Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1527/2020 09.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun, mənəvi zərərə görə 300 (üç yüz) manat, cəmi 3300 (üç min üç yüz ) manat və məhkəməyə ödədiyim 30 manat dövlətbrüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı idda tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunun notariusu, xx xxxx 2019-cu il tarixdə, Cavabdeh 3.000 manat borc pul verməyi barədə kredit müqaviləsinin bağlanmasını təsdiq etmişdir. Həmin müqavilənin 2-ci bəndində şərləşdikləri kimi cavabdeh borcunu tam şəkildə xx xxxx 2020-ci il tarixə kimi qaytarmalı idi. Lakin həmin vaxtadan 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışıdır. Müxtəlif bəhanələr gətirərək borcunu ödəyəcəyini bildirsə də artıq yalan danışdığını, borc öhdəliyini yerinə yetirmək istəmədiyini başa düşmüş. Kredit müqaviləsi üzrə əsas borcu qaytarmaq vəzifəsini qərəzli olaraq yerinə yetirməməsi göz qabağındadır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi cavabdeh borc alarkən onu aldatması, daha sonra borcunu müqavilədə şərtləşdikləri müddətdə və ondan sonra da qaytarmaması şüruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Onun 3.000 manat məbləğdən onu məhrum etməsi nəticəsində mənəvi sarsmti keçirmiş. Cavabdehin qanunsuz hərəkətlərindən keçirtdiyi stres və gərginlik,sinir sisteminin ciddi travma alması səhhətimdə problemlərin yaranmasına səbəb olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvizərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X2 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun, mənəvi zərərə görə 300 (üç yüz) manat, cəmi 3300 (üç min üç yüz ) manat və məhkəməyə ödədiyim 30 manat dövlətbrüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.. Məhkəmədə Cavabdeh iddianı qismən etiraf edərək, bildirdi ki, xx xxxx 2019-cu il tarixdə 3000 manat borc pul almış və hazırda həmin pulu qaytarmağa söz verir. İddianın mənəvi zərər hissəsini qəbul etmir. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 3000 (üç min) manat məbləğdə pulu Cavabdeh borc vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görnür ki, İddiaçı Bakı şəh. H,B,Zərdabi pr.192 ünvanda yerləşən evin 9 saylı mənzilində yaşayır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 3000 (üç min) manat pul aldığını etiraf edərək, iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmədə iddiaçı iddianın mənəvi ziyan hissəsini sübut edə bilmədi. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.3, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1527/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1527/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver