Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1528/2023 04.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə edilməsinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə edilməsinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən ƏMDK yanında DƏDRX-nın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə etməsinə və meyvə yığmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən yaşayış evi və 0.2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmaqla adına AR ƏMDK yanında DƏDRX-nın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Cavabdeh atası Cavabdeh anası ilə birlikdə ona mülkiyyət hüququ əsasında məxsus yaşayış evində yaşayır. Cavabdehlə bir ailədə yaşamaq qeyri mümkündür. Belə ki, atası Cavabdeh evdə daima içki içir, mübahisə və münaqişə yaradır, söyüb təhqir edir, evdə olan əşyaları qırır. Həyətyanı 0.20 ha torpaq sahələrinin gilas məhsulunu yığaraq özü satır və əldə etdiyi gəliri özünə, ailədən kənar yerlərə xərcləyir. Ona görə də, cavabdehə ona mülkiyyət hüququ əsasında məxsus olan bağ sahəsindən istifadə edilməsinə qadağa qoyulmasını istəyir. Cavabdeh bağ sahəsindən gilas məhsulunu yığaraq satır, bundan sonra spirtli içkilər qəbul edir, əlil və xəstə anasını döyür və xəsarət yetirir. Bununla bağlı Quba rayon məhkəməsinin 3(027)- 48/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Lakin cavabdeh öz əməllərini davam etdirir, bilərəkdən mübahisə və münaqişə yaradır, anasını döyür, qəsdən gilas məhsulunu sataraq ona maddi zərər vurur. Artıq cavabdehlə bir evdə yaşamaq dözülməz həddə çatmışdır. Beləliklə də, cavabdehin davranışları səbəbindən o və anası həyətyanı bağ sahələrindən istifadə edə və gəlir əldə edə bilmirlər. Dəfələrlə Cavabdeh bağ sahəsindən könüllü olaraq, meyvəni yığmamasını təklif etsə də, cavabdeh inadkarlıq edir, meyvəni yığır və ona ziyan vurur. Onun və anasının bağ sahələrindən istifadə etməylərinə və gəlir əldə etməylərinə imkan verməyərək, onun mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Hesab edir ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən ona məxsus yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə etməsinə qadağan qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərmişdir ki, cavabdeh doğma atasıdır, ona məxsus torpaq sahəsindənistifadə etməyə mane olur. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinion xx.xx.2023-cü il tarixli 095 saylı arayışından görünür ki, İddiaçı Aşağı- Xuc kındində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 0,2 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçıı adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-48/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə mübahisə zamanı X1 təhqir edərək onu döyərək, dərəcəsi təyin olunmayan xəsarətlər yetriməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Quba rayonu, Aşağı-Xuc kəndində yaşadığı evdə həyat yoldaşı X1 yumruqla baş nahiyyəsinə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslə barışmasına görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ -əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən yaşayış evi və 0.2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla adına AR ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Cavabdeh da həmin evdə yaşamaqla iddiaçıya məxsus yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə edir. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan qeyd edilən torpaq sahəsindən istifadə etməyi iddiaçının hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən cavabdehin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə etməsinə və meyvə yığmasına qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən ƏMDK yanında DƏDRX-nın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə etməsinə və meyvə yığmasına qadağa qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən ƏMDK yanında DƏDRX-nın hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus yaşayış evinin həyətyanı bağ sahəsindən istifadə etməsinə və meyvə yığmasına qadağa qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1528/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1528/2023
04.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver