Məhkəmə qərarları › İş №2(027)-1549/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1549/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1549/2021 02.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə əmr icraatı qaydasında baxıb, avadanlıq alan Borclu hal-hazıra kimi mağazaya olan 200 (iki yüz) manat məbləğində əsas borcun, gecikməyə görə kreditora dəymiş 36 (otuz altı) manat faiz borcunun və 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 256 (iki yüz əlli altı) manat məbləğində pulun borcludan, Borclu məcburi surətdə tutularaq, mağazanın xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, onunla Borclu arasında bağlanmış 09 fevral 2015-ci il tarixli 781 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə “Məişət avadanlıqları mağazası”ndan Borclu 200 (iki yüz) manat məbləğində avadanlıq verilmiş və kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən Borclu qrafik üzrə hər ay kreditin müəyyən hissəsini (aylıq ödəniş 33 manat) qaytarmalı olduğu halda, aylar üzrə ödənişlərı vaxtı- vaxtında yerinə yetirməmişdir.Nəticədə 09 fevral 2015-ci il tarixə hesablanmış 200 (iki yüz) manat məbləğində əsas, 36 (otuz altı) manat məbləğində faiz borcu olmaqla, cəmi borcu 236 (iki yüz otuz altı) manat məbləğində təşkil etmişdir. Alıcı Borclu 36 (otuz altı) manat məbləğində faiz borcunu müqaviləyə əsasən 09 fevral 2015-ci il tarixində ödəmişdir. Eyni zamanda kredit müqaviləsinə əsasən qrafik üzrə kreditin qaytarılması gecikdirildikdə qaytarılmayan məbləğ vaxtı keçmiş kreditlər hesabına aid edilir. Mağazanın dəfələrlə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq, Borclu öhdəliyi icra etməmiş, tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəyə əmr icraatı qaydasına baxıb, Borclu hal-hazıra kimi mağazaya olan 200 (iki yüz) manat məbləğində əsas borcun, gecikməyə görə kreditora dəymiş 36 (otuz altı) manat faiz borcunun və 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 256 (iki yüz əlli altı) manat məbləğində pulun borcludan, Borclu məcburi surətdə tutularaq, mağazanın xeyrinə ödənilməsinədair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Əərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış 09 fevral 2015-ci il tarixli 781 saylı kredit müqaviləsinə əsasən Borclu dəyəri 200 (iki yüz) manat məbləğində avadanlıq satılmışdır. İşdə olan ödəniş cədvəlinə əsasən Borclu 09 fevral 2015-ci il tarixli 781 saylı kredit müqaviləsi üzrə dəyəri 200 (iki yüz) manat məbləğində avadanlıq satılmış və ona 6(altı) aylıq ödəniş qrafiki tərtib olunmuşdur. İşdə olan AZE ********* seriyalı və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZE ******** seriyalı və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kreditor Quba şəhəri 32-33 məhəllə ünvanında qeydiyyatdadır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 09 fevral 2015-ci il tarixli 781 saylı kredit müqaviləsi üzrə 200 (iki yüz) manat məbləğində əsas borc, gecikməyə görə kreditora dəymiş 36 (otuz altı) manat faiz borcu və 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə 256 (iki yüz əlli altı) manat məbləğində pul vəsaiti tutulub Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar