Məhkəmə qərarları › İş №2(027)-1621/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1621/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1621/2021 09.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Kreditor-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Quba rayonunda doğulmuş və Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan Borclu 678 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 698 manat məbləğində pul vəsaitinin alınaraq, Kreditor-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən Kreditor-dən dəyəri 368 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 258 manat borcu qalıb. İş üzrə Borclu 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor-dən dəyəri 904 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 420 manat borcu qalıb. Odur ki, borcludan 678 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 698 manat məbləğində pul vəsaitinin alınaraq, Kreditor-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış 04.09.2019-cu il tarixli, BDK4682837 saylı borc müqaviləsinə əsasən Borclu 368 AZN məbləğində avadanlığı ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə kreditlə -nisyə satılmışdır. Həmin məbləğdən 20 AZN ilkin ödəniş olmuş, 348 AZN borc qalmışdır. İş materiallarında olan Kreditor ilə Borclu arasında bağlanmış 04.11.2019-cu il tarixli, BDK4683125 saylı borc müqaviləsinə əsasən Borclu 904 AZN məbləğində avadanlığı ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə kreditlə -nisyə satılmışdır. Həmin məbləğdən 400 AZN ilkin ödəniş olmuş, 504 AZN borc qalmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Kreditor-nin Borclu arasında bağlanmış 04.09.2019-cu il tarixli müqavilə üzrə Borclu ödənilməmiş 258 AZN, 04.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 420 AZN olmaqla, ümumilikdə 678 AZN borcu yaranmışdır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan qəbzdən görünür ki, işlə bağlı məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin-nin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə Quba rayonunda doğulmuş və Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan Borclu 678 manat məbləğində əsas borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat, cəmi 698 manat məbləğində pul vəsaiti tutulub Kreditor-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar