Məhkəmə qərarları › İş №2(027)-1548/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1548/2024

23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1548/2024 23.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməlinə görə ona dəymiş 11600 (on bir min altı yüz) manat məbləğində maddi ziyanın və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh təkrarən özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə həmkəndlisi İddiaçı torpaq sahəsini daha sərfəli yerdə torpaq sahəsi ilə dəyişdirəcəyini vəd edib aldatmaqla, 2019-cu ilin mart ayında Quba rayonu, Rustov kəndində yerləşən İddiaçı məxsus 11600 manat dəyərində 1,16 ha torpaq sahəsinin tanışı X1 etibar edilməsi barədə müvafiq sənədləşmə aparılmasını təşkil edib, faktiki olaraq ona satmaqla zərərçəkmiş İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 177.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətmiş və 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu fakt cinayət işi üzrə Quba rayon məhkəməsinin 1(027)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təsdiqini tapmaqdadır. Yuxarıda qeyd olunan hadisənin baş verməsi nəticəsində ona 11600 (on bir min altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh azadlıqdan məhrum etmə növündə cəzanı çəkib bitirsə də, ona dəymiş ziyanı ödəməmiş və ödəmək fikridə yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ondan başqa bir çox insanı dələduzluq edərək aldatmış və dəymiş maddi ziyanları ödəməmişdir. Onun torpaq sahəni aldatıb əlindən alıb nə torpaq sahəsi, nə də torpaq sahəsinin dəyəri olaraq maddi ziyan ona qaytarımamışdır. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını qəbul etmir, həmin tələbə aşağıda qeyd olunan əsaslara görə etirazını bildirir. İddia ərizəsində qeyd olunur ki, guya o İddiaçı 11600 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı bu məbləği öz subyektiv mülahizəsinə əsasən irəli sürmüşdür. İddia ərizəsində qeyd olunan, “onun qanunsuz hərəkətləri ucbatından İddiaçı xeyli miqdarda maddi ziyan vurulması, bu ziyanın vurulmasının Quba rayon Məhkəməsinin 1(027)-3/2022 saylı, 13 aprel 2022-ci il tarixli hökmü ilə öz təsdiqini tapması” əsassız, həqiqətə uyğun olmayan mülahizələrdir. O, İddiaçı heç bir torpaq sahəsi və ya pul almamış, ona maddi ziyan vurmamışdır. İş materiallarından da görünür ki, iddiaçının iddiasını əsaslandıran hallara dair heç bir sənəd yoxdur, iddia tələbi yalnız ehtimallar üzərində qurulmuşdur. Beləliklə hesab edir ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsi əsassızdır. İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və bidirmişdir ki, Cavabdeh 1,16 ha torpaq sahəsini dəyişmək adı ilə onu aldadıb torpağını satmışdır. Ona 11600 manat ziyan vurmuşdur. Cavabdeh barəsində hökm çıxmış, cəzanı çəkib bitirsə də, ona dəymiş ziyanı ödəməmiş və ödəmək fikridə yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdehdən pulunun və yaxud torpaq sahənin qaytarılmasını istəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh, iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının dedikləri həqiqətə uyğun deyildir. Belə ki, o Naibədən torpaq almamış, Naibə özü Ravil Babyevlə alqı-satqı etmişdir. İddiaçı ondan əsassız yerə pul tələb edir. Barəsində çıxarılan hökmdən apelyasiya şikyəti vermiş, şikayəti təmin olunmamış, hökm qüvvədə qalmışdır. İddianı tam əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-3/2022 saylı hökmündən görünür ki, Cavabdeh təkrarən özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə həmkəndlisi İddiaçı torpaq sahəsini daha sərfəli yerdə torpaq sahəsi ilə dəyişəcəyini vəd edib aldatmaqla, 2019-cu ilin mart ayında Quba rayonu, Rustov kəndində yerləşən İddiaçı məxsus 11600 manat dəyərində 1,16 ha torpaq sahəsinin tanışı X1 etibar edilməsi barədə müvafiq sənədləşmə aparılmasını təşkil edib, faktiki olaraq ona satmaqla zərərçəkmiş İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 125 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası MPM-nin: 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Eyni məcələnin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qəradadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası CPM-nin: 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh törətdiyi cinayət əməlinə görə dəymiş ziyanın əvəzi olaraq 11600 (on bir min altı yüz) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 125 manat alınaraq, İddiaçı ödənilsin. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh törətdiyi cinayət əməlinə görə dəymiş ziyanın əvəzi olaraq 11600 (on bir min altı yüz) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 125 manat alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar