Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1606/2020 17.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla iki uşağa hər ay 320 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 nömrəli qətnaməsi ilə aliment tələbinə dair iddia qismən təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay, hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir.Həmin qətnamə qəbul ediləndən sonra keçmiş müddət ərzində istehlak mallarının qiymətləri artmış, həmçinin uşaqlar böyümüş və təlabatları da artmışdır. Cavabdeh hazırda ona iki uşağın saxlanılması üçün hər ay cəmi 118 manat məbləğində aliment ödəyir ki, bu da iki uşağın saxlanılması üçün kifayət deyildir. Odur ki, müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır.Cavabdehin daimi iş yeri olmasa da valideynləri ilə birlikdə yaratdığı kəndli təsərrüfatında torpaq sahələri, bağları vardır. Həm də avtomobili ilə taksi fəaliyyəti göstərməklə həmçinin fərdi qaydada müxtəlif xidmət və işlərdə işləməklə qazanc əldə edir. Odur ki, alimentin sabit pul məbləğində ödənilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iddiaçı X2 tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 tərəflərin birgə nikahından doğulmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 2497/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay, hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X5 anadan olmuş və hazırda uşaqlar anası ilə yaşayır. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 nömrəli qətnaməsinə əsasən, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay, hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 160 (bir yüz altmış) manat olmaqla, iki uşağa cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər uşağa görə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyi, hazırda iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1606/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1606/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver