Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1570/2021 05.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı-nin Cavabdeh qarşı borcun tutulması barədə ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 819,29 dollar, faiz borcu 719,42 dollar, cəmi 1538,69 dollar və ödənilmiş 30 manat İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizənin forması və məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddianın qiyməti 1538,69 dollar məbləğindədir (manata məzənnə nisbəti 1538,69x1.70=2615,77 manat). Göründüyü kimi, ərizədə qeyd olunan borc məbləği Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən çoxdur. Azərbaycan Respublikası MPM-nin 284-4.1.1-ci maddəsinə görə məhkəmə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Bundan başqa, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsi ilə nəzərdə tutulmamışdırsa, bu hal da imtina üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı-nin Cavabdeh qarşı borcun tutulması barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı-yə həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1570/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1570/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver