Məhkəmə qərarları › İş №2(027)-1627/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1627/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1627/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, 1. 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84759 olan Samsung Galaxy J6 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat dəbbə pulu; 2. 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Headphone Samsung qulaqlıq üçün 60 (altımış) manat ödənilməmiş hissə, 18 manat dəbbə; 3. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasə, 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar üçün 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə; 4. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31290 olan Samsung Galaxy A10 markalı telefon üçün 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə; 5. 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə; 6. 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17145 olan X4 8 markalı telefon, Xiaomi Mi band 4 saat üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə pulu; 7. 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Modem TP-LİNK, Samsung Mıcrosdxc.evo, SanDisk Ultra USB aksesuarlar üçün 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu; 8. 11.01.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********29080 olan Nokia 3310 markalı telefon, Dect Panasonic ev telefonu üçün 207,6 (iki yüz yeddi manat altımış qəpik) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə; 9. 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən QCY T3 TWS Earphone qulaqlıq üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə pulu; 10.11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X1qlıq üçün 14,6 (on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. 11. Ümumilikdə 2715,2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı ilə 31.07.2018-ci il, 22.04.2019-cu il, 26.09.2019-cu il, 13.11.2019-cu il, 15.12.2019-cu il, 01.01.2020-ci il, 11.01.2020-ci il, 10.02.2020-ci il və 11.02.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kodu **********84759, **********31290, **********17145, **********29080 olan Samsung Galaxy J6, Samsung galaxy A10, X4 8 və Nokia 3310 markalı telefon, Headphones Samsung, 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar, HOFFMANN LED TV, Xiaomi Mi band 4 saat, Modern TP-LİNK, Samsung Mıcrosdxc.evo, SanDisk Ultra USB, Dect Panasonic, QCY T3 TWS Earphone, X1qlıq almış və nəticədə 2715.2 (iki min yeddi yüz on beş, iyirmi qəp) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 (doqquz yüz on iki) manat (24 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********84759 olan Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 296 (iki yüz doxsan altı) manat olmaqla ondan 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat dəbbə pulu; 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (15 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Headphones Samsung qulaqlıq üçün ümumilikdə 78 (yetmiş səkkiz) manat olmaqla ondan 60 (altmış) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 36 (otuz altı) manat (12 ay x 3 manat + 0 manat ilkin ödəniş) olan 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar üçün ümumilikdə 31 (otuz bir) manat olmaqla ondan 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********31290 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 332 (üç yüz otuz iki) manat olmaqla ondan 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə pulu; 13.11.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 544 (beş yüz qırx dörd) manat (18 ay x 30 manat + 4 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu;15.12.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 729 (yeddi yüz iyirmi doqquz) manat (12 ay x 56 manat + 57 manat ilkin ödəniş) olan İMEİ Kodu **********17145 olan X4 8 markalı telefon, Xiaomi Mi band 4 saat üçün ümumilikdə 800 (səkkiz yüz) manat olmaqla ondan 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə pulu; 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 162 (yüz altmış iki) manat (12 ay x 13.5 manat + 0 manat ilkin ödəniş) olan Modern TP-LİNK, Samsung Mıcrosdxc.evo, SanDisk Ultra USB aksesuarlar üçün ümumilikdə 208 (iki yüz səkkiz) manat olmaqla ondan 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 208.6 (ikiyüz səkkiz, altmış qəp) manat (6 ay x 34.6 manat + 1 manat ilkin ödəniş) olan İMEİ Kodu **********29080 olan Nokia 3310 markalı telefon, Dect Panasonic ev telefonu üçün ümumilikdə 268.6 (iki yüz altmış səkkiz, altmış qəp) manat olmaqla ondan 207.6 (iki yüz yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə; 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72.2 (yetmiş iki, iyirmi qəp) manat (2 ay x 24.6 manat + 23 manat ilkin ödəniş) olan QCY T3 TWS Earphone qulaqlıq üçün ümumilikdə 63 (altmış üç) manat olmaqla ondan 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə pulu; 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 20.6 (iyirmi, altmış qəp) manat (2 ay x 7.3 manat + 6 manat ilkin ödəniş) olan X1qlıq üçün ümumilikdə 14.6 (on dörd, altmış qəp) manat olmaqla ondan 14.6 (on dörd, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1121.2 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına təkrar gəlməyən iddiaçı ABC TELECOM» MMC-nin baş direktoru H.F.İsrafilzadə məhkəməyə teleqram göndərərək, həmin teleqramda iddia tələbini tam müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və sözügedən mülki işə mahiyyəti üzrə məhkəmədə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.07.2018-ci il tarixli, 00233397 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 912 manat məbləğində İMEİ Kodu **********84759 olan Samsung Galaxy J6 markalı telefon alınması barədə müqavilə bağlanmış, Cavabdeh 912 manat məbləği 6 ay müddətinə, 38 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.09.2019-cu il tarixli, ********* saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 36 manat məbləğində 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar alınması barədə müqavilə bağlanmış, Cavabdeh 36 manat məbləği 6 ay müddətinə, 3 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.09.2019-cu il tarixli, 00939348 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 384 manat məbləğində 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar alınması barədə müqavilə bağlanmış, Cavabdeh 384 manat məbləği 6 ay müddətinə, 32 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.04.2019-cu il tarixli, 00625300 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 150 manat məbləğində Headphone Samsung qulaqlıq alınması barədə müqavilə bağlanmış, Cavabdeh 150 manat məbləği 6 ay müddətinə, 10 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.11.2019-cu il tarixli, 01048168 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 544 manat məbləğində HOFFMANN LED TV alınması barədə müqavilə bağlanmış, Cavabdeh 544 manat məbləği 6 ay müddətinə, 30 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.12.2019-cu il tarixli, 01127498 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 729 manat məbləğində İMEİ kodu **********17145 olan X4 8 markalı telefon, Xiaomi Mi band 4 saat alınması barədə müqavilə bağlanmış, Cavabdeh 729 manat məbləği 6 ay müddətinə, 56 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.01.2020-ci il tarixli, 20002357 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 162.0 manat məbləğində Modem TP-LİNK, Samsung Mıcrosdxc.evo, SanDisk Ultra USB aksesuarlar alınması barədə müqavilə bağlanmış, Cavabdeh 162.0 manat məbləği 6 ay müddətinə, 13.50 manat olmaqla İddiaçıyə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.01.2020-ci il tarixli, 20028843 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 208.60 manat məbləğində İMEİ kodu **********29080 olan Nokia 3310 markalı telefon, Dect Panasonic ev telefonu alınması barədə müqavilə bağlanmış, Cavabdeh 208.60 manat məbləği 6 ay müddətinə, 34.60 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.02.2020-ci il tarixli, 20090353 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 72.20 manat məbləğində QCY T3 TWS Earphone qulaqlıq alınması barədə müqavilə bağlanmış, Cavabdeh 72.2 manat məbləği 2 ay müddətinə, 24.60 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.02.2020-ci il tarixli, 20093358 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20.60 manat məbləğində X1qlıq alınması barədə müqavilə bağlanmışdır. Cavabdeh 20.60 manat məbləği 2 ay müddətinə İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 29.06.2021-ci il tarixli, mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, müqavilə üzrə iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətldər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 31.07.2018-ci il tarixli müqaviləyə əsasən, tələb edilən 68 manat məbləğində dəbbə pulu azaldılaraq 22 manat məbləğində, 22.04.2019-cu il tarixli müqaviləyə əsasən, tələb edilən 18 manat məbləğində dəbbə pulu azaldılaraq 6 manat məbləğində, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, tələb edilən 7 manat məbləğində dəbbə pulu azaldılaraq 2 manat məbləğində, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, tələb edilən 76 manat məbləğində dəbbə pulu azaldılaraq 25 manat məbləğində, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən, tələb edilən 144 manat məbləğində dəbbə pulu azaldılaraq 48 manat məbləğində, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən, tələb edilən 184 manat məbləğində dəbbə pulu azaldılaraq 61 manat məbləğində, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, tələb edilən 46 manat məbləğində dəbbə pulu azaldılaraq 16 manat məbləğində, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, tələb edilən 61 manat məbləğində dəbbə pulu azaldılaraq 20 manat məbləğində, 10.02.2020-ci il tarixli müqaviləyə əsasən, tələb edilən 14 manat məbləğində dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1. 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84759 olan Samsung Galaxy J6 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki manat) manat dəbbə pulu olmaqla cəmi 250 (iki yüz əlli) manat; 2. 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Headphone Samsung qulaqlıq üçün 60 (altımış) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə olmaqla cəmi 66 (altmış altı) manat; 3. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasə, 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar üçün 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə olmaqla cəmi 26 (iyirmi altı) manat; 4. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31290 olan Samsung Galaxy A10 markalı telefon üçün 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə olmaqla cəmi 281 (iki yüz səksən bir) manat; 5. 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə olmaqla cəmi 528 (beş yüz iyirmi səkkiz) manat; 6. 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17145 olan X4 8 markalı telefon, Xiaomi Mi band 4 saat üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu olmaqla cəmi 677 (altı yüz yetmiş yeddi) manat; 7. 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Modem TP-LİNK, Samsung Mıcrosdxc.evo, SanDisk Ultra USB aksesuarlar üçün 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə pulu olmaqla cəmi 178 (bir yüz yetmiş səkkiz) manat; 8. 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********29080 olan Nokia 3310 markalı telefon, Dect Panasonic ev telefonu üçün 207,6 (iki yüz yeddi manat altımış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə olmaqla cəmi 227,6 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat; 9. 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən QCY T3 TWS Earphone qulaqlıq üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu olmaqla cəmi 54 (əlli dörd) manat; 10.11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X1qlıq üçün 14,6 (on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə 0 manat dəbbə pulu olmaqla cəmi 14,6 manat, ümumilikdə 2302,20 (iki min üç yüz iki manat iyirmi qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1. 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********84759 olan Samsung Galaxy J6 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki manat) manat dəbbə pulu olmaqla cəmi 250 (iki yüz əlli) manat; 2. 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Headphone Samsung qulaqlıq üçün 60 (altımış) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə olmaqla cəmi 66 (altmış altı) manat; 3. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasə, 4D Glass Full BLACK Samsung, X2 Samsung aksesuarlar üçün 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə olmaqla cəmi 26 (iyirmi altı) manat; 4. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31290 olan Samsung Galaxy A10 markalı telefon üçün 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə olmaqla cəmi 281 (iki yüz səksən bir) manat; 5. 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə olmaqla cəmi 528 (beş yüz iyirmi səkkiz) manat; 6. 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17145 olan X4 8 markalı telefon, Xiaomi Mi band 4 saat üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu olmaqla cəmi 677 (altı yüz yetmiş yeddi) manat; 7. 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Modem TP-LİNK, Samsung Mıcrosdxc.evo, SanDisk Ultra USB aksesuarlar üçün 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə pulu olmaqla cəmi 178 (bir yüz yetmiş səkkiz) manat; 8. 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********29080 olan Nokia 3310 markalı telefon, Dect Panasonic ev telefonu üçün 207,6 (iki yüz yeddi manat altımış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə olmaqla cəmi 227,6 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat; 9. 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən QCY T3 TWS Earphone qulaqlıq üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu olmaqla cəmi 54 (əlli dörd) manat; 10.11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X1qlıq üçün 14,6 (on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə 0 manat dəbbə pulu olmaqla cəmi 14,6 manat, ümumilikdə 2302,20 (iki min üç yüz iki manat iyirmi qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar