Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1559/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh reqres qaydada tərəfindən ödənilmiş 20 000 (iyirmi min) ABŞ dolları məbləğində vəsaitin 1/2 hissəsini, yəni 10 000 (on min) ABŞ dolları məbləğində vəsait və 15 000 (on beş min AZN məbləğində vəsaitin 1/2 hissəsi, yəni 7500 (yeddi min beş yüz) manat məbləğində vəsaitin, ümumilikdə 24 500 (iyirmi dörd min) manat məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə15.11.2008-ci il tarixdə rəsmi nikaha girib və birgə nikahdan onların iki övladı-18.03.2013-cü ildə İbrahim və 30.01.2016-cı ildə Nərmin adlı uşaqları doğulub. İddiaçı ilə münasibətləri pisləşdiyindən cavabdeh nikahın pozulması üçün ərizə ilə məhkəməyə müraciət edib, Quba Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulub, nikah pozularkən birgə nikahdan doğulmuş X11 və X12 analarının yanında saxlanılmış, 18.03.2013-cü il tarixdə doğulmuş X11 və 30.01.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, İddiaçı hər ay cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan əlavə cavabdeh iddiaçıya məxsus birgə nikah dövründə əldə edilmiş hesab etdiyi əmlakların bölünməsi tələbi ilə məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X5 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə Cavabdeh azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən, hüquq və vəzifələrinə toxunan şəxslər X9 və X10 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünərək ayrılmış, “iddia tələbi qalan hissədə təmin edilməsin” qət edilmişdir. Qeyd olunan qətnamə kassasiya qaydasında mübahisələndirilmiş və şikayət icraata qəbul edilmişdir. Bildirir ki, cavabdehlə birgə nikah dövründə 07 mart 2014-cü il tarixdə "xxxx" QSC-nin “Xaçmaz” filialından 20 000 (iyirmi min) ABŞ dolları və 12 mart 2018-ci il tarixdə 15 000 (on beş min) AZN məbləğində kredit götürülmüşdür. Qeyd edib ki, 07 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit borcu onun tərəfindən 2016-cı ilin mart ayında, 12 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş, kredit məbləği isə 2020-ci ildə tam olaraq ödənilmişdir. Kredit vəsaitləri götürüldüyü zaman cavabdehlə nikah münasibətlərində olmuş və götürülmüş vəsait birgə təsərrüfatın idarəsinə xərclənmişdir. Lakin qeyd edilmiş kredit məbləğləri onun şəxsi gəliri hesabına ödənilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik nikah məhkəmə tərəfindən xitam olunduqdan 1 il sonra yerinə yetirilmiş və cavabdeh bu kreditlərin qaytarılmasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh reqres qaydada tərəfindən ödənilmiş 20 000 (iyirmi min) ABŞ dolları məbləğində vəsaitin 1/2 hissəsini, yəni 10 000 (on min) ABŞ dolları məbləğində vəsait və 15 000 (on beş min AZN məbləğində vəsaitin 1/2 hissəsi, yəni 7500 (yeddi min beş yüz) manat məbləğində vəsaitin, ümumilikdə 24 500 (iyirmi dörd min) manat məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh onun qızıdır. İddiaçı iddia etdiyi krediti qızıyla birgə nikahda olarkən götürüb və həmin kredit yaşayış evnin tikilməsinə xərclənib, hal-hazırda həmin evlə bağlı mübahisə Ali Məhkəmənin icraatındadır. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X3 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv edilməsi, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən, hüquq və vəzifələrinə toxunan şəxslər X9 və X10 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməsin qət edilmişdir. İş materiallarında olan AZ-İ 284250 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqına akt qeydləri kitabında 19.02.2019-cu il tarixli 0006 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında iş materiallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, əmlak tələbi ilə bağlı Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X5 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, RX ******* saylı, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən, RX ******* saylı, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə Cavabdeh azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən, hüquq və vəzifələrinə toxunan şəxslər X9 və X10 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 1/2 hissədə olmaqla, naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməsin qət edilmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsindən kasassiya qaydasında mübahisələndirilmiş və şikayət hal-hazırda Ali Məhkəmənin icraatındadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı reqress pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı reqress pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1559/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1559/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver