Məhkəmə qərarları › İş №2(027)-155/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-155/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-155/2023 06.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul qaytarılması" tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X11 957 manat əsas pul məbləği və həmin pula bank tərəfindən hesablanmış faizlərin və ödədiyi 39,60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun bacanağıdır. Cavabdeh onun evinə gələrək oğluna toy etmək istədiyini və ona 4000-5000 manat civarında pul lazım olduğunu və onun pulunun olmamasını bildirmişdir. Cavabdeh ondan adına bankdan kredit çıxarmağı xahiş etmişdir. Biraz düşündükdən sonra qərara gəlmişdirki cavabdeh onun onun bacanağıdır, xeyir işində köməklik etməlidir. Cavabdehlə birlikdə “Kapital Bank”ın Xaçmaz filialına getmiş və adına illik 27 faiz olmaqla 4200 manat məbləğində kredit almış, cavabdeh ona bildirmişdir ki, alınmış krediti o ödəyəcəkdir. Alınmış kreditin növbəti ayından normal şəkildə kredit ödənildi. Bir müddət keçdikdən sonra cavabdeh bankan alınmış kredit pulu ödəmədi bankdan ona zəng olunurdu. Onun təqaüdündən ödənişin tutulmasıda hətta ona bildirilirdi. O, cavabdehin nömrəsinə zəng etdikdən cavabdehin nömrəsinə zəng çatmırdı. Cavabdehin evinə gedərək bankdan ona zəng olunduğunu aparıb onun adına olan krediti ödəməsi, ödəməsə onun təqaüdündən tutulacağı bildirilmişdir. Onun dediklərin cavabdeh məhəl qoymamış, onunla əlaqə saxlamamış, bankın pulunu ödəməmişdir. Bank tərəfindən onun təqaüdündən tutulması bildirildikdə o bankda getmiş yeni kredit almış və cavabdehin 1957 manat məbləğində borcunu bağlamışdır. Lakin cavabdeh bu günə kimi həmin borcu ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq onu da qeyd etdi ki, bankdan 4200 manat məbləğində pul alsa da, cavabdehə 3073 manat məbləğində pul vermiş, digər pullar isə onun köhnə kreditinin ödənilməsinə, sığorta və komissiya kimi tutulmuşdur. Cavabdeh fevral ayının sonuna kimi banka olan borcundan ödənişlər etmişdir. O isə kredit müqaviləsi üzrə 03 mart 2022-ci il tarixdə 1296 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı cavabdehlə qohumdur. Ötən ilin sonlarında cavabdeh oğluna toy edirdi. Bu zaman iddiaçı onun yanına gələrək ona toy üçün pul verə biləcəyini bildirdi. Təbii ki, həmin vaxt onun də pula ehtiyacı olduğu üçün iddiaçının bu təklifinə razılaşdı. İddiaçı ona kredit verildiyini bildirərək onu özü ilə birlikdə “Kapital Bank”-ın Xaçmaz filialına gedərək oradan 4200 manat pul veriləcə biləcəyini, amma bir şərtlə ki, həmin həmin kreditdən iddiaçının köhnə borcunun bağlanılmalı olduğu bildirildi. İddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4200 manat məbləğində kredit aldı, həmin kreditdən 1127 manat çıxılmalar olduqdan sonra ona 3073 manat məbləğində pul verdi. O, həmin puldan noyabr, dekabr yanvar fevral ayının 19-da cədvəldə nəzərdə tutulmuş 175 manat məbləğində pulu ödəmiş, lakin iddiaçı qohumu ona qarşı özü könüllü verdiyi pula görə barəsində xoşgəlməz sözlər dediyi üçün borc alaraq ona verdiyi 3703 manatın fevral ayına kimi faizi ilə birlikdə yerdə qalan 2600 manat məbləğində pulu ödəmişdir. Beləliklə onun iddiaçıya heç bir borcu qalmamışdır. Bundan sonra eşitdiyinə görə iddiaçı yeni kredit almışdır. Onun iddiaçıya heç bir borcu olmadığı halda iddiaçı ona qarşı fevral ayından 6-7 ay ötəndən sonra borc tələb etməsi özü əsassızdır. İddiaçıya heç bir borcu yoxdur. İddiaçının borcunu 28 fevral 2022-ci il tarixdə ödəyib qurtarmışdır. İddiaçı ondan hazırda 1957 manat məbləğində borc tələb etməsi həin borcu nəyə əsasən hesablaması da əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Kapital Bank ASC tərəfindən verilmiş hesabt tarixli cədvəldən görünür ki, İddiaçı Şahvələd oğlunun 19 oktyabr 2021-ci il tarixdə GTKR4293562A166 saylı kredit müqaviləsi üzrə 4200 manat məbəğində kredit almış, kredit üzrə xx.xx.2021-ci tarixdə 175 manat, xx.xx.2021-ci il tarixdə 175 manat, xx.xx.2022ci il tarixdə 185 manat, xx.xx.2022-ciil tarixdə 175 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə 1290,76 manat məbləğində pul ödənişlər olunmuşdur. İş materiallarında olan 166TT**********8281 saylı qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixli GTKR4293562A166 saylı kredit müqaviləsi üzrə kredit verilərkən İddiaçı Şavəlid oğlundan 42 manat nağdlaşdırma haqqı, 210 manat sığorta haqqı, 875,51 manat RGRR4288299A166 saylı kredit müqaviləsinin ödənişi olmaqla cəmi 1127,51 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclas zalında təqdim edilmiş qəbzlərdən görünür ki, GTKR4293562A166 saylı kredit müqaviləsi üzrə 175 manat, 175 manat və 2600 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GTKR4293562A166 saylı kredit müqaviləsi müqaviləsi üzrə ödəniş qrafikindən göründüyü kimi kredit müqaviləsi üzrə ödənişlər hər ayın 19-24 aralığında olmaqla 174,67 manat qeyd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixdə GTKR4293562A166 saylı kredit müqaviləsi üzrə Kapital Bank ASC-nin Xaçmaz filialından 4200 manat məbləğində kredit almış, həmin kreditdən 1127,51 manat çıxılmalar olduqdan sonra (bu çıxılmalara iddiaçının özünün köhnə kredit borcu, nağdlaşdırma haqqı, sığorta haqqı daxildir) cavabdeh X3 borc olaraq 3073 manat məbləğində pul vermiş, cavabdeh X4 aldığı borcdan xx.xx.2021-ci tarixdə 175 manat, xx.xx.2021-ci il tarixdə 175 manat, xx.xx.2022-ci il tarixdə 185 manat, xx.xx.2022-ciil tarixdə 175 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 2600 manat pulu ödəmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə 185 manat pulu ödəməsini qeyd etsə də, ödəniş qəbzini məhkəməyə təqdim edə bilməsə də, bu pulun ödənilməsi həm də iddiaçı tərəfindən təsdiq olunmuş və ödəniş cədvəlində öz əksini tapmışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıdan aldığı 3073 manat məbləğində pula görə 3135 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi X2 İddiaçı heç bir borcu qalmamışdır. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq cavabdeh X4 iddiaçıdan pulu kredit kimi yox borc alması öz təsdiqini tapmışdır. İddiaçı pulu kredit borcu olaraq verməsini sübut edə bilməmişdir. Həmçinin məhkəmə iclasında o da müəyyən olundu ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında dediklərinin əksinə olaraq kredit onun təqaüdündən tutulmamış, əksinə ödəniş vaxtı hər ayın 19-24 aralığında olmasına baxmayaraq iddiaçı tərəfindən 1957 manat məbləğində deyil 1290 manat məbləğində pul ödənilmiş, həmin pul isə yeni kredit müqaviləsi bağlanılmasına görə ödənilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri isə hazırkı mübahisələndirilən GTKR4293562A166 saylı kredit müqaviləsi üzrə deyil tamamilə başqa GTKR4883123A166 saylı kredit müqaviləsi üzrədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.1, 739.2.). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından iddiaçının cavabdehdən öhdəliyin icrasını, yaxud ona olan pul borcunu qaytarmasını tələb etməsi üçün cavabdehin öhdəliyinin ona zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Buna baxmayaraq, iddiaçı tələbini təsdiq edən hər hansı yazılı müqaviləyə istinad etməmiş, cavabdehlə aralarında hər hansı şifahi borc müqaviləsinin bağlandığını, habelə cavabdehin öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı 1957 manat əsas pul məbləği və həmin pula bank tərəfindən hesablanmış faizlərin və ödədiyi 39,60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı 1957 manat əsas pul məbləği və həmin pula bank tərəfindən hesablanmış faizlərin və ödədiyi 39,60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar