Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1590/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı ASC «Xalq Bank»ın nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC «Xalq Bank»ın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borcun tutulması” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC «Xalq Bank»ın Cavabdeh qarşı iddia ərizəsilə müraciət edərək, Cavabdeh 17.01.2014-cü il tarixli **********35614 №-li Kredit müqaviləsi üzrə İddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi 17.01.2017-ci il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 18.10.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 188,80 (bir yüz səksən səkkiz) manat 80 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 18.10.2018-ci il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 133,96 (bir yüz otuz üç) manat 96 qəpik məbləğində penya, cəmi 322,76 (üç yüz iyirmi iki) manat 76 qəpik məbləğində borcu və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitini Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı ASC «Xalq Bank»ın nümayəndəsi X5 iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17.01.2014-cü il tarixli **********35614 nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 % ödənilməsi şərtilə, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin X2 ilə 17.01.2014-cü il tarixli **********35614/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borc alan tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə İddiaçı tərəfindən “Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında” iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 18.05.2017-ci il tarixli 2(027)-1292/2017 nömrəli Qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 17 yanvar 2014-cü il tarixli, **********35614 saylı kredit müqaviləsi üzrə yaranmış 1 991,22 manat məbləğində əsas, 224,09 manat məbləğində faiz, 129,95 manat məbləğində cərimə borcu, ümumilikdə 2 345,26 manat məbləğində pulun və 28 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qəbul edildikdən sonra cavabdeh banka müxtəlif tarixlərdə 2419.04 manat ödəniş etmişdir. Buna baxmayaraq kredit üzrə ödənişlərin gecikdirilməsi ilə əlaqədar Cavabdeh 17.01.2014-cü il tarixli **********35614 №-li Kredit müqaviləsi üzrə İddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi 17.01.2017-ci il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 18.10.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 188,80 (bir yüz səksən səkkiz) manat 80 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 18.10.2018-ci il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 133,96 (bir yüz otuz üç) manat 96 qəpik məbləğində penya, cəmi 322,76 (üç yüz iyirmi iki) manat 76 qəpik məbəğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi göstərilənləri nəzərə alaraq, cəmi 322,76 (üç yüz iyirmi iki manat 76 qəpik) manat məbləğində pul borcu və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitini Cavabdeh İddiaçın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən banka olan borcu məhkəmə qətnaməsi əsasında tam ödənilib və əsas borcu bağlanıb. Sonradan ona hesablanmış faiz borcları ilə razı deyil. Ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı ASC «Xalq Bank»ın nümayəndəsi X3 və Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17.01.2014-cü il tarixli **********35614 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 % ödənilməsi şərtilə, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZE 02065764 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu Vladimirovka kəndində qeydiyyatdadır. İş materiallarında olan 05.07.2021-ci il tarixli ********* mədaxil qəbzindən görünür ki, Bank tərəfindən iddia ərizəsinə görə 30 manat rüsum ödənilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(027)-1292/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 17 yanvar 2014cü il tarixli, **********35614 saylı kredit müqaviləsi üzrə yaranmış 1991,22 manat məbləğində əsas borc, 224,09 manat məbləğində faiz borcu, 129,95 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2345,26 (iki min üç yüz qırx beş manat, iyirmi altı qəpik) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu ASC «Xalq Bank»ın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, ASC «Xalq Bank» ilə Cavabdeh arasında 17 yanvar 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh ASC «Xalq Bank»dan 24% ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit almışdır. Quba rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(027)-1292/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 17 yanvar 2014-cü il tarixli, **********35614 saylı kredit müqaviləsi üzrə yaranmış 1991,22 manat məbləğində əsas borc, 224,09 manat məbləğində faiz borcu, 129,95 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2345,26 (iki min üç yüz qırx beş manat, iyirmi altı qəpik) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu ASC «Xalq Bank»ın xeyrinə tutulması qət edilmişdir. Qətnamə qəbul edildikdən sonra cavabdeh banka müxtəlif tarixlərdə 2419.04 manat ödəniş etmiş, lakin cavabdehin İddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi 17.01.2017-ci il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 18.10.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 188,80 (bir yüz səksən səkkiz manat 80 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 18.10.2018-ci il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 133,96 (bir yüz otuz üç manat 96 qəpik) manat məbləğində penya, cəmi 322,76 (üç yüz iyirmi iki manat 76 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərannda öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anma qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxanda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərann nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərannm çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məçəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri və cavabdehin əmlak mənafelərini nəzərə alaraq, məhkəmə 17.01.2014-cü il tarixli **********35614 №-li Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 18.10.2018-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 188,80 manat məbləğində zərərin əvəzi, 03 manat 96 qəpik gecikdirilmiş məbləğə hesablanmı penya, cəmi 192 manat 76 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 17.01.2014-cü il tarixli **********35614 №-li Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 18.10.2018-ci il tarixə kimi, vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 188 (yüz səksən səkkiz) manat 80 qəpik məbləğində zərərin əvəzi, 03 (üç) manat 96 qəpik gecikdirilmiş məbləğə hesablanmı penya, cəmi 192 (yüz doxsan iki) manat 76 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1590/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1590/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver