Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1546/2025 26.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2050 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 41 manat 40 qəpik pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, O, Quba şəhərinin Vaqif küçəsində yerləşən qapı və pəncərə düzəldən, sexdə işləyir. Cavabdeh ona müraciət edərək, Quba rayonu, Rustov kəndində yerləşən fərdi yaşayış evində pəncərə qoymağını istədi. Aralarında olan razılığa görə görəcəyi işə görə cavabdeh ona cəmi 2500 manat verməli idi. O, qısa müddət ərzində cavabdehin evinin pəncərələrini tam şəkildə təhvil verdi. İşini bitirəndən sonra Cavabdeh verməli olduğu 2500 manatdan əvvəl 300 manat, sonra 150 manat pulu kartına köçürmüş, qalan 2050 manatı verəcəyini bildirsə də, hazırda guya gördüyü işi bəyənmədiyini bəhanə edərək qalan pulu ödəmək yayınır. Ümumi 2500 manat məbləğində pul müxtəlif vaxtlarda hissə-hissə ödənilsə də, 2050 manat məbləğində pul hələ də ödənilməmiş olaraq qalır. Pulunu tələb etmək, pozulan hüququnu bərpa etmək məqsədilə dəfələrlə cavabdehə üz tutsam da, heç bir nəticəsi olmamışdır. Pozulan hüquqlarını bərpa etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçıya cəmi 2050 manat borcu vardır. Heç yerdə işləmədiyindən, maddi imkanı olmadığına görə borunu ödəyə bilməmişdir. İddianın təmin olunmasına etiraz etmir. İİİ. İşin faktiki halları: İş materiallarında olan : -Quba Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-91/2-A-6801/25 №li məktubdan görünür ki, İddiaçı Quba RPŞ-nə etdiyi müraciət araşdırılmış, müraciətdə qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün aparılan araşdırma dayandırılmışdır. -təqdim edilmiş Fotoşəkildən görünür ki, Quba rayon Rustov kəndində yerləşən evdə təmir tikinti işləri aparılmışdır. -xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 41 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə təhiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh məxsus Quba rayon Rustov kəndində yerləşən yaşayış evində təmir tikinti işləri aparmış, həmin görülən işlə bağlı pulundan 300 manatını və 150 manatını ödəyərək, qalan 2050 manatı İddiaçı borclu qalmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 41 manat 40 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. -769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin: -191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2050 manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 41,40 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2050 manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 41,40 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-1546/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1546/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver