Məhkəmə qərarları › İş №2(027)-1547/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1547/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1547/2021 02.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor Quba şəhəri, H.Əliyev prospektində qeydiyyata alınmış (VÖEN **********) Kreditor xx.xx.1979-cu il tarixdə Quba rayonu, Qələdüz kəndində doğulmuş, Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olmaqla yaşayan Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor ilə Borclu arasında bağlanmış 13.05.2015-ci il tarixli 842 saylı kredit müqaviləsinə əsasən sonuncuya 6 ay müddətinə 359 manat məbləğində avadanlıq verilmiş və kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən Borclu qrafik üzrə hər ay kreditin müəyyən hissəsini (aylıq ödəniş 60 manat) qaytarmalı olduğu halda, aylar üzrə ödənişləri icra etməmişdir. Nəticədə 13.05.2015-ci il tarixə hesablanmış 359 manat məbləğində əsas, malın kreditlə verilməsi üçün nəzərdə tutulmuş 65 manat faiz olmaqla, cəmi 424 manat məbləğində borcu yaranmışdır. Alıcı Borclu 65 manat məbləğində faiz borcunu müqaviləyə əsasən 13.05.2015-ci il tarixində ödəmişdir. Eyni zamanda kredit müqaviləsinə əsasən qrafik üzrə kreditin qaytarılması gecikdirildikdə qaytarılmayan məbləğ vaxtı keçmiş kreditlər hesabına aid edilir. Əgər borcalan vaxtı keçmiş kredit borcunu ödəməzsə, gecikdirilən hər gün üçün 0,3% cərimə hesablanır. Göstərilənlərə əsasən, ərizəyə əmr icraatı qaydasında baxıb avadanlıq alan Borclu hal-hazıra kimi mağazaya olan 359 manat məbləğində əsas borcun, gecikməyə görə kreditora dəymiş 65 manat faiz borcunun və 20 manat dövlət rüsumunun, ümumilikdə 444 manat məbləğində pulun Borclu tutulmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən məhkəmə əmirinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, borclu 13.05.2015-ci il tarixdə kreditorla nisyə malın kreditlə verilməsi barədə müqavilə bağlamış, müqavilənin şərtlərinə görə 359 manat məbləğində əsas, malın kreditlə verilməsi üçün nəzərdə tutulmuş 65 manat faiz olmaqla, cəmi 424 manat pulu 6 ay ərzində hissə-hissə, ayda 60 manat ödəməyi öhdəsinə götürmüşdür. Kreditorun iş materiallarına əlavə etdiyi 842 nömrəli ordendən göründüyü kimi tərəflər arasında müqavilə bağlanılan gün, yəni 13.05.2015-ci il tarixdə borclu 65 manat ödəniş etmişdir. Kreditor mağazaya olan 359 manat məbləğində əsas, gecikməyə görə kreditora dəymiş 65 manat faiz borcun ödənilməsi tələbini qoysa da, işin hallarından aydın olur ki, borclunun kreditora cəmi 359 manat borcu qalmışdır. Bununla yanaşı ikinci əsas məqam odur ki, kreditor ərizəsinə kredit müqaviləsini, 13.05.2015-ci il tarixdə 65 manat ödəniş olunması haqqında orden və ödəniş cədvəlini əlavə etsə də, borclunun hazırki gün üçün olan borcu barədə, ümumiyyətlə Borclu qalıbqalmaması barədə hər hansı sənəd əlavə etməmişdir. Kreditor borcun alınmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini yalnız kredit müqaviləsinə istinad etsə də, həmin müqavilə sadəcə tərəflərin öhdəliklərini, onların icra qaydasını, tərəflərin hüquq və vəzifələrini və s. nəzərdə tutmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Eyni Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlər əsasında hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 276, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qəbul olunmasından imtina olunması, yenidən iddia qaldırmağa mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar