Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1606/2021 06.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatının ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı-nin xeyrinə 07.11.2019-cu il tarixli, 00/112/22 saylı kredit müqaviləsinə əsasən 4597,57 manat əsas borc, 69,13 manat hesablanmış faiz, 698,83 manat dəbbə pulu borcu olmaqla, cəmi 5365,53 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus olan Quba rayonu, Alekseyevka kəndində olan 0,2143 ha torpaq sahəsində yerləşən 159,8 kv.m ümumi, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə və həyətyanı tikililərə (RX seriyalı, ******* saylı, **********81- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.11.2013-cü il tarixli Çıxarış) yönəldilməsi, əmlakın dəyərinin 28.000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, mənzilin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 07.11 2019-cu il tarixli, 00/112/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 07.11.2019-cu il tarixli, 00/112/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə. 1 faizlə, 4606.49 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə 07.11.02019-cu il tarixli, 00/112 22 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh özünə məxsus olan Quba rayonu, Alekseyevka kəndində olan 0.2143 ha torpaq sahəsində yerləşən 159.8 kv.m ümumi, 60.5 kv.m yaşayış, 99.3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini həyətyani tikililər ilə birlikdə (RX seriyalı, ******* saylı, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.11.2013-cü il tarixli Çıxarış) ipoteka ilə yüklü etmişdir. 07.11.2019-cu il tarixli. 00/112/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKTa 4597.57 manat əsas borc, 69.13 manat hesablanmış faiz borcu, 698.83 manat dəbbə pulu olmaqla, cəmi 5365.53 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Tərəflər arasında bağlanmış 26.11.2019-cu il tarixli, PBİ 070 saylı ipoteka müqaviləsinə əsasən əmlak 28000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 00/112/22 saylı, 07.11.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh illik 1% ödəmək şərti ilə 5 il müddətinə 4606,49 (dörd min altı yüz altı manat qırx qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07.11.2019-cu il tarixli ipoteka (girov) müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 28.000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilmiş, RX seriyalı, ******* №-li, 23.11.2013-cü tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,2143 ha torpaq sahəsi və üzərində yerləşən, 2 mərtəbəli, 159,8 kv.m ümumi, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi, fərdi yaşayış evinin tərkibi, Liter B, 1 mərtəbəli 61,5 kv.m sahədən ibarət talvar, Liter C 1 mərtəbəli 42,4 kv.metr sahədən ibarət tövlə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********81-10301 olan, ********** qeydiyyat nömrəli, 23.11.2013 tarixli Çıxarışdan görünür ki, Quba rayonu Alkeseyevka kəndində yerləşən, 0,2143 ha torpaq sahəsi və üzərində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı və 159,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi Liter B, 1 mərtəbəli 61,5 kv.m sahədən ibarət talvar, Liter C 1 mərtəbəli 42,4 kv.metr sahədən ibarət tövlə binası, tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 307569 №-li, reyestr nömrəsi **********81-10301 olan, 30.12.2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus Quba rayon Alekseyevka kəndində 0,2143 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11.12. 2019-cu il tarixli, 09.03.2021-ci il və 18.05.2021-ci il bildirişlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh banka olan borcunu ödəmədiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçıBOKT ASC-nin 07.11.2019-cu il tarixli Arayışından görünür ki, Cavabdeh İddiaçı-yə əsas borcu 4597,57 manat, faiz borcu 69,13 manat, dəbbə borcu 698,83 manatdır. İş materiallarında olan 25.06.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə təhqiqatı zamanı Cavabdeh 07.11.2019-cu il tarixli, 00/112/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı bankdan 4606,49 manat kredit alması, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün reyestr nömrəsi **********81-10301 olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu Alekseyevka kəndində 0,2143 ha torpaq sahəsi və üzərində yerləşən, 2 mərtəbəli, 159,8 kv.m ümumi, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi, fərdi yaşayış evinin tərkibi, Liter B, 1 mərtəbəli 61,5 kv.m sahədən ibarət talvar, Liter C 1 mərtəbəli 42,4 kv.metr sahədən ibarət tövlə binasının ipotekaya qoyulması, ipotekaya qoyulmuş əmlakın tərəflərin qarşılıqlı razılığı əsasında 28000 manat qiymətləndirilməsi, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, Cavabdeh iddiaçıya 4597,57 manat əsas borc, 69,13 manat faiz, 698,83 manat dəbbə borcunun yaranması, cavabdehin müqavilə öhdəlikləri icra edilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar olunması və xəbərdarlıqdan sonra da müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, iddiaçının hazırki iddianın qaldırılması ilə bağlı 30 manat dövlət rüsumu ödəməsi müəyyən olunmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Cavabdeh tələb edilən 4597,57 manat məbləğində əsas borc və 69,13 manat məbləğində faiz borcu tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 698,83 manat cərimə növündə dəbbə pulu 4597,57 manat məbləğində əsas kredit borcu və 69,13 manat məbləğində faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 698,83 manat məbləğində dəbbə pulu azaldılaraq, 100 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbin ipoteka predmetinə yönədilməsi hissəsində təmin edilərək, iddiaçının tələbi ipoteka predmeti-Cavabdeh məxsus Quba rayonu, Alekseyevka kəndində 0,2143 ha torpaq sahəsində yerləşən 159,8 kv.m ümumi, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə və həyətyanı tikililərə (RX seriyalı, ******* saylı, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.11.2013-cü il tarixli Çıxarış) yönəldilməli, əmlakın dəyəri 28.000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməlidr. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, iddia, mənzilin məcburi boşaldılması hissəsində təmin edilməməlidir. Belə ki, fərdi yaşayış evindən çıxarılma, şəxsi həmin evə faktiki sahiblik və istifadə hüquqlarından məhrum etməklə, evin başqasına təhvil verilməsini özündə ehtiva edir. Qüvvədə olan qanunvericilik isə fərdi yaşayış evindən çıxarılmanı şəxsin həmin evə heç bir hüququnun olmaması və evdən qanunsuz istifadə etməsi ilə şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququnu müəyyən edir. Bu hüququn reallaşdırılması üçün üç dispozitiv şərtin: əmlakın, o cümlədən fərdi yaşayış evinin şəxsin mülkiyyətində (o cümlədən istifadəsində, icarəsində) olması, bu əmlakın başqasının sahibliyində olması və həmin sahibliyin qeyri-qanuni olmasının mövcudluğu vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsi əmlaka sahiblikdən məhrum olan şəxsə əmlakın qanunsuz sahiblikdən qaytarılmasını tələb etmək hüququ verir. İş materiallarından görünür ki, Cavabdeh iddia predmetini təşkil edən ipotekaya qoyulmuş mənzilə mülkiyyət və istifadə hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının mövcudluğu kimi təsbit edir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsi də şəxsin öz mülkiyyətində olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını müdafiə edir. Bu qanun normalarına əsasən cavabdehin, mülkiyyətində olan həmin fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Qanunda göstərilən əsaslar olmadan heç kəs onu bu mülkiyyətdən məhrum edə bilməz. Konstitusiyanın 13 və 29-cu maddələri mülkiyyət hüquqlarının qorunmasına təminat verməklə, mülkiyyətdən əsassız məhrum etməni qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203-212-ci maddələrində mülkiyyət hüququna xitam verilməsinin əsasları göstərilmişdir. Mülki Məcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilməsini imperativ qaydada təsbit etmişdir. İşdəki sübutlardan görünür ki, İddiaçıBOKT ASC-nin göstərilən mənzilə mülkiyyət hüquqları yaranmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-ci maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanun normasının tələbinə görə ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1 və 59.3.2-ci maddələrində göstərilən şərtlər mövcud olduqda ipoteka qoyan, onun ailə üzvləri və digər şəxslər yaşayış sahəsini tərk etmək vəzifəsi daşıyırlar. Lakin hazırki işdə bu şərtlər tam şəkildə mövcud deyildir. Belə ki, hələ ipotekaya qoyulmuş fərdi yaşayış evi satılmamışdır. Bundan başqa, hələ həmin evə cavabdehin mülkiyyət hüququna xitam verilməmişdir. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilməsini göstərir. Digər tərəfdən, iddiaçı tərəfindən ipoteka qoyanın və ya digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı-nin xeyrinə 07.11.2019-cu il tarixli, 00/112/22 №-li kredit müqaviləsi üzrə 4597,57 manat əsas borc, 69,13 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4766,70 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutulmalı, İddiaçıBOKT ASC-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh məxsus Quba rayonu, Alekseyevka kəndində 0,2143 ha torpaq sahəsində yerləşən 159,8 kv.m ümumi, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə və həyətyanı tikililərə (RX seriyalı, ******* saylı, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.11.2013-cü il tarixli Çıxarış) yönəldilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməli, həmin ev və həyətyanı tikililər açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçıBOKT ASC-yə olan 4597,57 manat əsas borc, 69,13 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4766,70 manat məbləğində borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyana verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia qismən təmin olunsun; Cavabdeh İddiaçı-nin xeyrinə 07.11.2019-cu il tarixli, 00/112/22 №-li kredit müqaviləsi üzrə 4597,57 manat əsas borc, 69,13 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4766,70 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutulsun; İddiaçıBOKT ASC-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh məxsus Quba rayonu, Alekseyevka kəndində 0,2143 ha torpaq sahəsində yerləşən 159,8 kv.m ümumi, 60,5 kv.m yaşayış, 99,3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə və həyətyanı tikililərə (RX seriyalı, ******* saylı, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.11.2013-cü il tarixli Çıxarış) yönəldilsin; ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilsin; həmin ev və həyətyanı tikililər açıq hərraca çıxarılaraq satılsın; satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçıBOKT ASC-yə olan 4597,57 manat əsas borc, 69,13 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4766,70 manat məbləğində borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyana verilsin; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1606/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1606/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver