Məhkəmə qərarları › İş №2(027)-1528/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1528/2020

09.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1528/2020 09.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-39/2014 saylı qətnasməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdi ki, o, Cavabdeh ilə xx xxxxxx 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X4, xx.xx.2010-cu il tarixdə isə X6 adlı övladları doğulmuşdur. Münasibətlərinin uyğun gəlməməsi səbəbilə mən valideynlərinin yanına qayıtmış. Cavabdeh uşaqları ilə maraqlanmır, onların nə yeyib içdiyindən xəbərsizdir. Bu səbəbdən də cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-39/2014 saylı qətnaməsi ilə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli rəsmi nikah pozulmuş, nkikah pozularkən birgə nikahlarından olmuş xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun yanında saxlanlılmaqla, yetkinlik yaşına çatanadək saxlanlıması üçün hər ay hər uşağa görə ayda 80 manat olmaqla Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda qətnamə ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqlarına baxa bilmir. Cavabdeh əmək qabilliyətlidir, pul qazanmaq uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Uşaqlarına baxmaq onun kimi onun da vəzifəsidir. Hal-hazırda qanunla hər uşaq üçün minimum yaşayış tərzi 174 manat nəzərdə tutulmuşdur. Uşaqları məktəblidir. Onların ehtiyacları günü-gündən artır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən,Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)- 39/2014 saylı qətnasməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək, göstərdi ki, maddi vəziyyətinin aşağı olduğuna görə hər uşağa görə 100 (yüz) manat aliment ödəyə bilər. Qətnamə qəbul edərkən bunu nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)- 39/2014 saylı qətnaməsindən görünür ki,Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli rəsmi nikah pozulmuş, nkikah pozularkən birgə nikahlarından olmuş xx.xx.2004cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 Zöhrə Bəhrəm qızının yanında saxlanlılmaqla, yetkinlik yaşına çatanadək saxlanlıması üçün hər ay hər uşağa görə ayda 80 manat olmaqla Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuş və hazırda onlar anası ilə yaşayırlar. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-39/2014 saylı qətnaməsindən görünür ki,Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli rəsmi nikah pozulmuş, nkikah pozularkən birgə nikahlarından olmuş xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 Zöhrə Bəhrəm qızının yanında saxlanlılmaqla, yetkinlik yaşına çatanadək saxlanlıması üçün hər ay hər uşağa görə ayda 80 manat olmaqla Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşaqların tələbatlarını ödəmədiyindən uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh maddi imkanı olmadığı üçün hər uşağa 100 (yüz) manat aliment ödəmək iqtidarında olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli, 2(027)- 39/2014 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-39/2014 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar