Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-160/2024 31.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 17000 (on yeddi min) manat pul vəsaitinin, həmçinin 141,40 (yüz qırx bir manat qırx qəpik) manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı adlanacaq) 2018-ci ildə Quba X2 (MDM) lor-həkim vəzifəsində çalışıb. Həmin ildə Cavabdeh (bundan sonra Cavabdeh adlanacaq) iddiaçıya həkim olaraq müraciət edib və onun tərəfindən burun rinoplastik əməliyyatı olunub. Tərəflər arasında aparılan əməliyyatla əlaqədar olaraq həkim pasiyent münasibəti yaranıb. Cavabdehin atası əməliyyatdan qısa müddət sonra xəstəliyi ilə əlaqədar Quba MDM-nin reanimasiya şöbəsində müalicə alıb və orada da vəfat edib. Cavabdehin atasının müalicə aldığı dövrdə iddiaçının həkim olaraq müayinə və müalicələrlər maraqlanması nəticəsində tərəflər arasında münasibətlər davam edib. Cavabdehin atası vəfat etdikdən sonra tərəflərin əlaqəsi kəsilib. Cavabdeh 2020-ci ildə iddiaçı ilə əlaqə saxlayaraq əzcaçı kimi işlədiyi aptekdə işdən çıxarıldığını, atalarının ölümündən sonra qardaşı ilə torpaq davasında olduğunu, bu səbəbdən qardaşı tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını, boşandıqdan sonra övladına tək baxmaqda çətinlik çəkdiyini və bir qadına 700 (yeddi yüz) manat borcunun olduğunu bildirmişdir. Həmin borcun qaytarılması üçün cavabdeh iddiaçıdan qeyd edilən məbləğdə borc istəmiş, iddiaçı da hər dəfəsində 350 (üç yüz əlli) manat olmaqla 2 dəfəyə həmin məbləği 2020-ci ildə cavabdehə cavabdehə məxsus olmuş "xxxx" ASC-nin 4169 7413 5655 3469 nömrəli bank kartına göndəriş etməklə borc vermişdir. Bundan sonra cavabdehin təşəbbüsü ilə tərəflər arasında ünsiyyət güclənmiş. Cavabdeh hər gün iddiaçıya mesajlar yazmağa başlamışdır. Mesajların məzmunu ondan ibarət olmuşdur ki, keçmiş əri övladları üçün nəzərdə tutulmuş alimenti ödəmir, qardaşı tərəfindən təzyiqlərə məruz qalır, ümumiyyətlə həyat şəraiti ağırdır və ona maddi baxımdan kömək lazımdır. Bu ünsiyyətin gedişində cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla daha 1300 (bir min üç yüz) manat ona məxsus eyni bank kartına köçürülməklə borc almışdır. Sonrakı dövrlərdə tərəflər ünsiyyəti əsasən qeyd edilən mövzular ətrafında davam etdirmişlər və görüşmədən şəxsi xarakterli ünsiyyətləri yaranmışdır. 2021-ci ildə cavabdeh iddiaçı ilə əlaqə yaradaraq artıq bu şəkildə yaşaya bilmədiyini, rayondan Bakı şəhərinə köçmək istədiyini, bu məqsədlə 1 otaqlı ev alaraq övladı ilə oraya yerləşmək barədə düşündüyünü bildirmiş və bu məsələdə iddiaçıdan köməklik göstərərək ona borc verməsini-xahiş etmişdir. İddiaçı cavabdehin düşdüyü vəziyyətə biganə qalmadığı üçün və həmin ərəfədə boşandığından bəlkə də gələcəkdə cavabdehlə birgə həyat yaşaya biləcəkləri ehtimalının da olmasından çıxış edərək cavabdehə yardım göstərmək və ona borc vermək qərarına gəlmişdir. Beləliklə, 2021-ci ilin 2-3 ayı ərzində dörd-beş dəfəyə minimum məbləği 2000 (iki min) manat olmaqla cavabdehin "xxxx" ASC-dən əldə etdiyi 4169 7413 5655 3469 nömrəli bank kartına ümumilikdə 15000 (on beş min) manat vəsait göndərmişdir. Vəsaitlərin göndərilməsi ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından həyata keçirilmişdir. Cavabdeh aldığı borc pulu mümkün qədər qısa müddətdə qaytaracağını bildirsə də, yuxarıda qeyd edilən vəsaitlər ona köçürüldükdən sonra iddiaçı ilə ünsiyyəti azaltmış, bir müddətdən sonra isə ümumiyyətlə kəsmişdir. İddiaçı bir müddət gözlədikdən sonra cavabdehdən heç bir məlumatın olmadığını görüb onu axtarmağa başlamış və borcunu geri tələb etmişdir. Lakin cavabdeh faktiki olaraq borcu qaytarmaqdan imtina etmişdir. İddiaçı Quba rayonuna gedərək cavabdehin qardaşı ilə görüşmüş, eyni zamanda telefon vasitəsilə cavabdehin anası ilə əlaqə saxlamış və onların vasitəsilə də borcun qaytarılmasını tələb etsə də, buna nail ola bilməmişdir. Cavabdeh iddiaçının borcun qaytarılması üçün təkidlərindən sonra cavabdehə mesajlar yazaraq borcun tələb edilməsini dayandırmağı, əks halda iddiaçının cavabdehi güya ölüm həddinə çatdırmaq adı ilə şikayət edəcəyini demişdir. Cavabdeh 2023-cü ilin əvvəllərində polisə şikayət edərək iddiaçının güya ondan hədə-qorxu ilə pul tələb etdiyini iddia etmişdir. Cavabdeh bu addımları ilə faktiki olaraq bir tərəfdən iddiaçıdan borc aldığını etiraf etmiş, digər tərəfdən isə borcu qaytarmaqdan imtina etmişdir. Cavabdehin şikayəti əsasında Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılmış, araşdırma nəticəsində iddiaçının əməlində hər hansı hüquqpozma əlaməti müəyyən edilməmişdir. Qeyd edilən araşdırma çərçivəsində cavabdeh verdiyi izahatında iddiaçıdan borca pul vəsaiti istədiyini və iddiaçı tərəfindən ona borc olaraq pul vəsaiti göndərildiyini yazılı şəkildə etiraf etmişdir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin icraatında İddiaçı ona qarşı pul tələbinə dair mülki iş vardır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqəti əks elətdirmir və heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə iddiaçı ilə aralarında hər-hansı borc münasibəti olmamış, iddiaçı tərəfindən onun kartına göndərilən pul vəsaitləri onun təkidi ilə olmuş və o ondan hər-hansı pul məbləğinin borc qismində tələb etməmişdir. Aşağıdaki əsaslara görə, hesab edir iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş üzrə İddiaçı Quba rayonu X2 LOR həkim vəzifəsində çalışır. O, da burun əməliyyatı olunmaqdan ötrü 2019-cu ilin aprel ayında ona müraciət etmiş, o da, öz növbəsində ona burun əməliyyatını həyata keçirmişdir. Əməliyyatdan təxminən 2 həftdə sonra iddiaçının qəbuluna getmiş və əməliyyata baxış keçirtmiş və hər şey normal olduğunu bildirdikdən sonra, o bir daha xəstəxanaya burun əməliyyatı ilə bağlı müraciət etməmişdir. Bundan sora iddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona zənglər edərək ilkin olaraq səhhəti ilə maraqlanmış, daha sonra şəxsi münasibət qurmaq məqsədi ilə ona WHATS APP vasitəsi ilə ona sms-lər, özünü subay olduğunu və onunla ailə həyatı qurmaq niyyətini bildirmişdir. O, isə öz növbəsində, ona bir həkim kimi müraciət etdiyini və başqa heç bir münasibətdən söhbət gedə bilməyəcəyini bildirsə də, iddiaçı ondan əl çəkməmiş və odna dönə-dönə xahiş etmişdir ki, bir qədər düşünsün, ona yox deməsin, hətda lazımdırsa dost kimi qalsınlar münasibətləri qırmasınlar. Bir neçə ay iddiaçı onunla ara-sıra həm telefon zəngləri, həm də sms-lər vasitəsi ilə münasibət qurmaq istəsə də, onun tərəfindən müsbət cavab almadığından Quba rayonu Nizami parkından evə gedərkən iddiaçı qabağını kəsdi və onun üçün nə etməli olmasını və ona şans verməsini bildirdi. O, da onun uzun müddət fasiləsiz zənglər edib, sms-lər yazıb narahatçılığına son qoymaqdan ötrü ona bildirdi ki, 10.000 (on min) manat borcu var, imkanı varsa onu ödəsin. Bunu deməklə təbii ki, düşündü ki, ondan əl çəkəcək və onların münasibətlərinə bunula son qoyulacaq. İddiaçı öz növbəsində onun təklifini qəbul edib, kart nömrəsini tələb etdi, o, da öz kartını ona təqdim etdi, kartının fotoşəklini çəkərək kartına müxtəlif vaxtlarda 10000 manat pulu keçirtdi. O, görəndə ki, iddiaçı həqiqətən də dediyi məbləği kartına ödədi, dərhal ona zəng vurdu və bildirdi ki, əslində onun heç bir borcu yoxdur, sadəcə məqsədi onu uzaqlaşdırmaq idi, yalnız bu məqsədlə düşündü ki, belə bir variantdan istifadə etsə ondan əl çəkəcək. ona kart göndərsin, o həmin pulu geri qaytarsın. İddiaçı onun təklifinə cavab olaraq bildirdi ki, pulu qaytarmaq istəyirsə, o deyən ünvana gəlsin, o da, pulu hər-hansı ünvanda vermədiyini bildirmiş, pulu kartına atdığı üçün o da onun kartına həmin məbləği qaytarmaq istədiynini bildirmişdir. Bundan sonra iddiaçı ona bildirdi ki, zarafat edir, həmin pulu o bir günə qazanır, ümumiyyətlə ona borcu yoxdur. Sadəcə bir xahişi var ona qarşı belə sərt mövqe tutmasın, bir daha dərindən düşünsün, onun məqsədi onunla ailə həyatı qurmaqdır. Bu ərəfədə növbəti dəfə günün axşam vaxtında iddiaçı ona telefonla zəng elədi və ümumi kef-hal soruşduqdan sopra, evdə olduğunu ona bildirdi və həmin an telefonda bir qadının ona Qorxmaz kiminlə danışırsan eşidən kimi, iddiaçı ona tez təkrar yığacağını deyərək telefonu söndürmüşdür. İddiaçının bu hərəkətindən sonra ona yalandan subay olduğunu bildirməsini aydınlaşdırmaq üçün yaxın tanışlar vasitəsi ilə məlumat aldı ki, onun ailəli olduğunu və birgə nikahdan iki övladının olduğunu müəyyən etdi. Bundan sonra növbəti zəngdə ondan soruşanda ki, bəs deyirdin subayam, o bildirdi ki, bir evdə yaşasalarda, onlar artıq rəsmi ayrılmışlar. Bütün bunlara baxmayaraq iddiaçı əvvəlki qaydada ondan əl çəkməmiş və öz təşəbbüsü ilə ad günündə, eləcə də, adi günlərdə kartına müxtəlif məbləğlərdə pullar keçirtmiş, hər dəfə bütun bunların heç bir fayda verməyəcəyini ona təkidlə bildirsə də, iddiaçı əməllərindən əl çəkməmişdir. Sonda təbii ki aralarında heç bir münasibətin olmayacağın əmin olduğu üçün ona təkrar bildirdi ki, nə qədər ki, ona göndərdiyi 10000 manatı xərcləməmiş, xahiş edir kartını göndərsin və həmin pulu geri qaytarsın. İddiaçı isə cavabında ona təkrar bildirdi ki, onların arasında pul söhbəti ola bilməz, ona göndərdiyi pullar hədiyyədir və ona qarşı hər-hansı öhdəçiliyi yoxdur. Sonuncu danışıqlarından təxminən iki il sonra iddiaçı ona zəng vuraraq bilərəkdən ki, o artıq Bakı şəhərinə köçmüş onunla biraz incik formada danışdı və ona bildirdi ki, Bakıya köçməyini eşitmiş, onu niyə axtarmır, o, da cavabında ona bildirdi ki, o evli adamdır, onunla ümumi hər-hansı söhbəti ola bilməz, köhnə mövzulara qayıtmağın mənası yoxdur. O bunu biləndən sonra ona bildirdi ki, ya o dediyi ünvana gəlib onunla görüşüb bir qərara gəlməli, əks halda onun burun əməliyyatı zamanı çəkdirdiyi bir neçə profildən olan şəkillərini tik-toka yerləşdirib altında dələdüz yazıb paylaşacaq və bildirəcəkdir ki, ondan pul alıb dələduzduq edib aldatmışdır. İddiaçı ilə bu danışıqlarından sonra o öz növbəsində aidiyyatı üzrə yaşadığı Bakı şəhər Yasamal rayonu 26 Polis Bölməsinə ərizə ilə müraciət etdi və ərizəsində yuxarıda qeyd etdiyi faktları yazdı, bildirdi ki, iddiaçı artıq onu qanunsuz yollarla şantaj edir və qanuna müvafıq onun barəsində tədbir görsünlər. Polis Bölməsi də öz növbəsində mübahisənin mülki xarakterli olduğu qənaətinə gələrək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçı ilə aralarında heç bir borc münasibəti mövcud olmamış, onların aralarında yalnız iddiaçının təkidi ilə güya özünü subay olduğunu və onunla gələcəkdə ailə qurmaq məqəsdini ortaya atmaqla sırf tanışlıq münasibəti mövcud olmuşdur. İddiaçının ona ödədiyi pul məbləğləri özünün etiraf etdiyi kimi borc deyil, yalnız hədiyyədir. Maddi hüquq normasının mənasından göründüyü kimi borc predmeti 3000 manatdan çoxdursa, o notarial qaydada rəsmiləşdirilməli idi. Eyni zamanda aralarında iddiaçı ilə heç bir borc münasibəti olmamışdır. İddiaçının məqsədi onunla ailə həyatı qurmaq olmuşdur. İddiaçı ona qarşı pul tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh 2020ci il və 2021-ci illər ərzində maddi vəziyyətinin ağırlığı və pula ehtiyacının olması ilə əlaqədar İddiaçı müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla ona məxsus bank kartına köçürülməklə cəmi 17000 manat borc almışdır. İddiaçı hazırda pulunu tələb etməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan imtina edir. Hesab edir ki, iddia tələbi bank hesabdan çıxarışlarla tam təsdiqini tapır, ona görə də iddianın təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o iddiaçıya 2019-cu ilin aprel ayında burun əməliyyatı olunmaqdan ötrü müraciət etmiş, belə ki, İddiaçı həmin ildə Quba rayonu X2 LOR həkim vəzifəsində çalışırdı. O, da, ona burun əməliyyatını həyata keçirmişdir. Əməliyyatdan 2 həftə sonra müayinə olunmaq məqsədilə bir dəfə həmin həkimin qəbuluna getmişdir. Həmin həkimi cəmi 3 dəfə görmüş, aralarında heç bir yaxın münasibət olmamış, yalnız həkim pasiyent münasibəti olmuşdur. İddiaçı özü onunla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan xoşu gəldiyini bildirmiş, onunla münasibət yaratmaq istəmişdir. Bir dəfə Quba rayonu Nizami parkından evə gedərkən iddiaçı qarşısını kəsmiş və ona şans verməsini xahiş etmiş, onun bütün ehtiyaclarını ödəməyə hazır olduğunu bildirmiş, təkidlə ondan kart nömrəsini tələb etmişdir. O, da öz kartını ona təqdim etmişdir. İddiaçı müxtəlif vaxtlarda 10000 manat pulu onun kartına hədiyyə şəklində köçürmüşdür. Sonra isə həmin məbləği iddiaçıya qaytarmağı təklif etdikdə iddiaçı həmin pulu qəbul etməmiş, pulu ona hədiyyə etdiyini bildirmişdir. İddiaçı ona imkanın yaxşı olduğunu, həmin pulu bir günə qazandığını demişdir. Bir neçə müddətdən sonra isə onu şərləyərək 17000 manat borclu olmasını demiş və həmin məbləği tələb etmişdir. Əslində isə o, İddiaçı borc pul almamış, cəmi 10000 manat pulu da qeyd etdiyi kimi iddiaçı özü ona hədiyyə etmişdir. Həmin pulu da ödəmək fikrində deyil. Ona qarşı qaldırılan iddia əsassızdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işdə olan digər sübutları hüququi cəhətdən dəyərləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh məxsus 416974......3469 nömrəli kart hesabına xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat və xx.xx.2021-ci il tarixdə 4000 manat olmaqla 13900 manat məbləğində pul köçürülmüşdür. (ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 141,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası MM-nin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası MM-nin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası MM-nin 882.2-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası MM-nin 882.3-cü maddəsinə əsasən Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Azərbaycan Respublikası MM-nin 882.4-cü maddəsinə əsasən Bu Məcəllənin 882.1-882.3cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 882.5-ci maddəsinə əsasən Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Məcəllənin 329.2 maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3 maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Rsepublikası MM-nin 1091.1 maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2 maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yenə də həmin Məcəllənin 1092.1 maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işdəki sübutları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında şifahi formada borc müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 2020 və 2021-ci illərdə cəmi 13900 manat məbləğində borc pul vermiş, iddiaçı tərəfindən borcun qaytarılmasının dəfələrlə tələb edilməsinə baxmayaraq, Cavabdeh həmin borcu qaytarmaqdan imtina edir. Nəticədə Cavabdeh heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsasız varlanmış və ona maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə etirazı əsaslandıran halları sübut edə bilməmişdir. Belə ki, o, İddiaçı borc pul almadığını həmin pulları hədiyyə kimi almasını bildirsə da, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cəmi 3 dəfə gördüyü şəxs tərəfindən küllü miqdarda pul vəsaitinin hədiyyə kimi ona verilməsi ağılabatan deyildir. Həmçinin Cavabdeh israrla həmin məbləğləri hədiyyə kimi almasını bildirsədə, bir qadına hədiyyə olunası özəl gün, onun doğum günü (xx.xx.1990-cı il təvəllüdlü) və 8 X4 Bayramıdır ki, həmin tarixlərdə ümumiyyətlə Cavabdeh hesabına hər hansısa pul vəsaiti daxil olmamışdır. ("xxxx" ASC-nin hesabdan çıxarışından görünmür). Məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən onun kart hesabına müxtəlif tarixlərdə və məbləğlərdə pul ödənildiyini etiraf etmişdir. İddiaçı, 17000 manat pul tələb etsə də, məhkəmə araşdırması zamanı bank hesabı çıxarışlarından müəyyən olunur ki, İddiaçı tərəfindən cəmi 13900 manat məbləğində pul cavabdeh Əliməmmdova Aksana qızının hesabına pul ödənilmişdir. (ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından). Ona görə də məhkəmə hesab edir ki, iddia cavabdeh Aksana Əliməmmdovadan tələb olunan 13900 manat məbləğdən artıq tələb məbləği hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13900 (on üç min doqquz yüz) manat pul və 141,40 (yüz qırx bir manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13900 (on üç min doqquz yüz) manat pul və 141,40 (yüz qırx bir manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-160/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-160/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver