Məhkəmə qərarları › İş №2(027)-1579/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1579/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1579/2025 23.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4050 manat məbləğində pulun və 61 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş mənəvi ziyana görə 300 manatı, hüquqi yardıma görə ödənilmiş 941 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qohumu İlkin Həsənovla 2024-cü ildə Qusar rayonu, İmanqulu kəndində yerləşən gilas bağını şərikli qaydada icarayə götürərək işlədirlər. 2024-cü ilin iyun ayında həmkəndlisi Cavabdeh həmin bağ sahəsində olan gilasları satmışlar. Həmin gilasların qiyməti 22094 manat təşkil etmişdir. Əsəd gilasların pulundan ona 8394 manat pulu vermişdir. Həmin pulu fəhlələrə və bağın xərclərinə vermişdir. Yerdə qalan 13700 manat pul isə, şərik olduqlarına görə, İlkin Həsənovla onun arasında iki yerə bölünməli olmuşdur. Həmin puldan ona 6850 manat pul çatmalı olmuşdur. Lakin Əsəd ona, ümumilikdə 2800 manat pul vermişdir. O, yerdə qalan 4050 manat pulu dəfələrlə Əsəddən istəsə də, sonuncu pulu verməmişdir. O, bu barədə Quba rayon Polis şöbəsinə müraciət etsə də, mübahisənin mülki xarakterli olması səbəbindən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Cavabdeh ona 4050 manat məbləğində borcu qalmasını Polis şöbəsində izahatı zamanı İlkin həsənov da bildirmişdir. Əgər ehtiyac yaranarsa, məhkəmə iclası zamanı şahid kimi ifadə də verə bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə çəkişməsi zamanı onun pulu tam ödənilmişdir. Qarşılıqlı iddianı isə qəbul etmir. Belə ki, polis orqanlarına, məhkəməyə müraciət etməsinin səbəbi pulunun vaxtında ödənilməməsidir. Əgər Əsəd onun pulunu vaxtında ödəmiş olsaydı, o, da hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmazdı. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı bildirdi ki, şərikli icarəyə götürdüyü bağın gilaslarını Cavabdeh satmış, sonuncun da ona 4050 manat məbləğində borcu olmuşdur. Cavabdeh qohumu İlkin adlı şəxsin isə Əsədə borcu olmuşdur. Ona görə də İlkin Əsədin əvəzinə sonunucunun ona borclu olduğu pulu vermişdir. Cavabdehin ona olan borcu ödənildiyindən heç bir iddia tələbi yoxdur. Göstərilənləri nəzərə alınmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ondan əsassız olaraq Quba rayon Polis şöbəsinə şikayət vermişdir. Quba rayon Polis şöbəsinin İTB-də və TB-də araşdırılma aparılmışdır. O, həmin araşdırmanın gedişində xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil ilə hüquqi yardım göstərilməsinə dair müqavilə bağlamış və Xaçmaz rayon Vəkil bürosunun hesabına 300 manat xidmət haqqı, 20 manat 50 qəpik marka ödənişi etmişdir. Hüquqi yardım nəticəsində İddiaçı əsassız ərizəsi rədd edilmişdir. Bundan başqa İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi üzrə cavabdehdir. Ona hüquqi yardım göstərilməsi üçün o, yenidən xx.xx.2025-ci il tarixdə Vəkil ilə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamış və 300 manat, 20 manat 50 qəpik order marka ödənişi etmişdir. İlk iddia tələbi əsassız olduğundan təmin edilmə bilməz. Lakin iddia üzrə iddiaçı Quba RPŞ-də və Quba rayon Məhkəməsində qaldırdığı iddialar ilə bağlı ümumlikdə o, 641 manat xərcə düşmüş və həmin məbləğlər ona ilk iddia üzrə iddiaçı tərəfindən iddiası sübut edilmədiyi təqdirdə geri qaytarılmalıdır. Bundan başqa ilk iddia üzrə iddiaçının hərəkətləri, əsassız ərizələri nəticəsində stress, əsəb keçimiş və ona dəymiş mənəvi ziyanı 300 manat məbləğində qiymələndirir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Quba RPŞ-nə əsassız şikayəti və Quba rayon Məhkəməsində qaldırdığı iddialar ilə bağlı ümumlikdə Cavabdeh 641 manat xərc çəkmiş, eyni zamanda mənəvi izdirab keçirmişdir. İlkin iddianın əsassız olduğunu nəzərə alaraq rədd edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı 4050 manat borclu olması təsdiqini tapmış, aralarındakı münasibət mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında müqaviləni və qəbzin surətindən görünür ki, Cavabdeh ilə Xaçmaz vəkil bürosunun vəkili Vəkil arasında xx.xx.2025-ci il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün Cavabdeh tərəfindən Xaçmaz vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir; Hüquqi yardımın göstərilməsi haqqında müqaviləni və qəbzin surətindən görünür ki, Cavabdeh ilə Xaçmaz vəkil bürosunun vəkili Vəkil arasında xx.xx.2025-ci il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün Cavabdeh tərəfindən Xaçmaz vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin İddiaçı qarşısında 4050 manat məbləğində pul ödəliyi olmuşdur. Həmin hal cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilməsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 araşdırma zamanı izahat verərkən, Cavabdeh İddiaçı 4050 manat pul almasını və qaytarmaqdan yayındığını bildirmişdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçı məhkəmə araşdırması zamanı Cavabdeh ona olan 4050 manat məbləğində borcun Əsədin qohumu İlkin adlı şəxs tərəfindən tam ödənildiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən ilkin iddiaçı tərəfindən ödənilmiş 61 manat məbləğində dövlət rüsumunu İddiaçı aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənəvi zərərin ödənilməsi barədə tələbini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, şəxsə mənəvi zərər onun hüquqları pozulduqda, ona mənəvi əzab verildikdə və ya nüfuzuna xələl yetirildikdə ödənilə bilər. Tərəflər arasında olan mülkihüquqi mübahisə ilk növbədə tam qanuni əsaslarla Quba RPŞ-də araşdırılmış, daha sonra bununla bağlı məhkəmə çəkisməsi olmuşdur ki, bu da Cavabdeh mənəvi izdirab keçirməsi kimi qiymətləndirilə bilməz və mənəvi zərərin ödənilməsinə əsas vermir. Cavabdeh İddiaçı hərəkətləri nəticəsində mənəvi zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə iddiaçının mənəvi ziyana görə pul tələbini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh mənəvi zərərin tutulmasına dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-cu maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən hüquqi yardıma görə ödənilmiş 641 (300+300+20.50+20.50) manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə hüquqi yardıma görə ödənilmiş 641 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar