Məhkəmə qərarları › İş №2(027)-1594/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1594/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1594/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə SHT000279 saylı 20.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 348 (üç yüz qırx səkkiz) manat borcun, 45,65 (qırx beş manat altmış beş qəpik) manat cərimə borcunun, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış SHT000279 saylı 20.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 602 (altı yüz iki) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə fiziki şəxs X2 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs "X3"-nin Cavabdeh qarşı olan 602 (altı yüz iki) manat məbləğindəki tələb hüququ İddiaçı-nə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18.11.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-nə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan iorcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə 16.04.2021-ci ildə ödəniş etmişdir. Cavabdehin bugünə 348 (üç yüz qırx səkkiz) manat əsas borcu, 45,65 (qırx beş manat altmış beş qəpik) manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış SHT000279 saylı 20.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, Cavabdeh ümumi qiyməti 602 (altı yüz iki) manat olan bir ədəd şüşə mətbəx dəsti satılmışdır. Cavabdeh 602 (altı yüz iki) manat məbləği 12 ay müddətinə hər ayın 20-dən gec olmamaqla hər ay 50,17 (əlli manat on yeddi qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı QCS ilə fiziki şəxs X2 arasında balanan faktorinq müqaviləsindən və həmin faktorinq müqaviləsinə əlavə olunan 10.09.2020-ci il tarixli sazişdən görünür ki, fiziki şəxs X1 Cavabdeh qarşı olan 602 (altı yüz iki) manat məbləğindəki tələb hüququ İddiaçı MMCyə keçmişdir; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 18.11.2020-ci il tarixli **********8915000 nömrəli çıxarışına əsasən, İddiaçı MMC təşkilati hüquqi formasını dəyişərək QSC-nə çevrilmişdir; 18.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-nə SHT000279 saylı 20.08.2020-ci il tarixli nisyə alqı-satqı alqı-satqı müqaviləsi üzrə 348 (üç yüz qırx səkkiz) manat əsas və 45,65 (qırx beş manat altmış beş qəpik) manat cərimə borcu qalmışdır; 17.06.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 30.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmiş və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulmuşdur. Beləliklə, müəyyən olundu ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış SHT000279 saylı 20.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 602 (altı yüz iki) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. "xxxx" MMC ilə fiziki şəxs "X3" arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs fiziki şəxs X1 Cavabdeh qarşı olan maddi tələb hüququ İddiaçı-nə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər; 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər; 655.5-cü maddəsinə əsasən Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər; 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materiallarında olan 03.06.2019-cu il tarixli faktorinq müqaviləsinin: 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən faktor, borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir). Müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir; 2.2-ci bəndinə əsasən faktor maliyyələşdirməni sazişdə göstərilən Faktorirıq komissiyası. Əməliyyat komissiyası və digər komissiyaları çıxılmaqla həyata keçirir, sazişdə göstərilən Faktorinq komissiyasını. Əməliyyat komissiyası və digər komissiyaların ilkin faktor ödənişi və ya qalıq faktor ödənişi məbləğindən tutulacağı nəzərdə tutula bilər; 14 bəndinə əsasən tərəflər arasında müqavilənin icrası zamanı meydana gələn bütün mübahisə və anlaşılmazlıqlar qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll edilir. Qarşılıqlı razılaşma əldə edilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq azərbaycan respublikasının məhkəmələrində həll edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı köçürülmüş 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SHT000279 saylı 20.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış 348 (üç yüz qırx səkkiz) manat əsas və 45,65 (qırx beş manat altmış beş qəpik) manat cərimə borcu Cavabdeh İddiaçı-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi olan 0,40 (qırx qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar