Məhkəmə qərarları › İş №2(027)-1567/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1567/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1567/2020 25.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı,Cavabdeh iştirakı ilə, İddiaçıCavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 (üç min doqquz yüz) manat verdiyi pul, 7 il müddətinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1365 manat, 110 (bir yüz on) manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul olmaqla ümumilikdə 5405 (beş min dörd yüz beş) manat pulun İddiaçı xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, o, oğlu X1 “Odlar Yurdu” Universitetinə qəbul olunması üçün özünü “Slavyan” və “Odlar Yurdu” Universitetlərinin müəllimi kimi təqdim edən cavabdeh Sabrina Süleymanovnaya 3900 manat pul vermişdir. Bununla əlaqədar cavabdeh ona oğlunun “Odlar Yurdu” Universitetinin maliyyə-kredit fakültəsində qiyabi təhsil alması barədə arayış vermişdir. Sonuncu dəfə cavabdeh ona oğlunun qeyd edilən fakültənin qiyabi şöbəsinin 5ci kursunda olması barədə xx.xx.2012-ci il tarixli arayış vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh Sabrina Süleymanovnanın pul müqabilində öz üzərinə götürdüyü işi həll etməmiş və onu aldatmışdır. Cavabdeh belə əməllərlə məşğul olduğu üçün və çoxsaylı şəxsləri aldadaraq pullarını mənimsədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Hazırda cavabdeh cəzasının çox hissəsini çəkərək vaxtından əvvəl azad olunmuşdur. O, pulunun qaytarılması ilə bağlı dəfələrlə cavabdehlə əlaqə saxlasa da, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, pulu şəxsən Cavabdeh verdiyini, telefon vasitəsi ilə əlaqə saxladıqlarını və pulu verməsinə dair hər-hansısa bir sübutun olmadığını qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, iddiaçını tanımadığını, onu bir dəfə gördüyünü, onunla atestat məsələsinin həlli zamanı tanış olduğunu bildirərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(027)-1991/2019 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh 3900 (üç min doqquz yüz) manat verdiyi pul, 7 il müddətinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1365 (min üç yüz altımış beş) manat, 110 (yüz on) manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul olmaqla, ümumilikdə 5405 (beş min dörd yüz beş) manat pul tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(027)-1991/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1567/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(027)-1991/2019 saylı qiyabi qətnaməsi ləğv edilməsi və mübahisəyə iddia icraatı qaydasında baxılsı qərara alınmışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Quba rayonun Hacıhüseynli kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 2005-ci il tarixli orta təhsil haqqında attestatın surətindən görünür ki, X2 2005-ci ildə Gədəbəy rayonu Dəyirmandağ kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 143/012 nömrəli arayışdan görünür ki, X2 həqiqətən “Odlar Yurdu” Universitetinin maliyyə-kredit fakültəsinin qiyabi şöbəsinin 5-ci kursunda təhsil alır. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı, oğlu X1 “Odlar Yurdu” Universitetinə düzəldilməsi ilə bağlı Cavabdeh 3900 manat məbləğində pul verdiyini, sonuncu isə tərəflər arasında olan razılığa əsasən aldığı pul müqabilində öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə qarşı 3900 (üç min doqquz yüz) manat verdiyi pul, 7 il müddətinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1365 manat, 110 (bir yüz on) manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul olmaqla ümumilikdə 5405 (beş min dörd yüz beş) məbləğində pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun oğlunun universitetə düzəldəcəyi məqsədilə həmin məbləğdə pulu aldığını, lakin sonradan nə oğlunu universitetə düzəltdiyini, nə də pulu qaytarmadığını bildirmiş, lakin öz tələbini təsdiq edən hər hansı yazılı müqaviləyə istinad etməmiş, cavabdehlə aralarında hər hansı əvəzli şifahi əqdin bağlandığını, habelə cavabdehin öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsasların mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Cavabdeh iddianı qəbul etməmiş, iddiaçıdan hər hansı məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı 3900 (üç min doqquz yüz) manat verdiyi pul, 7 il müddətinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1365 manat, 110 (bir yüz on) manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul olmaqla ümumilikdə 5405 (beş min dörd yüz beş) manat pul tələbinə dair iddası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 3900 (üç min doqquz yüz) manat verdiyi pul, 7 il müddətinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1365 manat, 110 (bir yüz on) manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul olmaqla ümumilikdə 5405 (beş min dörd yüz beş) manat pul tələbinə dair iddası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar