Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1540/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, Cavabdeh 2126 manat, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ona ödənilməli vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi 42 manat pulun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, ünvan 1 ünvanında yaşayıram və «Bakcell-Quba» müştəri ofisinin rəhbəri işləyir. Quba şəhəri, İstiqlal küçəsi, ev 25-də yaşayan Cavabdeh xx.xx.2023-cü ildə ona müraciət edərək 64 GB yaddaş tutumlu, 450 manat dəyərində 1 ədəd «Samsunq A40» modelli (İMEİ **********79297 və **********79293) yeni mobil telefonu 8 ay müddətində ayda 50 manat ödəmək şərti ilə almaq istədiyini bildirmiş, o da Fəridi tanıdığından və maddi imkanının da normal olduğunu bildiyindən həmin telefonu ona qeyd olunmuş şərtlər daxilində satmağa razılaşmışdır. Cavabdehlə xx.xx.2023-cü il tarixdə aralarında kredit satış müqaviləsi bağlanmış, Cavabdeh ilkin ödəniş olaraq ona 50 manat pul vermiş, bu da həmin müqavilədə öz əksini tapmışdır. Həmin müqaviləyə əlavə olaraq Cavabdeh həmin mobil telefon cihazına görə borcunun yarandığı təqdirdə, cihazın İMEİ nömrələrinin deaktiv edilməsinə (bağlanmasına) etirazın olmayacağı haqqında əlavəni də imzalamışdır. Fərid ona ilkin ödəniş kimi verdiyi 50 manatdan başqa pul ödəməmişdir. Fəridin 400 manat borclu qalmışdır. Bundan başqa, Cavabdeh xx.xx.2023cü il tarixdə ondan 128 GB yaddaş tutumlu, 1306 manat dəyərində 1 ədəd «Samsunq A54» modelli (İMEİ **********33913 və **********33914) yeni mobil telefonu 12 ay müddətində ayda 98 manat ödəmək şərti ilə almaq istədiyini bildirmiş, o da Fəridə həmin telefonu ona qeyd olunmuş şərtlər daxilində satmağa razılaşmışdır. Cavabdehlə xx.xx.2023-cü il tarixdə aralarında kredit satış müqaviləsi bağlanmışdır. Cavabdeh ilkin ödəniş olaraq ona 130 manat pul vermiş, bu da həmin müqavilədə öz əksini tapmışdır. Həmin müqaviləyə əlavə olaraq Cavabdeh həmin mobil telefon cihazına görə borcunun yarandığı təqdirdə, cihazın İMEİ nömrələrinin deaktiv edilməsinə (bağlanmasına) etirazın olmayacağı haqqında əlavəni də imzalamışdır. Fərid ona ilkin ödəniş kimi verdiyi 130 manatdan başqa pul ödəməmişdir. Fəridin 1176 manat borclu qalmışdır. Bundan başqa, Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan 128 GB yaddaş tutumlu, 550 manat dəyərində 1 ədəd «Samsunq A24» modelli (İMEİ **********29468) yeni mobil telefonu 2 ay müddətində 1 ay 300 manat, növbəti ay 250 manat ödəmək şərti ilə almaq istədiyini bildirmiş, o da Fəridə həmin telefonu ona qeyd olunmuş şərtlər daxilində satmağa razılaşmışdır. Cavabdehlə xx.xx.2024-cü il tarixdə aralarında kredit satış müqaviləsi bağlanmış, Cavabdeh ilkin ödəniş etməmişdir. Fərid ona bu günə kimi pul ödəməmişdir. Fəridin 550 manat borclu qalmışdır. Nəticədə Cavabdeh ona 2126 manat pul borcu vardır. O, dəfələrlə Fəridlə görüşmüş, telefonla əlaqə saxlayaraq ondan pulu ödəməsini xahiş etmiş, lakin Fərid hər dəfə müxtəlif bəhanələrlə ona borclu olduğu ümumilikdə 2126 manat borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 2126 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 42 manat pulun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, həmçinin ərizə təqdim edərək bildirdi ki, maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncuya 450 manat dəyərində 1 ədəd «Samsunq A40» markalı, 64 GB yaddaş tutumlu, (İMEİ **********79297 və **********79293) mobil telefon 8 ay müddətində ayda 50 manat ödəmək şərti ilə satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonucuya 1306 manat dəyərində 1 ədəd «Samsunq A54» modelli 128 GB yaddaş tutumlu, (İMEİ **********33913 və **********33914) mobil telefon 12 ay müddətində ayda 98 manat ödəmək şərti ilə satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, sonuncuya 450 manat dəyərində 1 ədəd «Samsunq A24» modelli 128 GB yaddaş tutumlu, (İMEİ **********79297 və **********79293) mobil telefon 2 ay müddətində 1 ay 300 manat, növbəti ay 250 manat ödəmək şərti ilə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında kredit satış müqavilələri bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə telefonlar satılmış, cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı mobil telefonun dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya borclu olduğu 2126 manat dəyərində telefonlar aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 2126 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, ödənilmiş 42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 2126 manat pul İddiaçı xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 42 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1540/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1540/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver