №2(027)-1508/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1508/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1508/2020 01.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı “FİNCA Azəribaijan” MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «FİNCA Azəribaijan” MM QBKT -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair MÜƏYYƏN ETDİ: «FİNCA Azəribaijan” MM QBKT ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2, müştərək qaydada 10862,00 manat məbləğində əsas borc, 3441,60 faiz borcu, cərimə borcuna görə 0,00, cəmi 14303,60 (on dörd min üç yüz üç manat altımış qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məhkəmə rüsumunu “FİNCA Azəribaijan” MM QBKT-in xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Kreditor «FİNCA Azəribaijan” MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, “FİNCA Azəribaijan” MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********0242 saylı kredit müqaviləsi bağlanmış, 24 ay müddətinə aylığ faiz dərəcəsi 28% olmaqla, 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Həmin müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 827 manat olmaqla, bərabər hissələrə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşdür. Beləki tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli **********0242 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********0501 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş öhdəliyin icra olunmamış hissəsi, əsas borc 10902,00 manat, faiz 0,00 , cərimə 0,00 müəyyən edilmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı “FİNCA Azəribaijan” MM QBKT səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Posessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0242 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 28%-lə, 24 ay müddətinə, 15000,00 manat məbləğində kredit verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki,, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi üzrə əsas borc 10862,00 manat məbləğində, əsas məbləğə hesablanan faiz borcu 3441,60 manat məbləğində olmaqla, cəmi 14303,60 manat məbləğində öhdəliyi yaranmışdır. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə görə Cavabdeh1 iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər tərəfindən isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən, xx.xx.2015-ci il tarixli **********0242 saylı kredit müqaviləsinə əsasən əsas borc 10862,00 manat məbləğində, əsas məbləğə hesablanan faiz borcu 3441,60 manat məbləğində olmaqla, cəmi 14303,60 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli **********0242 saylı kredit müqaviləsi üzrə yaranmış 10862,00 manat əsas borc, 3441,60 manat əsas məbləğə hesablanan faiz borcu olmaqla, cəmi 14303,60 manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu “FİNCA Azəribaijan” MM QBKT-in xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar