Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1591/2021 02.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1151,00 manat sığorta ödənişi məbləğinin və 500,00 manat işlərin görülməsi xərcin və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1151 (bir min yüz əlli bir) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 1680 (bir min altı yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X4 arasında 23.02.2018ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai İX55” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 02.08.2018-ci il tarixdə “Hyundai İX55” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, Ə.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21074” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı 1151.00 (bir min yüz əlli bir) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Quba RPŞ DYPB-dən ünvanlarına 02.08.2018-ci il tarixli, XP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.2-ci, 332.4-cü və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Quba RPŞ DYPB-nin İddiaçı-yə təqdim etdiyi 08.08.2018ci il tarixli, 146-4 17911-1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai İX55” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 26.09.2018-ci il tarixli, AS-18/2408 saylı feriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bü günədək cəmiyyətə ödənilməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinə İddiaçı-nin iştirakı olmadan baxıb, qətnamə qəbul edilmısini xahiş etmişdir. Ona görə də məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, həqiqətən də 02.08.2018-ci il tarixdə “Hyundai İX55” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba şəhəri, Ə.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “VAZ 21074” markalı, ** FT *** döblət qeydiyyatlı avtomaşına zərər vurmuşdur. Avtomaşına vurulmuş zərərin ekspertiza tərəfindən müəyyən olunmuş 1151 manat məbləğində olmasını qəbul etmir və həmin məbləğ çox hesablanmışdır. Onun həmin məbləği ödəməyə maddi imkanı yoxdur və bunun nəzərə alınmasını məhkəmədən xahiş edir. Mülki işin materiallarında olan şəhadətnamənin təfsilatından görünür ki, X3 məxsus “Hyundai İX55” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı-də 17.02.2018-ci il tarixdə PAA********** nömrə ilə sığortalanmışdır. Mülki işin materiallarında olan icbari sığortası müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “Hyundai İX55” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı-də 17.02.2018-ci il tarixdə sığortalanmışdır. Mülki işin materiallarında olan 02.08.2018-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Mülki işin materiallarında olan 28.08.2018-ci il tarixli Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin 02.08.2018-ci il tarixdə Quba şəhəri, Ə.Nərimanov küçəsində baş verməsi, sığortalanmış “Hyundai İX55” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sahibinin X4 olması, zərər vuran avtomobilin markasının “Hyundai İX55” markalı, **-BJ-*** olması, "VAZ-21074" markalı **-FT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 1151,00 manat təşkil etməsi göstərilmişdir. Mülki işin materiallarında olan 29 avqust 2018-ci il tarixli, BO000010859 №-li ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən X2 1151,00 manat pul ödənilmişdir. Mülki işin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 9/6136-8/2105 №-li rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı-nin 02.08.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ 21074” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1151,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-421,0 manat; təmir-bərpa işlərinin qiyməti -730,0 manat. Mülki işin materiallarında olan 22.06.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, hazırki iddia ilə bağlı iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh 23 avqust 2018-ci il tarixdə idarə etdiyi “Hyundai İX55” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla Quba şəhəri, Ə.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21074” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, bununla da sığorta hadisəsi baş vermiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı tərəfindən 1151,00 (bir min yüz əlli bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Hyundai İX55” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 məxsus olmuş, hadisə zamanı avtomobili Cavabdeh idarə etmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 9/6136- 8/2105 №-li rəyi ilə "VAZ-21074" markalı **-FT-*** dövlət qeydiyyat nişanlı, avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 1151 (bir min yüz əlli bir) manat müəyyən olunmuşdur. Ancaq iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 1151 (bir min yüz əlli bir) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcini tələb edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə vurulan ziyanın məbləği ilə bağlı cavabdeh tərəfindən vurulan zərərin məbləğini 1151 manat həcmində qəbul edir və hesab edir ki, iddia qismən, yəni 1151 manat məbləğində təmin edilməlidir. İddiaçı təşkilat 500 manat məbləğində işlərin görülməsi xərcini tələb etsə də, bu işlərin nədən ibarət olmasını və həmin xərclərin çəkilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbini əsaslandıran bu halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə məhkəmə hesab edir ki, iddia, iddiaçının işlərin görülməsi xərcinə görə 500 (beş yüz) manat tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə, əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 9/6136-8/2105 №-li rəyini mötəbər sübut kimi qəbul etməklə, reallığa uyğun olduğu, həqiqiliyi şübhə yaratmadığı üçün həmin rəydə göstərilən "VAZ-21074" markalı, **-FT-*** dövlət nömrə nişanlı avtobmobilə dəymiş ziyanın məbləğinin 1151 manat olmasını qəbul edir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası Qaydaları»nın 12-ci bəndinə müvafiq olaraq sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçünçü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsnə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və sair istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə və sair) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın məbləği 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq Cavabdeh 20,91 manat dövlət rüsumu tutularaq, İddiaçı-yə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 noyabr 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi qənaətinə gəlindiyi üçün, 100 manat ekspertiza xərcinin 69,71 manatı Cavabdeh, 30,29 manatı isə İddiaçı-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikas MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən o cümlədən ekspertə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud ekspertlərin təyin edilməsi məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi barəbr qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, sığorta ödənişi məbləğini təşkil edən 1151 (bir min yüz əlli bir) manat və 20,91 manat dövlət rüsumu alınaraq, İddiaçı-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğdən 69,71 manat Cavabdeh, 30,29 manatı isə İddiaçı-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3 hesabına hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh, sığorta ödənişi məbləğini təşkil edən 1151 (bir min yüz əlli bir) manat və 20,91 manat dövlət rüsumu alınaraq, İddiaçı-yə ödənilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğdən 69,71 manat Cavabdeh, 30,29 manatı isə İddiaçı-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3 hesabına hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1591/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1591/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver