Məhkəmə qərarları › İş №2(027)-1618/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1618/2022

15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1618/2022 15.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(027)-706/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 500 (beş yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti üzrə ailə qurub. Birgə nikahı 06 yanvar 2012-ci il tarixində rəsmiləşdirib. Birgə nikahdan 21 sentyabr 2012-ci il təvəllüdlü X4 adlı uşağı doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən Quba Rayon Məhkəməsinin 2(027)-706/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahdan olan 21 sentyabr 2012-ci il təvəllüdlü X4 onun yanında saxlanılmış və saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin Cavabdeh alınıb ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. Qızı böyümüş, artıq məktəblidir. Özü uşağın tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Qızının məktəblə bağlı təminatlarını tək başına qarşılayır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağınının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə Quba rayon Məhkəməsinin 2(027)-706/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahdan olan 21 sentyabr 2012-ci il təvəllüdlü X1 onun yanında saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi ilə bağlı Mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş, ona 04 may 2022ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(027)-706/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 500 (beş yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, iddianı aliment hissədə qismən qəbul edir, 150-160 manat aliment ödəməyə razıdır, lakin hüquqi yardıma görə tələb olunan məbləği qəbul etmir. Həmçinin qeyd etdi ki, o hər dəfə uşağıyla görüşəndə ona maddi yardım göstərir, onun ehtiyaclarını ödəyir. Göstərilənlərə əsasən iddianın hüquqi yardıma görə ödənilən məbləğin ondan alınıb iddiaçıya verilməsi hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-706/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsilə, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2012-cı il təvəllüdlü X1 anası X2 yanında saxlanması və xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 30 may 2019-cu il tarixdən başlayaraq, qazancının və başqa gəlirinin1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, X3 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ФО 737893 seriya və nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə Rusiya Federasiyasının İvanovna vilayətinin İvanovna şəhərində anadan olub. Atası Cavabdeh, anası X6 qeyd edilib. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin 2(027)-706/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsilə, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2012-cı il təvəllüdlü X1 anası X2 yanında saxlanması və xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 30 may 2019-cu il tarixdən başlayaraq, qazancının və başqa gəlirinin1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, X3 verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı Quba Rayon Məhkəməsinin xx.xx.2019ci il tarixli 2(027)-706/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 500 (beş yüz) manat pulun alınıb ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini aliment hissədə qismən qəbul etsə də, hüquqi yardıma görə ödənilən məbləğin ondan alınıb iddiaçıya verilməsi hissəsində rədd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2022ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 500 manat məbləğdən 325 (üç yüz iyirmi beş) manatı cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(027)-706/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(027)-706/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş məbləğdən 325 (üç yüz iyirmi beş) manatı alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar