Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1584/2021 02.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2(012)-725/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 29.05.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 1998-ci il tarixdən nikah münasibətlərində olmuşlar. Birgə münasibətlərindən 1999-cu il təvəllüdlü Kənan, 2002-ci il təvəllüdlü Tamerlan və 2008-ci il təvəllüdlü Yunis adlı övladları olmuşdur. Lakin münasibətləri pozulduğundan aralarındakı nikah rəsmi olaraq 2015-ci il tarixdən pozulmuşdur. Məhkəmə övladlarının iddiaçının yanında saxlanması və hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Lakin hələ nikah münasibətləri bitmədən öncə onları tərk etmiş cavabdeh alimentin ödənişini həyata keçirməmiş, uşaqların saxlanmasında ona nə mənəvi nə də maddi dəstək göstərməmişdir. Cavabdehin anası vəfat etdikdə ölkə ərazisinə keçid edərkən aliment borcuna görə İcra və Probasiya şöbəsi tərəfindən saxlanılmış, lakin o cavabdehin düşdüyü vəziyyətdən istifadə etməmiş, anasının yas mərasimində iştirak etməsinə görə pulun ödənilməsinə dair ərizə yazıb, onu İcra və Prabasiya şöbəsindən buraxdırmışdır. Lakin cavabdeh bundan sonra da aliment ödənişini həyata keçirməmiş, övladlarının ehtiyacını özü tək qarşılamışdır. Hazırda övladları onun himayəsindədir. Övladı Tamerlan vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Digər iki övladının təhsilinə və saxlanılmasında maddi köməyə ehtiyacı vardır, böyük oğlu 18 yaşını keçsə də kiçik oğluna görə Quba rayon məhkəməsinin qətnaməsi ilə tutulan 60 manat məbləğində aliment uşağın ehtiyacını ödəmir. Buna görə də iddiaçı həmin aliment məbləğinin artırılmasını istəyir. Qeyd edib ki, aralarında razılaşma mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2(012)-725/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 29.05.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh, lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 214890 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında olan 05.06.2004-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması Quba rayon Qeydiyyat şöbəsində 12.02.2016-cı il tarixli 17 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 29.05.2008-ci il təvəllüdlü X14 Başqırdıstan Respublikasında anadan olmuş, şəhadətnamənin “atası” qrafasında Cavabdeh, “anası” qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11.08.2015-cü il tarixli 2(027)-725/2015 saylı qətnaməsi ilə X7 ilə Cavabdeh arasında olan 05.06.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, 05.07.1999-cu il təvəllüdlü X15 03.01.2002-ci il təvəllüdlü X8, 29.05.2008-ci il təvəllüdlü X14 anaları- X3 yanında saxlanılması, 05.07.1999-cu il təvəllüdlü X9 03.01.2002-ci il təvəllüdlü X4, 29.05.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün 12.03.2015-ci il tarixindən başlayaraq hər uşağa 60 manat olmaqla, cavabdeh X2 3 uşağa görə hər ay 180 (bir yüz səksən ) manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan MAPS arayışdan görünür ki, Cavabdeh Quba rayonu Çiçi kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından 05.07.1999-cu il təvəllüdlü X15, 03.01.2002-ci il təvəllüdlü X8, 29.05.2008-ci il təvəllüdlü X14 anadan olub, onlardan 03.01.2002-ci il təvəllüdlü X1 müharibəsində şəhid olub, 05.07.1999-cu il təvəllüdlü X15 və 29.05.2008-ci il təvəllüdlü X14 anaları- X3 himayəsində yaşayır. Quba Rayon Məhkəməsinin 11.08.2015-cü il tarixli 2(027)-725/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, uşaqların yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 60 (altımış) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İddiaçı digər iki övladının təhsilinə və saxlanılmasında maddi köməyə ehtiyacı olduğunu, böyük oğlu 18 yaşını keçsə də, 29.05.2008-ci il təvəllüdlü X12 görə Quba rayon Məhkəməsinin qətnaməsi ilə tutulan 60 manat məbləğində alimentin uşağın ehtiyacını ödəmədiyini, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir, 29.05.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 175 ( yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyini, mövcud iqtisadi şərait nəzərə alınaraq iddia təmin edilməli və Quba Rayon Məhkəməsinin 11.08.2015-cü il tarixli 2(027)-725/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 29.05.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2(012)-725/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 29.05.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1584/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1584/2021
02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver