Məhkəmə qərarları › İş №2(027)-1525/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1525/2025

24.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1525/2025 24.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh1 vəkili nümayəndəsi, həmçinin digər Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət (vərəsəlik) hüququnun həyata keçririlməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət (vərəsəlik) hüququnun həyata keçririlməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)- 376/2024 saylı qətnaməsi ilə miras payının müəyyən edildiyi JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Zərdabi qəsəbəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun 02 iyul 2014-cü ildə vəfat etmiş X10 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X19 məxsus olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən müvafiq arayışın verilməsinə, daha sonra isə paylara uyğun olaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin (sənədləşmə işləri ilə bağlı evə və torpaq sahəsinə daxil olaraq bütünlüklə müayinə olunmasına yaradılan maneələrin) aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. X1, anası X20r. Miras qoyanlar X10 və X21 X1nun valideynləri, onun isə nənəsi və babasıdırlar. Miras qoyanlardan Quba rayonu, Zərdabi kəndində fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. X28 02 iyul 2014-cü ildə, atası Kamran Ağasiyev 10 avqust 2018-ci il tarixdə, nənəsi Sədiqə Ağasiyeva isə 29 iyun 2020-ci tarixdə vəfat etmişlər. Miras qoyanların vəfatından sonra o Quba Rayon Məhkəməsinə müraciət edərək, babası miras qoyan X2 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsindən mənə düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X1na düşən hissəsinə ölümündən sonra atasının, yəni İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qoyan X2 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və nənəsi miras qoyan X11 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 na torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)-376/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Quba Regional “Asan Xidmət” mərkəzində "otariat ofisi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, miras kütləsinə daxil Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2, X3, İddiaçı və Cavabdeh3 hər birinin hissədə paylarının müəyyən edilməsi, miras kütləsinə daxil olan Quba rayonu, Zərdəbi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 2/3 hissə vərəsələr Cavabdeh2, X12, X31 və Cavabdeh3 arasında bərabər paylara bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkə Mülki Kollegiyasının 2(102)-2756/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-376/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-376/2024 nömrəli 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini aldığı üçün Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi verilmişdir. Qətnamənin icrası mərhələsində o, Quba Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət edərək hər iki miras qoyan, yəni həm nənəsi X16, həm də babası X4 qanun üzrə vərəsələri sırasına daxil olmağım barədə məktublar almışdır. Daha sonra müvafiq sənədlərini də əlavə edərək məhkəmə qətnaməsi ilə payının müəyyən edildiyi əmlaklara dair hüquqlarımı rəsmi şəkildə qeyd etdirərək ilk öncə ölən şəxslərin adına arayış, daha sonra isə öz adına çıxarış almaq niyyəti ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Verdiyi ərizə əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşı torpaq sahəsini və fərdi yaşayış evini müayinə etmək üçün getsə də, cavabdehlər müayinə işlərinin həyata keçirilməsinə maneə olmuşlar. Ona görə də ərizənin icrasından imtina olunmuşdur. Göründüyü kimi cavabdehlər heç bir əsas olmadan evi və torpaq sahəsini müayinə etməyə, bununla da çoxsaylı məhkəmə çəkişləmələrindən sonra bərpa olunan vərəsəlik və mülkiyyət hüququnu həyata keçirməyə hər vasitə ilə maneə olurlar. Aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmir. Ona görə də cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iddianı qəbul etməyərək iddiaçının cüzi miras payı olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan : - Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 25 yanvar 2025-ci il tarixli, 426№li məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli V-339 reyestr nömrəli vərəsəlik işinə əsasən X26 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X16 qanun üzrə vərəsələri sırasına daxildir. - Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 25 yanvar 2025-ci il tarixli, 427№li məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli V-178 reyestr nömrəli vərəsəlik işinə əsasən X26 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri sırasına daxildir. - xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 099883 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 168366 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. -JN-181 A KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnmədən görünür ki, X13, X21, X8 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 nömrəli qərarı ilə 0,06 hektar torpaq sahəsi verilmişdir. -yaşayış evinin texniki pasportundan görünür ki, X5 adına Quba rayonu Zərdabi kəndində ümumi sahəsi 92,3 kv.metr, yaşayış sahəsi 54,6 kv.metr, köməkçi sahəsi 37,7 kv.metr olan yaşayış evi vardır; -Sumqayıt Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 2(105)-376/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh1, X14 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)- 530/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş, şikayət qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-530/2023 saylı qətnaməsinin ləğv edilməsi mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 2(105)-376/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Quba Regional “Asan Xidmət" mərkəzində notariat ofisi, X17, Cavabdeh2 və X18 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edimiş, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2, X3, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh3 hər birinin 6/24 hissədə payları müəyyən edilsin. Miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən etdə olan 0,06 ha torpaq sahəsinin 2/3 hissəsi vərəsələr Cavabdeh2, X12, İddiaçı və Cavabdeh3 arasında bərabər paylara bölünməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2756/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X13 və X19 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına cavabdeh X17 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X9 və digərlərinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” barədə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)-376/2024 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2, X3, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh3 hər birinin 6/24 hissədə paylarının müəyyən edilməsi, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 2/3 hissəsi vərəsələr Cavabdeh2, X12, İddiaçı və Cavabdeh3 arasında bərabər paylara bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhhkəməsi Mülki Kollegiyasının 2(105)-376/2024 nömrəli 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2025-ci il taixli İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış məktubdan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatında alınması ilə əlaqədar müraciət etdiyi fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Avropa İnsan Hüquqları Məhkəməsinin Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, «öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir:1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci və ən mühüm tələbi odur ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyytin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün madələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri əsasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassz olmasın.» Həmçinin həmin qərarda göstərilir ki, «məcburi köçkünərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunun 5-ci maddəsinin, habelə məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri tapanadək digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onlara başqa yaşayış yerləninə köçürməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 2(105)-376/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2, X3, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh3 hər birinin 6/24 hissədə payları müəyyən edilmiş, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən etdə olan 0,06 ha torpaq sahəsinin 2/3 hissəsi vərəsələr Cavabdeh2, X12, İddiaçı və Cavabdeh3 arasında bərabər paylara bölünmüşdür. Cavabdehlər heç bir əsas olmadan iddiaçıya evi və torpaq sahəsini müayinə etməyə, bununla da çoxsaylı məhkəmə çəkişləmələrindən sonra bərpa olunan vərəsəlik və mülkiyyət hüququnu həyata keçirməyə hər vasitə ilə maneə olurlar. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir: 1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır.” Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və s. beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mərhum Salmanov Nəriman mübahisəli evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı və qanuni gözləntiyə malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxil olmuşdur. Odur ki, iddia təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)- 376/2024 saylı qətnaməsi ilə miras payının müəyyən edildiyi JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Zərdabi qəsəbəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun 02 iyul 2014-cü ildə vəfat etmiş X10 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X19 məxsus olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən müvafiq arayışın verilməsinə, daha sonra isə paylara uyğun olaraq İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin (sənədləşmə işləri ilə bağlı evə və torpaq sahəsinə daxil olaraq bütünlüklə müayinə olunmasına yaradılan maneələrin) aradan qaldırılmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)-376/2024 saylı qətnaməsi ilə miras payının müəyyən edildiyi JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Zərdabi qəsəbəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun 02 iyul 2014-cü ildə vəfat etmiş X10 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X19 məxsus olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən müvafiq arayışın verilməsinə, daha sonra isə paylara uyğun olaraq İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələr (sənədləşmə işləri ilə bağlı evə və torpaq sahəsinə daxil olaraq bütünlüklə müayinə olunmasına yaradılan maneələrin) aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar