Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1557/2020 21.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhəkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə onun 1346,03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba rayon Məhkəməsinin 7(027)- 16/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 ay, 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X2 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitədinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplaıcı kabeli, bir ədəd sadə elektron qolbaq, bir ədəd sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu, iki ədəd ev siqnal ötürücüsü və yaddaş kitabçası məhkum, hazırki, iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehı izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məhsuliyyət daşıması barədə xəbərdarlıq edilərək iltizamı alınmışdır. Cavabdehə təhvil verilmiş elektron nəzarət vasitəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, mobil nəzarət qurğusunun ekran şüşəsi sındırılmışdır. Cavabdeh bu barədə izahat verməkdən imtina etmiş və şifahi olaraq bildirmişdir ki, evinin damına çıxarkən mobul qurğu cibindən düşmüş və sınmışdır. Cavabdehin günahından yəni lazımınca məhsuliyyətli olmadığından mobil nəzrət qurğusunun ekran şüşəsi sındırılmış və onlara maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehməhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 7(027)-16/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkum Cavabdeh Quba rayon Məhkəməsinin 1(027)-74/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasının Quba rayon Məhkəməsinin 7(027)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əvəz edilmiş 400 saat ictimai işlər cəzası 3 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu, 2 ev siqnal ötürücüsü və yaddaç kitabçası Quba rayon Məhkəməsinin 1(027)-54/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkum Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh tətbiq olunmuş mobil nəzarət qurğusu ekran şüşəsi sınmış, aşağı hissəsi qopmuş və sönük vəziyyətdə icra məmuru tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346, 03 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübuetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidir. Məhkəmə iclasında iş üzrə sübutlarla müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin 7(027)-16/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh Quba rayon Məhkəməsinin 1(027)-74/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasının Quba rayon Məhkəməsinin 7(027)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əvəz edilmiş 400 saat ictimai işlər cəzası 3 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi Cavabdeh Quba rayon Məhkəməsinin 1(027)-74/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasının Quba rayon Məhkəməsinin 7(027)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əvəz edilmiş 400 saat ictimai işlər cəzası 3 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli protokol tərtib edilərək mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu, 2 ev siqnal ötürücüsü və yaddaş kitabçası Quba rayon Məhkəməsinin 7(027)-16/2020 saylı, xx.xx.2020-ci il tarixli qərar üzrə məhkum Cavabdeh təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli protokol tərtib edilərək məhkum Cavabdeh tətbiq olunmuş mobil nəzarət qurğusu ekran şüşəsi sınmış, aşağı hissəsi qopmuş və sönük vəziyyətdə icra məmuru tərəfindən təhvil alınmışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatının dəyəri 1346, 03 manatdır. Sadalanan maddi hüquq normalarını hazırki iddiaya tətbiq edərək məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh1346,03 manat məbləğində pul alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1346,03 manat məbləğində pul tutularaq Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1557/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1557/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver