Məhkəmə qərarları › İş №2(027)-1554/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1554/2021

28.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1554/2021 28.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmirasıan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X16 iştirakları ilə, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X7 və nənəsi X17 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 181A Kod 30316018 nömrəli Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə, Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyinə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onula əsaslandırmışdır ki, o, xx xxx 2002-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olub və hal hazırda orada yaşayır. X1 10 avqust 2018-ci il tarixində vəfat edib. 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası X4 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X14 qanun üzrə vərəsələri sırasına daxildir. Babasından və nənəsindən ona qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A Kod: 30316018 nömrəli Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını həyata keçirmək və dövlət reystrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə müraciət edib. Lakin sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evinin müayinəsi zamanı cavabdeh bibisi Cavabdeh buna şərait yaratmamışdır. Bu məqsədlə o, babası X2 və nənəsi X10 qalan ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üçün çıxarış almaq məqsədi ilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. İdarənin mütəxəsisləri evə baxış keçirmək üçün gəldikdə bibisi Cavabdeh onları evə buraxmamış, mübahisə yaratmış, bunun üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 aprel 2021-ci il tarixli məktubu ilə fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan ekspertiza işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və ona fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyesterindən çıxarış verməkdən imtina məktubu verilmişdir. Hazırda Cavabdeh mərhum babası X5 və nənəsi X17 məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə fərdi yaşayış evinə gəlib yaşamaq istədiyini, mülkiyyət hüququnuu həyata keçirmək istədiyini bildirsə də, cavabdeh onu torpaq sahəsinə və evə buraxmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq babası X7 və nənəsi X17 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A Kod 30316018 nömrəli Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyinə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X24 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh nümayəndəsi və vəkili Musayev Yaşar balaca oğlu bildirmişdi ki, cavabdeh, iddianı qəbul etmir, belə ki, bu yaxınlarda onlara məlum ollub ki, iddiaçı X11 xeyrinə vərəsəliklə bağlı məhkəmə qətnaməsi var. Qətnamə ərizəçi X18 maraqlı şəxs Quban Regional “ASAN” Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılması, babası X3 miras qalmış 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X8 düşən hisəsinə ölümündən sonra onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi Quba rayon Məhkəməsinin iş 2(027)-1634 saylı 30.09.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, X3 qalmış mirasın X8 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyin səbəbi üzrlü sayılaraq uzadılması, X3 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın mülkiyyətə verİlməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X15 tərəfindən qəbul edilməsi qət edilmişdir. Bu qətnamə qanuni vərəsə kimi cavabdehin birbaşa maraqlarına toxunduğundan həmin qətnamədən apellyasiya şikayəti verilib.Bu səbəbdən Quba rayon Məhkəməsinin iş 2(027)-1634 saylı 30.09.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini nəzərə alaraq həmin iş üzrə yekun məhkəmə aktları qəbul edilənədək iddiaçı X11 cavbdehə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X19 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin 05.03.2021-ci il tarixli, 640 nömrəli məktubundan məlum olur ki, İddiaçı 05.03.2021-ci il tarrixli, 178 nömrəli, 07.08.2020-ci il tarixli 339 nömrəli vərəsəlik işinə əsasən 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası X4 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X14 qanun üzrə vərəsələri sırasına daxildir. İş materialında olan Quba rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli 2(027)-1634/2020 saylı qərardadının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, X6 qalmış mirasın X9 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbinin üzrlü sayılaraq uzadılması; X2 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X9 düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən qəbul etməsi faktının müəyyən müəyyən edilməsi qət edilmişdir. İş materialında olan Quba rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli 2(027)-1634/2020 saylı qərardadının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaydarılmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A Kod 30316018 nömrəli Şəhadətnamənin surətindən məlum olur ki, Quba rayon AİK-nın 01.02.1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu Zərdabi kənd sakini X7 fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ni 5 saylı ərazi idarəsinin 17.06.2020ci il tarixli məktubundan görünür ki, X4 adına Quba rayonu Zərdabi qəsəbəsində fərdi yaşayış evi və umumibirgə JN-181A Kod 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən yaşayış evinin texniki pasportu X4 adına 294 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 250644 seriya və nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 25.05.202-ci ildə Quba rayonu Zərdabi qəsəbəsində anadan olub, X1, anası X20 qeyd olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki X12 və X17 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. X12 və X17 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar