Məhkəmə qərarları › İş №2(027)-1511/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1511/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1511/2023 25.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun maddi vəziyyətinin çətin olmasını, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər biri üçün 220 ( iki yüz iyirmi man) manat sabit pul məbləğində, ümumilikdə 440 ( iki yüz qırx manat) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçı X3 məhkəmə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər biri üçün 220 ( iki yüz iyirmi man) manat sabit pul məbləğində, ümumilikdə 440 ( iki yüz qırx manat) manat məbləğində alimentin və Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 xəstəlikləri və digər xərcləri nəzərə alınmaqla hər birinə hər ay olmaqla 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin iş № 2(044)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində 306 saylı akt qeyd ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. xx.xx.2007-ci ildə doğulmuş X2, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda , hər ay hər biri üçün 120 ( bir yüz iyirmi man) manat sabit pul məbləğində, ümumilikdə 240 ( iki yüz qırx manat) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Keçmiş həyat yoldaşı hal-hazırda Gəncə şəhərində yaşayır və şirkətdə sürücü işləyir, ondan əlavə əmisi Musayev Fizuliyə məxsus restoran, otellərinin müdiri kimi çalışır. Qızları, Musayeva Həcər və Musayeva Fatimə OU-Astiqmatizm diaqnozu ilə xəstədir, müalicə və müayinə alırlar. Sağlamlıq durumlarına xeyli vəsait tələb olunur. Gəncə rayon məhkəməsinin qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan 240( iki yüz qırx) manat alimentin miqdarı hal-hazırda övladlarının maddi təlabatmı ödəmir, övladları artıq böyüyüb, onların mütərəqqi təhsil alması və layiqli həyat səviyyələrini təmin etmək üçün bu məbləğ çox azdır. Hazırda isə 2023-cü il üçün yaşayış minimum ölkə üzrə artmışdır, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişidir”. Uşağları böymüşdür, maddi ehtiyacı və saxlanması xərcləri artmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yenidən ailə qurmuşdur aliment ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünü ki, Cavabdeh və X1 birgə nikahları xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan X15 arayışından görünür ki, X7 X13 OD- 0.3, Vis OS-0.3 diaqnozu qoyulmuşdur. İş materiallarında olan X15 arayışından görünür ki, X6 Astiqmatizm Vis OD- 0.8, Vis OS-0.3 diaqnozu qoyulmuşdur. İş manteriallarında olan Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2(044)-646/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 306 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək anaları X1 yanında saxlanılmış, Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X4 verilmişdir. İş materiallarında olan Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 2(044)-4875/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar olaraq əlavə xərclərə görə hər ay hər uşağ üçün 30 manat, cəmi 60 manat məbləğində pul tutularaq iddiaçı X4 verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 2(044)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar olaraq əlavə xərclərə görə Gəncə Şəhəri, Nizami rayon məhkəməsinin 2(044)- 4875/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş əlavə xərcin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdə hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarının 8.2-cibəndindəməhkəmələrəizahedilmişdirki,uşağınAzərbaycanRespublikasının qanunvericiliyi il müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin)müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhəri, Nizami rayon məhkəməsinin 2(044)- 646/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar olaraq əlavə xərclərə görə Gəncə Şəhəri, Nizami rayon məhkəməsinin 2(044)-4875/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş əlavə xərcin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq, İddiaçı verilsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar