Məhkəmə qərarları › İş №2(027)-1620/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1620/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1620/2021 12.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor İddiaçıMMC-nin borclu Cavabdeh qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçıMMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Quba şəhərində doğulmuş və Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan Cavabdeh 1893 (bir min səkkiz yüz doxsan üç) manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1913 (bir min doqquz yüz on üç) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor İddiaçıMMC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə borclu Cavabdeh 12 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-dən dəyəri 889 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 798 manat borcu qalıb. İş üzrə borclu Cavabdeh 10 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-dən dəyəri 1530 manat olan məişət avadanlığı əldə edib, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1095 manat borcu qalıb. Odur ki, iddiaçı borcludan 1893 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1913 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, İddiaçı-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, İş materiallarında olan 12.06.2020-ci il tarixli QBK539030 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı-dən 15 ay müddətinə ilkin 34 manat ödəməklə, dəyəri 889 manat olan məişət avadanlığı əldə edib və ayda 57 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarında olan 10.07.2020-ci il tarixli QBK539160 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı-dən 18 ay müddətinə ilkin 216 manat ödəməklə, dəyəri 1530 manat olan məişət avadanlığı əldə edib və ayda 73 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarında olan 15.03.2021-ci il tarixli maliyyə arayışından görünürki, 12.06.2020-ci il tarixli QBK539030 saylı borc müqaviləsi üzrə Cavabdeh İddiaçıMMC-yə 798 manat məbləğdə, 10.07.2020-ci il tarixli QBK539160 borc müqaviləsi üzrə 1095 manat, ümumilikdə 1893 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan 01.07.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünürki, İddiaçı tərəfindən 20 (iyirmi) manat rüsum ödənilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,” Cavabdeh Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olan borclu Cavabdeh 1893 (bir min səkkiz yüz doxsan üç) manat borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar