Məhkəmə qərarları › İş №2(027)-1577/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1577/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1577/2021 29.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 45-19- 23-103465 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən əsas borc 2485,69 (iki min dörd yüz səksən beş manat altmış doqquz qəpik) manat, faiz borcu 14,09 (on dörd manat doqquz qəpik) manat olmaqla, cəmi 2499,78 (iki min dörd yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 2548 (iki min beş yüz qırx səkkiz) dolları məbləğində kredit verilmiş və 27.04.2015-ci il tarixli 45-15-11-018720 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş və borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı arasında 2550,97 (iki min beş yüz əlli manat doxsan yeddi qəpik) manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 15.12.2019-cu il tarixli, 45-19-23-103465 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh 15.12.2019-cu il tarixli, 45-19-23-103465 saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. 15.12.2019-cu il tarixli, 45-19-23-103465 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borc alan, borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faizi ödəyir (60 ay ərzində 0.1%-dən çox olmamaq şərti ilə). 15.12.2019-cu il tarixli, 45-19-23-103465 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. 07.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 07.06.2021-ci il tarixinə İddiaçı-yə əsas borcu 2485,69 (iki min dörd yüz səksən beş manat altmış doqquz qəpik) manat, faiz borcu 14,09 (on dörd manat doqquz qəpik ) manat olmaqla, cəmi 2499,78 (iki min dörd yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirdi və izah etdi ki, sözügedən kredit məbləğini uzun zaman əvvəl almış və cari ayın yanvar ayında 55 manat ödəniş etmişdir. Mart ayında koronavirus xəstəliyinə yoluxduğu üçün ödənişlər edə bilməmişdir. Belə ki, o, xəstəliyi ilə bağlı aldığı dərmanların pulunu indi ödəyir. İmkansızlığı səbəbindən hal-hazırda banka olan borcu ödəyə bilmir. Maddi imkanı yol verdiyi təqdirdə banka olan borcu ödəyəcəkdir. Məhkəmə cavabdehin ərizəsini nəzərdən keçirib və izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15.12.2019-cu il tarixli, 45-19-23-103465 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1% olmaqla 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə 2550,97 (iki min beş yüz əlli manat doxsan yeddi qəpik) manat məbləğində kredit vermiş, cavabdeh isə müqavilədə göstərilən müddətdə kredit və həmin kreditə hesablanmış faizləri qaytarmağa dair üzərinə öhdəlik götürmüşdür; Problemli kreditlərin kompensasiyası barədə çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh ABŞ dolları ilə ayrılmış kredit məbləği restrukturizasiya olunaraq kredit borcunun qalıq məbləği 2550,99 (iki min beş yüz əlli manat doxsan doqquz qəpik) manat müəyyən edilmişdir; 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.06.2021-ci il tarixinə İddiaçı-yə 15.12.2019-cu il tarixli, 45-19-23-103465 saylı kredit müqaviləsi üzrə 2485,69 (iki min dörd yüz səksən beş manat altmış doqquz qəpik) manat əsas, 14,09 (on dörd manat doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2499,78 (iki min dörd yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində qalıq borcu vardır; 23.04.021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 24.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 45-19-23- 103465 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 15.12.2019-cu il tarixli 45-19-23- 103465 saylı kredit müqaviləsi üzrə hesablanmış 2485,69 (iki min dörd yüz səksən beş manat altmış doqquz qəpik) manat əsas borc, 14,09 (on dörd manat doqquz qəpik ) manat faiz borcu olmaqla, cəmi 2499,78 (iki min dörd yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 45-19-23-103465 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 15.12.2019-cu il tarixli 45-19-23-103465 saylı kredit müqaviləsi üzrə hesablanmış 2485,69 (iki min dörd yüz səksən beş manat altmış doqquz qəpik) manat əsas borc, 14,09 (on dörd manat doqquz qəpik ) manat faiz borcu olmaqla, cəmi 2499,78 (iki min dörd yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar